Muhasibat uçotunun obyektləri



Yüklə 21,59 Kb.
səhifə2/4
tarix15.04.2022
ölçüsü21,59 Kb.
#85515
1   2   3   4
mühasibat uçotu

İnvertarlaşma - müəssisə mühasibat uçotunda əks olun­muş əmlakın faktiki yoxlanması və müəyyən olun­ma­sı formasıdır. İnvertarlaşdırma bütün təsərrüfat əmə­liy­yatlarının və onun düzgün icra olunmasını müəy­yənləşdirir.İnvertarlaşdırma Azərbaycan Respublikasının «Mü­­­­­ha­sibat uçotu haq­qında» 24 mart 1995-ci il tarixi qa­nunu və əsas vəsaitlərin, əmtəə-ma­te­rial dəyərlərinin, pul vəsaitinin və hesablaşmaların inver­tar­laş­dırıl­ma­sı­na dair olan təlimat əsasında aparılır.İnvertarlaşdırılmanın qarşısında aşağıdakı vəzifələr qoyulur:1)əsas vəsaitlərin, əmtəə-material dəyərinin, pul və­sa­itinin, qiymətli kağızların və bitməmiş isteh­sa­lın fak­tiki qalığının müəyyən edilməsi;2)material dəyərləri və pul vəsaitlərinin qorunub sax­­lanması üzərində nəzarət;3)tam və qismən öz keyfiyyətini itirmiş, forması və modası köhnəlmiş əmtəə-material dəyərinin mü­əy­­yən­ləş­dirilməsi;4)gələcək satışını təmin etmək üçün normadan ar­tıq qalıqda olan maddi dəyərin müəyyənləş­di­ril­məsi;5)material dəyəri və pul vəsaitinin saxlanması qay­da­­larının yoxlan­ma­sı və eyni zamanda maşın, avadanlıq, digər əsas vəsaitlərin saxlanması və istifadə olunmasına nəzarət;6)müəssisə balansında əks olunmuş obyektlərin re­al vəziyyətini yox­lamaq.İnvertarlaşmanın aparılması nəticəsi aktla rəsmiy­yə­tə salınır. İnver­tar­laş­ma nəticələri sənədləşdirildikdən sonra, nəticə göstəriciləri mü­­­hasibatlığa təq­dim olunur və mühasibat uçotu göstəriciləri əsasında qarşılıqlı yox­lamalar apa­rılır. Qarışılıqlı yoxlama əsasında invertar­laş­­dırmanın son nəticəsi müəy­yən olunur.Möv­cud qaydalara görə təcrübədə in­ver­tarlaş­dır­ma apa­rıl­ması üçün aşağıdakı vaxtlar müəyyən olunur:1)əsas vəsaitlər üçün üç ildən bir;2)kitabxana fondu 5 ildən bir;3)anbarlarda olan hazır məhsullar, illik mühasibat (ma­liyyə) hesa­ba­tı­nın hazırlanma qabağı, oktya­br ayı­nın 1-dən tez olmamaqla;4)anbar və bazalardakı mallar-ərzaq malları üzrə il­də iki dəfə, qeyri-ər­zaq malları üzrə ildə bir dəfə;5)azqiymətli və tezköhnələn əşyalar ildə bir dəfə;6)pul vəsaiti, pul sənədləri ayda bir dəfə;7)debitor və kreditorlarla hesablaşmalar ildə iki də­fə­dən az olma­ya­raq.Müəssisə rəhbərləri əmtəə-material dəyərlərinin və pul vəsaitini in­ver­tar­laş­dırılmasının düzgün, vaxtında ke­­çirilməsinə cavabdehdirlər. Müəs­sisənin baş mühasibi isə invertarlaşdırılmanın mövcud olan qanun­çu­luq tə­lə­b­lə­rinə uy­ğun keçirilməsinə və onun nəticələrinin mü­ha­si­bat uço­tunda əks etdiril­mə­si­nə borcludur.
Yüklə 21,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə