Mühasibat və mühasibat tapşırıqları


Mövzu 3. Hesablar sistemi və ikili yazılış



Yüklə 75,65 Kb.
səhifə4/15
tarix09.02.2023
ölçüsü75,65 Kb.
#100520
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   15
d word refe muhas 5405

Mövzu 3. Hesablar sistemi və ikili yazılış
Plan:
1. Mühasibat uçotu hesabları onların quruluşu.
2. Aktiv və passiv hesablar, onların quruluşu.
3. Hesablarda ikili yazılış üsulu.
4. Sintetik və analitik uçot hesabları, subhesablar.
5. Sintetik və analitik hesablar üzrə dövriyyə cədvəlləri.
Muhasibat uçotu hesabları, onların quruluşu.
Balans məlumatlarının kifayət etməməsi müəssisə və təşkilatlarda hər gün müxtəlif təsərrüfat əməliyatlarının baş verməsi və həmin təsərrüfat əməliyyatlarının vəsaitlərin, onların əmələgəlmə mənbələrinin tərkibində müəyyən dəyişiklik (artma yaxud azalma) əmələ gətirməsi ilə əlaqədardır. Ay və kvartal ərzində həmin vəsaitlərin və onların əmələgəmə mənbələrinin tərkibində necə dəyişiklik əmələ, gəldiyini isə ümumilikdə tərtib olunan balansdan görmək olmur. Buna nail olmaq üçün çari mühasibat uçotu hesabları tətbit edilir. Mühasibat uçotu hesabları təsərrüfat vəsaitlərinin və onların əmələgəlmə mənbələrinin hər biri üçün ayrı açılır. Bütün uçota alınan obyektlər, yəni vəsait və onun əmələgəlmə mənbəyi iki cür ya artmaya, yaxud azalmaya doğru dəyişilə bilər. Ona görədə hər bir mühasibat hesabı iki hissəyə ayrılır. Hesabın sol tərəfi debet, sağ tərəfi isə kredit adlanır.
Hesabın ikitərəfli formada olması vəsaitləri və onların əmələgəlmə mənbələrini artıran bütün məbləğləri bir tərəfdə, azaldan məbləğləri isə əks tərəfdə yazmağa imkan yaradır .Belə ki, hesabın debetində ilk qalıq yarı-larsa, onu artıran bütün məbləğlər də debet tərəfdə, azaldan məbləğ isə kredit tərəfdə yazılır. Əgər ilk qalıq kredit tərəfdə yazılarsa, onu artıran bütün məbləğlər kredit tərəfdə azaldan məbləğlər də debet tərəfdə əks etdirilir. Hesab üzrə ilk qalıqdan sonra yazılmış bütün məbləğlərin yekununa dövriyyə deyilir. Hesabın debetinə yazılmış məbləğlərin yekununa debet dövriyəysi, kreditinə yazılmış məbləğlərin yekununa isə kredit dövriyyəsi deyilir.
Aktiv və passiv hesablar, onların quruluşu. Mühasibat uçotunda bütün təsərrüfat vəsaitləri iki cür: biri vəsaitin tərkibi və yerləşməsinə, ikincisi əmələkəlmə mənbələrinə görə qruplaşdı-rıldığından onları uçota alan hesablar da iki yerə — təsərrüfat vəsaitlərinin tərkibini və yerləşməsini əks etdirən hesablara—aktiv hesablara və təsərrüfat vəsaitlərinin əmələgəlmə mənbələrini uçota alan hesablara—passiv hesablara bölünür. Aktiv və passiv hesablarda debet və kreditin təyinatı müxtəlifdir. Belə ki, aktiv hesabın debetində ilk qalıq və onu artıran məbləğlər, kreditində isə azaldan məbləğlər göstərilir. Passiv hesablarda isə əksinə ilk qalıq və onu artıran bütün məbləğlər kreditdə, azaldan məbləğlər debetdə göstərilir.
Aktiv və passiv hesablar, onların quruluşu. Mühasibat uçotunda bütün təsərrüfat vəsaitləri iki cür: biri vəsaitin tərkibi və yerləşməsinə, ikincisi əmələkəlmə mənbələrinə görə qruplaşdı-rıldığından onları uçota alan hesablar da iki yerə — təsərrüfat vəsaitlərinin tərkibini və yerləşməsini əks etdirən hesablara—aktiv hesablara və təsərrüfat vəsaitlərinin əmələgəlmə mənbələrini uçota alan hesablara—passiv hesablara bölünür. Aktiv və passiv hesablarda debet və kreditin təyinatı müxtəlifdir. Belə ki, aktiv hesabın debetində ilk qalıq və onu artıran məbləğlər, kreditində isə azaldan məbləğlər göstərilir. Passiv hesablarda isə əksinə ilk qalıq və onu artıran bütün məbləğlər kreditdə, azaldan məbləğlər debetdə göstərilir.
Aktiv hesablar üzrə son qalığı tapmaq üçün ilk debet qalığının üzərinə debet dövriyyəsini (artan məbləğini) əlavə edib, kredit dövriyyəsini (azalan məbləğini) çıxmaq alınan məbləği debet tərəfdə yazmaq lazımdır. Passiv he-sablar üzrə son qalığı tapmaq üçün isə hesabın ilk kredit qalığının üzərivə kredit dövriyyəsini (artan məbləğini) əlavə edib debet dövriyyəsini (azalan məbləğini) çıxmaq, alınan nəticəni kredit tərəfdə yazmaq lazımdır.
Hesablarda ikili yazılış üsulu. Hesabların yuxarıdakı sxemindən görünür ki, hər bir təsərrüfat əməliyyatı, bir-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif hesabların debetinə və kreditinə yazılır. Təsərrüfat əməliyyatlarının hesablarda bu cür qarşılıqlı əks etdirilmə üsuluna ikitərəfli qeyd (yazılış) üsulu deyilir. İkitərəfli qeyd (yazılış) üsulunun mahiyyəti ondan ibarətdir ki, hər bir təsərrüfat əməliyyatı eyni zamanda və eyni məbləğdə mütləq iki hesabda əks etdirilir. Hesabın birində əməliyyatın məbləği debet tərəfdə, digərində isə kredit tərəfdə göstərilir. Bu zaman hər bir əməliyyatın debet məbləği mütləq həmin əməliyyatın kredit məbləğinə bərabər olmalıdır. İkitərəfli yazılış təsərrüfat əməliyyatlarının təsiri nəticəsində vəsaitlərin və onların əmələgəlmə mənbələrinin tərkibində baş verən qarşılıqlı əlaqəni aydınlaşdırmaq üsuludur. İkitərəfli yazılış üsulu təsərrüfat əməliyyatlarının gedişinə nəzarət etməyə imkan verir.
Təsərrüfat əməliyyatlarını hesablarda əks etdirməzdən əvvəl, həmin əməliyyatların hansı hesabın debetinə, və kreditinə yazılmasını bilmək lazımdır. Bunun üçün mühasibat uçotunda provodka (yazılış) tərtib olunur. Provodka, yəni mühasibat yazılışı debetləşən və kreditləşən hesabların adını göstərən və konkret təsərrüfat əməliyyatlarının məzmununu və məbləğini əks etdirən yazılışa deyilir.
Provodka iki cür olur.
1. Sadə provodka (yazılış)
2. Mürəkkəb provodka (yazılış).
Təsərrüfat əməliyyatının eyni məbləğdə bir hesabın debetinə, digər hesabın kreditinə yazılmasına sadə provodka (yazılış) deyilir. Təsərrüfat əməliyyatının bir hesabın debetinə, bir neçə hesabın kreditinə və yaxud ək-sinə, bir hesabın kreditinə bir neçə hesabın debetinə yazılmasına isə mürəkkəb provodka (yazılış) deyilir.
Mühasibat hesabları qiymət və kalkulyasiya ilə də əlaqəlidir. Belə ki, mühasibat uçotunda əməliyyatları qiymətləndirmədən onları hesablarda əks etdirmək olmaz. Məhsulun maya dəyərini hesablamaq üçün kalkulyasiya tər-tib edilir. Kalkulyasiyanı tərtib etmək üçün bütün məlumatlar hesablardan götürülür.
Mühasibat uçotunun metodunun əsas ünsürlərindən biri olan balans ilə hesablar arasındakı əlaqə ikitərəflidir. Bir tərəfdən hesabların məlumatına əsasən balans tərtib edilir. Digər tərəfdən isə balansda olan qalıqlara əsasən hər bir dövrün əvvəli üçün hesablar açılır. Hesablar, həmçinin mühasibat hesabatının digər formaları ilə də əlaqəlidir. Mühasibat uçotunun metodunun bütün ünsürləri qarşılıqlı əlaqəli olduqda uçot obyektlərinin, daha doğrusu uçot göstəricilərinin dəqiqliyi və düzgünlüyü təmin edilir.
Sintetik və analitik uçot hesabları, subhesablar. Mühasibat uçotu hesabları əsasən balans maddələrinə uyğun gəlir. Daha doğrusu, burada təsərrüfat vəsaitlərinin hərəkəti və onların əmələgəlmə mənbələrinin dəyişməsi ümumiləşdirilmiş
göstəricilərlə əks etdirilir. Təsərrüfat vəsaitlərinin və onların əmələgəlmə mənbələrinin üzərində konkret nəzarəti həyata keçirmək və mülkiyyətin qorunmasını təmin etmək üçün cari mühasibat uçotu hesablarından yalnız ümumiləşdirilmiş göstəricilər əldə etmək kifayət deyil. Ona görə də, ümumiləşdiridmiş göstəricilərə malik olan hesablarla yanaşı, elə hesablarda aparılmalıdır ki, həmin hesablarda hər bir vəsait haqqında zəruri məlumatlar əks etdirmək mümkün olsun. Cari mühasibat uçotu sintetik və analitik hesablarda aparılır. Sintetik hesablarda təsərrüfat vəsaitləri, onların mənbələri və təsərrüfat prosesləri iqtisadi cəhətdən oxşar qruplar üzrə ümumiləşdirilmiş göstəricilər lə əks etdirilir. Sintetik hesablarda aparılan uçota sintetik uçot deyilir.
Analitik uçotda təsərrüfat əməliyyatları dəqiq və konkret şəkildə əks etdirilir və belə hesablarda aparılan uçota analitik uçot deyilir.
Sintetik hesablar, sub (köməkçi) hesablara, onlar da öz növbəsində analitik hesablara bəzən də sintetik hesablar bilavasitə analitik hesablara bölünə bilər.
Sintetik və analitik hesablar üzrə dövriyyə cədvəlləri. Hesabat dövrünün axırına balans tərtib etmək və ümumiyyətlə müəssisənin kvartallıq və illik nəticələrini müəyyən etmək üçün hesablar üzrə yekun məlumatarını ümumiləşdirmək lazımdır. Bu məqsədlə dövriyyə cədvəl-ləri tərtib edilir. Dövriyyə cədvəli hesablar üzrə yekun məlumatlarının ümumiləşdirilməsi üsulu deməkdir.
Mühasibat uçotu hesablarının sintetik və analitik hesablara bölünməsi ilə əlaqədar olaraq dövriyyə cədvəlləri də sintetik və analitik hesablar üzrə dövriyyə cədvəllərinə bölünür. Hesablar üzrə yekun məlumatlarının ümu-miləşdirilməsinə sintetik hesabın birləşdirdiyi analitik hesablar üzrə dövriyyə cədvəllərini tərtib etməkdən başlanır. Bu sintetik və analitik hesablar üzrə əks etdirilmiş məlumatları qarşılıqlı surətdə yoxlamağa imkan verir. Buna görə də analitik hesablar üzrə dövriyyə cədvəli sintetik uçotla analitik uçot arasında əlaqə forması hesab olunur. Analitik hesablar üzrə dövriyyə cəd-vəlində aşağıdakı məlumatlar olur:
— hesabat dövrünün əvvəlinə olan qalıq
— hesabat dövrü ərzində baş verən debet və kredit üzrə dövriyyə.
— hesabat dövrünün axırına olan qalıq.
Sintetik hesablar üzrə dövriyyə cədvəlində aşağıdakı məlumatlar olur:
-hesabat dövrünün əvvəlinə sintetik hesablar üzrə ilk debet və kredit qalığı;
-ay ərzində aktiv və passiv hesablar üzrə debet və kredit dövriyyəsi;
-ayın axırına aktiv və passiv hesablar üzrə debet və kredit qalığı.


Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə