Mühasibat və mühasibat tapşırıqları


Mövzu 6. Pul vəsaitləri, hesablaşmalar uçotu



Yüklə 75,65 Kb.
səhifə7/15
tarix09.02.2023
ölçüsü75,65 Kb.
#100520
növüReferat
1   2   3   4   5   6   7   8   9   10   ...   15
d word refe muhas 5405

Mövzu 6. Pul vəsaitləri, hesablaşmalar uçotu
Plan
1.Pul vəsaitlərinin iqtisadi mahiyyəti və pul vəsaitlərinin uçotunun vəzifələri
2.Kassa əməliyyatlarinin uçotu
3. Banklarda xüsusi hesablarda olan pul vəsaitlərinin uçotu
Pul vəsaitlərinin iqtisadi mahiyyəti və pul vəsaitlərinin uçotunun vəzifələri.
Pul vəsaitləri – təsərrüfat dövriyyəsində gəlirlər və daxil olmalar banklarda olan hesablarda pul formasında to­planır və ondan öz məqsədləri üçün istifadə olunur. Müəs­sisənin pul vəsaitləri nağd pul və pul sənədləri şəklində kassada, bankda isə açılmış hesablaşma hesablarında, məqsədli vəsaitlər üzrə xüsusi hesablarda saxlanır, eyni zamanda akkreditiv, çek kitabçaları şəklində istifadə olunur.
Bütün növ pul vəsaitlərinin uçotu üçün hesablar pla­nında xüsusi bölmədə aşağıdakı hesablarda-«Kassa» 50 №-li hesabda, «Hesablaşma hesabı» 51 №-li hesabda, «Valyuta hesabı» 52 №-li hesabda, «Banklarda olan xüsusi hesablar» 55 №-li hesabda, «Pul sənədləri» 56 №-li hesabda, «Yolda oln köçürmələr» 57№-li hesabda, «Qı­samüddətli maliyyə qoyuluşları» 58 №-li hesabda uçotu aparılır.
Pul vəsaitlərinin uçotunun əsas vəzifələri –pul vəsa­itlərinin düzgün saxlanması, kassa və bank əməliyyatları qaydalarına düzgün riayət etmək, pul vəsaitlərinin hərə­kətini mühasibat uçotu registrlərində və sənədlərdə düzgün nizama salmaqdan ibarətdir.
KASSA ƏMƏLİYYATLARININ UÇOTU.
Kassa əməliyyatlarının aprılması qaydaları öz növ­bəsində kassa əməliyyatlarının aparılması üzrə aşağıda­kıları müəyyən­ləşdirir:
-kassa əməliyyatlarının aparılması qaydalarının ümumi müddəalarını;
- nağd pulu qəbul etmək, vermək və kassa sənədlərini tərtib etmək qaydalarını;
-kassa kitabında qeydiyyat aparılması və pulun sax­lanılması qaydalarını;
-kassanın təftiş edilməsi və kassa intizamına əməl olunma­sına nəzarəti;
-pul vəsaitinin saxlanılması və daşınması zamanı onun sa­lamatlığını təmin etmək barədə tövsiyyələri;
-müəssisənin kassa binalarının texniki cəhətdən möhkəm­ləndirilməsi və yanğından mühafizə siqnalizasiy­ası vəsaitləri ilə təchiz olunması barədə tövsiyyələri
Kassa əməliyyatlarının aparılması qaydası. Kassadan pulun verilməsi və daxil olması üzrə olan bütün əməliyyatlar maddi məsul şəxs olan kassir tərəfin­dən aparılır. Deməli kassir qəbul etdiyi bütün qiymətlilərin saxlanılmasında cavabdehdir. Belə ki, kassir qəbul etdiyi bütün qiymətlilərin saxlanılması və özünün ehtiyatsız, laqeyd və ya qəsdən etdiyi hə­rəkət nəticəsində müəssi­səyə dəyən zərər üçün tam maddi mə­suliyyət daşıyır. Buna görə kassir işə götürülərkən onunla tam fərdi məsuliyyət barədə müqavilə bağlanmalıdır. Bununla yanaşı, müəssisə rəhbəri kassa əməliyyatlarının aparılması qaydası ilə kas­siri tanış etməlidir. Kassirə tapşırılan işi başqa şəxsə eti­bar etməyə icazə verilmir. Bir kassiri olan müəssisə­lərdə kassiri müvəqqəti əvəz etmək lazım gəldikdə, müəsisə­nin yazılı əmri ilə kassir vəzifəsinin icrası başqa şəxsə həvalə edilir. Bu şəxsdə kassa əməliyyatlarının aparılması qay­dası ilə tanış olmalı və onunla tam maddi məsuliyyət ba­rədə müqavilə bağlanır.
BANKLARDA XÜSUSİ HESABLARDA OLAN PUL VƏSAİTLƏRİNİN UÇOTU. Məqsədli istifadə üçün nəzərdə tutulan pul vəsaitləri 55 №-li «Banklarda olan xüsusi hesablar» hesabında uçota alınır. On­lara daxildir: akkreditivlər, çek kitabçaları, abunə iştirakçıları­nın depozitləri, əmanət sertifikatları, məqsədli maliyyələşmə vəsa­itləri, hökumət orqanlarının subsidisiy­aları, kapital qoyu­luşunun maliyyələşməsinə vəsaitlər və başqaları.
55 №-li «Banklarda olan xüsusi hesablar» hesabı üzrə aşağıdakı subhesablar açılır:
55-1 №-li «Akkreditivlər»
55-2 №-li «Çek kitabçaları»
55-3 №-li «Abunə iştirakçılarının depozitləri»
55-4 №-li «Əmanət setifikatları»
55-5 №-li «Bankdakı sair hesablar»
Akkreditiv hər hansı şəxsin adına yazılan və onun akkredi­tivdə göstərilən məbləği kredit müəssisəsindən (bankdan və ya əmanət kassasından) almaq hüququnu təsdiq edən qiymətli kağızdır. Akkreditiv təqdim edildiyi kredit müəssisəsi tərəfin­dən əmanət kassasına qoyulmuş və ya sahibinin hesabından silinmiş pul məbləği hesa­bına, yaxud banklar arasındakı müqaviləyə əsa­sən (bey­nəlxalq hesablaşmalarda) ödənilir. Akkreditiv hesab­laşma forması alıcı ilə satıcı müəssisə arasın­dakı məhsul satışı ilə bağlı hesablaşmalar da tətbiq edilir.
55-2 №-li «Çek kitabçaları» subhesabında çek kitab­çala­rında pul vəsaimtləri uçota alınır. Çeklər nağdsız he­sablaşma­lar üçün nəzərdə tutulmuşdur. Çek kitabçaları təhtəlhesab şəxsə ve­rilir və bununla hesablaşma aparılır və ayrıca uçota alınır.
55-3 №-li «Abunə iştirakçılarının depozitləri» subhe­sa­bında səhm abunəçiləri üçün cəmiyyətin bankdakı xüsusi hesa­bına köçürülən pul vəsaiti uçota alınır.



Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə