Mühasibat və mühasibat tapşırıqları


Mövzu 2. Mühasibat balansı



Yüklə 75,65 Kb.
səhifə3/15
tarix09.02.2023
ölçüsü75,65 Kb.
#100520
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   15
d word refe muhas 5405

Mövzu 2. Mühasibat balansı
Təsərrüfat vəsaitinin və onların əmələ gəlmə mənbələrinin müəyyən tarixə pul formasında ümumiləşdirilmə və iqtisadi cəhətdən qruplaşdırılma üsuluna balans deyilir 1. (1. Fransız dilindən tərcümədə balans bərabərlik deməkdir. Latınca balans iki sözdən əmələ gəlir. bis — iki dəfə, lanx — tərəzinin iki gözü. Əsl mənada bis1anx bərabərliyi göstərir və tərəzinin bir-birinə bərabər olan iki gözünü xarakterizə edir). Bir qayda olaraq balans rübdə və ya ildə bir dəfə tərtib olunur. Balans yalnız təsərrüfat vəsaitinin və onun əmələ gəlmə mənbələrinin vəziyyəti üzərində deyil, eyni zamanda onlardan istifadəyə nəzarət etməyə imkan verir.«Balans» termini ümumiyyətlə mühasibat uçotu,təsərrüfat fəaliyyətinin təh-lili,planlaşdırma sahəsində işləyən mütəxəssislərə məlumdur.Termin «balans» latın sö-züdür,«bislanx» sözünü göstərir,yəni bis-iki,lanx-tərəzinin bir-birinə bərabər olan iki hissəsi.Mühasibat balansı mühasibat(maliyyə) hesabatlarının tərkibində tərtib
olunur.İqtisadiyyatda müxtəlif formalarda balanslar məlumdur.Bunlardan mühasibat balansı,müəssisənin mənfəət və zərərini xarakterizə edən balanslar,əsas fondların balansı,əhalinin gəlir və xərclərini müəyyən edən balanslar,material balansları,əmək ehtiyatları balansı,sahələrarası balans və sair tərtib olunur.Bütün bunlara baxmayaraq ilk
növbədə balans tərtibi mühasibat uçotu balansına aiddir.Mühasibat balansı hər bir iqtisadi subyekt üçün müəyyən tarixə tərtib olunur.Balans hesabatı müəssisə yaradılan tarixə,aylıq,rüblük,yarım illik,9 aylıq və müəssisə ləğv olunarkən tərtib oluna bilər. Mövcud olan standartlara uyğun olaraq mühasibat balansı müəssisənin bütün maliyyə-təsərrüfat göstəricilərini onun hərəkəti pul ifadəsində əks etdirilir.Balansda mövcud olan əmlakın miqdarı,onların hansı mənbəələrdən əmələ gəlməsi,özünəməxsus və cəlb olun-muş vəsaitlər əks olunur.
Mühasibat(maliyyə) hesabatlarının nümunəvi formaları və o cümlədən mühasibat balansı, onların doldurulması qaydaları,Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Təsərrüfat vəsaitlərini və onların əmələ gəlmə mənbələrini ayrı-ayrı əks etdirmək üçün balans iki hissədən ibarət cədvəl formasında olur. Balansın təsərrüfat vəsaitinin tərkibini və yerləşməsini özündə əks etdirən hissəsi aktiv, onların əmələ gəlmə mənbələrini əks etdirən hissəsi isə passiv adlanır 2. (2. Aktiv və passiv terminləri latın sözü olub Aktiv vəsaitlərin hərəkət etməsini, fəaliyyət göstərməsini, passiv isə fəaliyyətdə olmamasını, başqaları qarşısında öhdəliklər olmasını ifadə edir).
Balansın aktivinin yekunu, passivin yekununa bərabər olmalıdır. Belə bərabərlik hər bir müəssisənin balansı üçün mütləqdir. Bu cür bərabərlik eyni vəsait kütləsinin iqitisadi məzmununa görə iki istiqamətdə qruplaşdırılması ilə əlaqədardır. Balansın bir tərəfində (aktivdə) vəsaitin tərkibi və onun harada yerləşməsi, digər tərəfində isə həmin vəsaitlərin hansı mənbələrdən əmələ gəlməsi (passivdə) qruplaşdırılır.
Aktivin və passivin hər bir ünsürü balans maddəsi adlanır. Məsələn, balansın aktivində əsas vəsait, qeyri maddi-aktivlər, material, uzunmüddətli maliyyə qoyuluşları, kapital qoyuluşları, bitməmiş istehsal, hesablaşma he-sabındakı, kassadakı, valyuta hesabındakı və i.a. olan pul vəsaiti, passivdə-nizamnamə kapitalı, əlavə kapital, ehtiyyat kapitalı, xüsusi təyinatlı fondlar, bölüşdürülməmiş mənfəət, malsatanlara olan borc, veksellər üzrə borc, əmək ödəməsi üzrə işçi heyyəti ilə hesablaşmalar, uzun və qısa müddətli bank kreditləri, alınmış qısa və uzunmüddətli borclar əks etdirilir ki, bunların hər biri balans maddələri adlanır.
Həmin maddələr balansın aktivində və passivində müəyyən edilmiş ardıcıllıqla qruplaşdırılır və belə qruplaşma müəssisənin maliyə vəziyyəti üzərində nəzarət etməyə imkan verir. balans aktiv üzrə üç, passiv üzrə iki bölmədən ibarətdir. Aktivin birinci bölməsində əsas vəsaitlər və qoyuluşlar (əsas vəsaitlərin bütün növləri, qeyri-maddi aktivlər uzunmüddətli maliyə qoyuluşları), ikinçi bölməsində ehtiyyatlar və məsrəflər (istehsal ehtiyyatları, bitməmiş istehsala məsrəflər, hazır məhsul, mallar, əlavə dəyər vergisi), üçüncü bölməsində pul vəsaitləri, hesablaşmalar və sair aktivlər (yüklənmiş mallar, debitorlarla hesablaşmalar, kassadakı, hesablaşma hesabındakı, valyuta hesabındakı pul vəsaiti) əks etdirilir.
Balansın passivində müəssisənin vəsaitinin əmələ gəlmə mənbələri göstərilir ki, bu da iki yerə-xüsusi vəsait mənbələrinə və öhdəliklərə (hesablaşmalara və sair passivlərə) bvlünür. Xüsusi vəsait mənbəələrinə nizamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı, xüsusi tə'yinatlı fondlar və mənfəət aid edilir. Bu vəsait mənbələrinin hamısı bir yerdə kötürüldükdə müəssisənin kapitalı adlanır. Müəssisəni yaradan investorlar (səhmdarlar), onun yaranmasına qoyduqları resurs (pul vəsaiti, material, əsas vəsait və i. a.) əvəzində adi səhm alırlar. Müəssisənin mənfəətnnin səhmdarlara olan öhdəçiliyin ödənilməsinə istnfadə olunmayan hissəsi, onun sərəncamında qalır və bölüşdürülməyən mənfəət adlanır. Beləliklə müəssisənin kapitalı iki mənbə: investorlardan (təsisçilərdən) alınan vəsait və bölüşdürülməmiş mənfəətin vəsaiti hesabına yaradılır.
Müəssisənin öhdəliklərinə-bankın uzun və qısa müddətli kreditləri, uzunmuddətli və qısamüddətli borçları, mallar, işlər və xidmətlər uzrə malsatanlara olan borçlar, alınmış veksellər üzrə borclar, əmək ödəməsi üzrə fəhlə və qulluqçulara əmək ödəməsinə görə sosial sıgorta orqanlarına, vergilər üzrə büdcəyə olan borclar aiddir. Sadaladığımız adətən cəlb edilmiş vəsaitlər adlanır. Hal-hazıra qədər balansı təhlilə hazırlamaq üçün brutto balansına (təmizlənməmiş) əsasən netto (təmizlənmiş) balansı tərtib edilirdi. Buna balansı, qiymətlilərin ilk satınalma dəyərini, nizamlaşdırıcı maddələrdən təmizləmək yolu ilə nail olunurdu. Hazırda bütün müəssisələrdə mühasibat uçotunun beynəlxalq standartlarının tələblərinə uygun gələn netto-balans formasından istifadə olunur.
Netto balansın aktnvində əsas Vəsaitlərin qeyri-maddi aktivlərin, az qiymətli və tezköhnələn əşyaların ilk (bərpa) dəyəri köhnəlməsi və qalıq dəyəri; mal qalıqları satınalma dəyəri; zərərlər — keçən ildə və hesabat ilin-də əldə olunan zərərlərin məbləği həcmində göstərilir. Balansın passivində keçən ilin və hesabat ilinin mənfəətinin məbləği, habelə hesabat ilinin bölüşdürülməmiş mənfəəti ayrı sətirdə köstərilir.
Beynəlxalq təcrübədə netto-balansının aktivinin və passivinin yekununa balansın valyutası deyilir.
Netto-balansının aktivinin valyutasına yalnız əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və az qiymətli tezköhnələn əşyaların qalıq dəyəri daxil edilir.
Netto-balansın passivlinin valyutasına bölüşdürülməmiş mənfəət də daxil edilir. Hesabat ilinin mənfəəti və mənfəətdən istifadə isə arayış şəklində göstərilir. Hesabat ilinin mənfəəti və mənfəətdən istifadə maddələrinin məbləği balansın valyutasına daxil edilmir.
Balansın növləri.
Mühasibat balansı tərtib olunma prinsipinə görə bir neçə formada hazırlanır.Giriş balansı müəssisə yaradılmış tarixə nizamnamə fondu əsasında tərtib olunur.Təsərrüfat subyektləri mühasibat uçotunun aparılması giriş balansının tərtibi ilə başlayır. Bu halda giriş balansında müəssisə nizamnaməsi qeydiyyatdan keçmiş əsas əmlak formaları və nizamnamə kapitalına təsisçilər tərəfindən qoyulan öhdəçiliklər,pul vəsaiti əks olu-nur.Cari balans giriş balansından fərqli olaraq müəssisənin fəaliyyətdə olduğu bütün dövrdə dövrü olaraq uçot siyasətinə və hesabat dövrlərinə uyğun tərtib olunur.Cari balansın tərtibi üç dövrə bölünür.Ondan birincisi başlanğıc,ikincisi hesabat dövrünün rüb və aylıqlarında və üçüncü isə yekun balansı formasında tərtib olunur. Başlanğıc və yekun balansı maliyyə ilinin əvvəlində və sonunda tərtib olunur.Hesabat dövrü arası balans isə hesabat dövrünün əvvəli və sonunda tərtib olunur.Azərbaycan Respublikasında hesabat dövrü arası balanslar birinci rübün yekunu,yarım illik(altı aylıq) və üçüncü rübün yekunu əsasında doqquz aylıq tərtib olunur.Bölüşdürmə balansı böyük müəssissələrin bir neçə müəssisəyə ayrılması ilə əlaqədar tərtib olunur.Bölüşdürmə balansı bir sıra halda böyük müəssisənin tabeliyində olan istehsal vahidlərinin başqa müəssisənin tabeçiliyinə verildikdə də tərtib olunur.Birləşmə balansı bir neçə müəssisənin bir müəssisə tabeçiliyində birləşməsi ilə əlaqədar olaraq tərtib olunur.


Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə