Mühasibat və mühasibat tapşırıqları


Mövzu 10.Kapital və maliyyə qoyuluşlarının uçotu



Yüklə 75,65 Kb.
səhifə11/15
tarix09.02.2023
ölçüsü75,65 Kb.
#100520
növüReferat
1   ...   7   8   9   10   11   12   13   14   15
d word refe muhas 5405

Mövzu 10.Kapital və maliyyə qoyuluşlarının uçotu
Başqa müəssisələrin qiymətli kağızlarına, dövlət və yerli borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə kapitalına, müəssisənin xaricdəki kapitalına və s. qoyuluşlar, həmçinin müəssisənin verdiyi borclar maliyyə qoyuluşları adlanır.
Maliyyə qoyuluşları müddətindən asılı olaraq uzunmüddətli və qısamüddətli (bir ildən çox olmayan) olur. Qoyuluşların bu və ya digər kateqoriyaya aid edilməsi müəssisə tərəfindən dəqiq müəyyən edilməlidir.
Müəssisə bir sıra hallarda qısamüddətli maliyyə qoyuluşları həyata keçirə bilər. Müəssisə əsas fəaliyyətindən külli miqdarda vəsait əldə etdikdə və bu vəsaitlər müvəqqəti istifadə edilmədikdə onlar qısa müddətli investisiyalara yönəldilə bilər. Xüsusən də maliyyə bazarında yüksək faiz dərəcəsinin hökm sürdüyü zaman vəsaitlərin müddətsiz depozitlərə, əmanət sertifikatlarına, qısamüddətli dövlət və s. qiymətli kağızlara yönəldilməsi böyük iqtisadi səmərə əldə etməyə imkan verir. Qısamüddətli qoyuluşlar dövriyyə vəsaiti kimi, lazım gəldikdə cari öhdəliklərin ödənilməsi məqsədilə satıla bilər.
Uzunmüddətli maliyyə qoyuluşları əsasən gələcəkdə iqtisadi mənfəət əldə etmək məqsədilə, digər müəssisəyə nəzarət etmək məqsədilə və s. məqsədlərlə həyata keçirilə bilər.
Digər müəssisənin səhmlərinin alınması 3 halla xarakterizə edilir:
- investor, digər müəssisənin səhmlərinin nəzarət zərfini (50%+1) alması nəticəsində idarəetmə və maliyyə işlərini öz nəzarəti altına götürür.
- SC-nin səhmlərinin müəyyən faizinə sahib olduqda investor nisbi nəzarət əldə edə bilər, daha doğrusu müəssisədə qəbul olunan qərarlara nisbətən təsir edə bilər.
- müəyyən dərəcədən az səhm əldə edildikdə həmin müəssisədə qəbul edilən qərarlara heç bir təsir göstərə bilməz.
Maliyyə qoyuluşlarının uçotu üçün hesablar planına uyğun olaraq 06 N-li “Uzunmüddətli maliyyə qoyuluşları” və 58 N-li “Qısamüddətli maliyyə qoyuluşları” hesablarından (pay və səhmlər, istiqrazlar, verilmiş borclar və s. subhesablar açmaqla) istifadə edilir. Uzunmüddətə (qısamüddətə) verilmiş pul və digər borcların hərəkəti 06 (58) N-li hesabın debetinə, verilən vəsaiti uçota alan hesabların kreditinə yazılır. Veksellərlə təmin olunmuş borclar ayrıca subhesabda uçota alınır. Analitik hesab elə tərtib edilməlidir ki, ölkə daxilindəki və xaricindəki maliyyə qoyuluşlarının hərəkətinə tam nəzarət etmək mümkün olsun.
Tikinti-quraşdırma işlərinə investisiya qoyuluşu, avadanlıqların, qurğuların alınması, layihə-axtarış, geoloji kəşfiyyat, qazma işləri, torpaq sahələrinin ayrılması üzrə xərclər, yeni yaradılan müəssisələr üzrə kadr hazırlığı, məhsuldar və iş heyvanlarından ibarət sürünün (naxırın) yaradılması üzrə xərclər kapital qoyuluşları adlanır. Müvafiq qoyuluşların uçotu üçün 08 N-li “Kapital qoyuluşları” hesabından istifadə edilir. Hesabın tərkibində torpaq sahələrinin əldə edilməsi, təbiətdən istifadə obyektlərinin əldə edilməsi, əsas vəsait obyektlərinin inşası, əsas vəsaitlərin dəyərini artırmayan məsrəflər, qeyri-maddi aktivlərin alınması, cavan heyvanların əsas sürüyə keçirilməsi, yaşlı heyvanlar üçün subhesablar və digər subhesablar açıla bilər.

Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə