Mühasibat və mühasibat tapşırıqları


Mövzu 1. Mühasibat uçotunun predmeti və metodu.Onun mahiyyəti və funksiyaları



Yüklə 75,65 Kb.
səhifə2/15
tarix09.02.2023
ölçüsü75,65 Kb.
#100520
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   15
d word refe muhas 5405

Mövzu 1. Mühasibat uçotunun predmeti və metodu.Onun mahiyyəti və funksiyaları
Bazar iqtisadiyyatı şəraitində normal işləyə bilmək üçün respublikamızda güclü məhsuldar qüvvələr yaradılır. Bu qüvvələri idarə edə bilmək üçün çoxlu miqdarda informasiya kütləsi tələb olunur. Bu cür informasiyanın toplanması və işləməsi yalnız yaxşı təşkil olunmuş təsərrüfat uçotunun köməyi ilə mümkündür. Deyilənlər belə nəticəyə gəlməyə əsas verir ki, təsərrüfat uçotu bazar iqtisadiyyatı şəraitində müxtəlif mülkiyyət formalarına aid olan müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin miqdar xüsusiyyətlərini əks etdirməklə bərabər, onlara keyfiyyət xarakteristikası da verir.
Təsərrüfat uçotunun məlumatları bazar iqtisadiyyatı şəraitində Respublikanın Xalq təsərrüfatının inkişafının qanunauyğunluqlarımı öyrənmək üçün istifadə olu­nur.Uçotun məlumatları yeni mülkiyyət formalı müəssisələr, birliklər, sahələr və bütün xalq təsərrüfatı üzrə təsərrüfat tapşırıqların (planlarının) yerinə yetirilməsini xarakterizə edir. O, istehsalın iqtisadi səmərəliliyini yüksəltmək, texniki tərəqqinin nailiyyətlərinin surətləndirmək, Milli gəlirin inkişaf tempinin artırmaq və xalqımızın güzaranını yaxşılaşdırmaq üçün ehtiyat mənbələri axtarmağa imkan verir.
İdarəetmə mexanizmini hərəkətə gətirmək və təsərrüfat uçotunu yenidən qurmaq məqsədi ilə Respublikamızda ilk dəfə olaraq, Azərbaycan Prezidentinin 11 avqust 1992-ci il tarixli fərmanına əsasən mühasibat uçotunu Beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə 1995-ci ildə «Mühasibat uçotu haqqında qanun» qəbul edilmişdir.
Təsərrüfat uçotunun qarşısında qoyulan tələblər. Təsərrüfat prosesləri zamanı baş verən hadisələri müntəzəm uçota almadan bu prosesləri idarə etmək mümkün deyil. Təsərrüfat uçotunun əsas vəzifələrindən biri bazar iqtisadiyyatı şəraitində respublikamızda mövçud olav müxtəlif mülkiyyət formalarının vəsaitinin qorunması uğrunda nəzarəti həyata keçirmək hesab olunur.
Təsərrüfat uçotu qarşısında duran vəzifələri yerinə yetirə bilmək üçün Beynəlxalq standartlar səviyyəsində qurulmalı və bir sıra tələblərə cavab verməlidir.
Uçotda tətbiq olunan ölçulər. Məlum olduğu kimi təsərrüfat uçotu vasitəsilə müşahidə olunan obyektlər miqdar göstəriciləri ilə ifadə olunur. Müşahidə olunan göstəriciləri ölcmək üçün təsərrufat uçotunda, aşağıdakı üç ölçüdən istifadə olunur:
1. Natural ölçü;
2. Əmək ölçüsü;
3. Pul ölçüsü.
Natural ölçüsündən əsas etibarı ilə material resurslarının miqdar ifadəsi ilə uçota alınması üçün istifadə edilir. Natural ölçünün müxtəlif mülkiyət formalarının əmlakının qorunmasıda böyük əhəmiyəti vardır. Natural ölçü vahidləri-kiloqram, ton, barel, metr və s. hesab olunur. Natural ölçü vasitələr müxtəlif əşyalar (haqqında ümumi məlumat əldə etmək mümkün olmur. Natural ölçülərin köməyi ilə müxtəlif ada, sorta və i. s. malik olan məhsulların ham miqdarını, həm də keyfiyyətini xarakterizə edən göstəricilər haqqında məlumat əldə edilir. Lakin natural ölçülərdən yalnız oxşar material qiymətlilərin və məhsulların uçotunu aparmaq üçün istifadə etmək olar. Müxtəlif adlı material qiymətlilərini və məhsulları cəmləşdirmək üçün natural ölçülərdən istifadə etmək olmaz. Məsələn, pambığın, taxılın, üzümün, kartofun və i. s. eyni çəki ölçüsü ilə uçota alınmasına baxmayaraq onları toplamaq qeyri mümkündür.
Əmək ölçüsü sərf edilmiş əməyi hesablamaq üçün istifadə edilir. Əmək ölçüsü vasitəsilə müəssisənin işçilərinə əmək haqqı və onların əmək məhsuldarlığı hesablanır, gördüyü işlərin üzərində nəzarət həyata keçirilir. Əmək ölçüsü vahidlərinə adam gününü, saatını, dəqiqələrini aid etmək olar. Əmək ölçüləri əsas etibarı ilə natural ölçülərlə birlikdə tətbiq edilir. Məsələn, məhsul istehsalı üzərində nəzarət etdikdə hər bir işçinin müəyyən məhsulun istehsalına nə qədər vaxt sərf etdiyi, əmək məhsuldarlığının hesablanması zamanı hər bir işçi hesabı ilə nə qədər məhsul istehsal edildiyi, mal dövriyəsinə nail olunduğu müəyən edilir.
Təsərrüfat hadisələrini ümumi şəkildə əks etdirmək üçün pul ölçüsündən istifadə olunur. Pul ölçüsünün kö­məyi ilə müxtəlif təsərrüfat prosesləri haqqında ümumiləşdirilmiş göstəricilər əldə edilir. Məsələn, pul ölçüsünün köməyi ilə yeni mülkiyət formalarına aid olan müəssisələrdə mövcud olan vəsaitin ümumi məbləği, təsərrüfat fəaliyətinin ümumi nəticələri əks etdirilir.Bu cür ölçü olmadan təsərrüfatın planlaşdırılması və idarə olunması mümkün deyil. Pul ölçüsünün köməyi ilə müəssisənin və onun ayrı-ayrı sahələrinin işi üzərində nəzarət aparılır. Pul ölçü vahidi Azərbaycan manatı hesab olunur.
Təsərrüfat uçotunun növləri.
Müasir şəraitdə təsərrüfat uçotu sistemi bir-birilə əlaqədar olan 3 formada ifadə olunur.Operativ uçot vasitəsilə idarə,müəssisələrin,istehsal sahələri,sexlərin fəaliyyətinə gündəlik rəhbərlikdə istifadə edilir.Operativ uçot bir qayda olaraq tələb olunduğu halda aparılır.Onun təqdim olunması üçün vaxt müəyyən olunmur.Bu isə göstərilən uçot formasının başqa uçot formalarından fərqləndirən birinci göstəricidir.Operativ informasiyanın ikinci fərqi onun istənilən vaxtda,sənədləşdirilmədən hazırlanıb təqdim olunmasıdır.Statistika uçotu xalq təsərrüfatının iqtisadiyyatın,elmin,təhsilin müxtəlif sahələrində baş verən kütləvi əməliyyatları öyrənir.Statistika uçotu məlumatları əsasında dövlət idarəetmə orqanları proqnozları müəyyən edir,iqtisadi siyasət sahəsində qərarlar qəbul edir,ölkənin iqtisadiyyatının idarə olunması ilə əlaqədar olaraq konkret operativ tədbirlər görür.Mühasibat uçotu təsərrüfat əməliyyatlarının kəmiyyət və keyfiyyət gös-təricilərini mövcud qanunçuluqla müəyyən olunmuş sənədlər əsasında,pul və miqdar ifadəsində əks etdirməklə öyrənir və fasiləsiz nəzarəti həyata keçirir.Mühasibat uçotunda bütün əməliyyatlar tam və ardıcıl olaraq yalnız sənədlər əsasında həyata keçirilir. Mühasibat uçotunda əsasən pul ölçüsündən istifadə edilir.
Mühasibat uçotunun predmeti müəssisənin mövcud olan əmlakı, onun hərəkəti, əmələ gəlmə mənbəələri və formalaşmasını əhatə edir.Mühasibat uçotunun metodu onun icra fəaliyyətində mühüm əhəmiyyətə malik olan ünsürləri vasitəsilə yerinə yetirilir.Bu ünsürlər sənədləşmə və invertarlaşmadan,qiymət və kalkulyasiyadan,hesablar sistemindən,ikitərəfli yazılış,mühasibat balansı və hesabatdan ibarətdir.Sənədləşdirmə - təsərrüfat əməliyyatının müəyyən sənədlərlə əməliyyatın icra olunduğu yerdə rəsmiyyətə salınmasıdır.İnvertarlaşma - müəssisə mühasibat uçotunda əks olunmuş əmlakın faktiki yoxlanması və müəyyən olunması formasıdır.Qiymət və kalkulyasiya.Qiymətin köməyi ilə müəssisədə mövcud əmlakın bütün çeşidlərinin ümumiləşdirilmiş həcmi müəyyən olunur.Hesablar sistemi və ikitərəfli yazılış.Hesablar sistemi vasitəsilə mühasibat uçotunda əks olunmuş əməliyyatlar iqtisadi cəhətdən qruplaşdırılır.Mühasibat balansı və hesabat.Mühasibat balansında müəs-sisənin özünəməxsus və cəlb olunmuş vəsaitlərinin iqtisadi cəhətdən qruplaş-dırılması,onların yerləşdirilməsi və pul şəklində ifadəsi bir qayda olaraq hər ayın 1-i tarixində əks olunur.Müəssisə və idarələrin mühasibat hesabatı müəyyən dövr üçün (ay,rüb,il) istehsalat-təsərrüfat və maliyyə fəaliyyətini xarakterizə edən göstəricilər sistemidir.
Kapitalizm cəmiyyətində mühasibat uçotunun vəzifələri və məzmunu onun inkişaf xüsusiyyətləri ilə müəyyən edilir. Burada uçot öz ölkəsinin əhalisinn istismar etmək və müflisləşdirmək; başqa ölkələrinin əhalisini müntəzəm olaraq soymaq, müharibələr və hərbləşdirmə yolu ilə maksimum mənfəət əldə olunmasını təmin etmək funksiyasını yerinə yetirir.
Mühasibat uçotunu başqa uçot növlərindən fərqləndirən əsas xüsusiyətlər onun ardıcıl və sənədlərə əsasən aparılmasıdır. Mühasibat uçotunun ardıçıllığı onunla izah olunur ki, burada müəssisədə baş vermiş bütün təsərrüfat əməliyatları ardıcıl qeydə alınır. Mühasibat uçotunda qeydə alınan hər bir əməliyyat əvvəlcə mütləq ilk sənədlə rəsmiyətə salınmalıdır. Yalnız rəsmiyətə salınan sənədlərin məlumatları mühasibat uçotunun aparılmasının yeganə-mənbəyi hesab olunur. Mühasibat uçotunun məlumatlarına əsasən hər bir maddi-məsul şəxsin işinə, hərəkətinə, dəqiq və asaslandırılmış qaydada nəzarət olunur.
Beynəlxalq təcrübədə mühasibat uçotu iki yerə: İstehsal və ya başqa sözlə idarəetmə uçotuna bə maliyyə uçotuna bölünür. Mühasibat, bazar iqtisadiyatı şəraitində müəssisənin fəalliyyətinə rəhbər gözü ilə baxır. Ona görə menecerlərin iş nətiçəsi çox vaxt mühasibat məlumatlarından asılı olur. Dünya ölkələrində mühasibat uçotu sis­temi, müəssisənin əsas informasiya sistemidir.
Mühasibat uçotunun informasiyaları daxili hesabatların tərtib olunması, planlaşma və nəzarətin aparılması, görülmüş işlərə qiymət -verilməsi, qeyri-standart situasiyalar baş verdikdə və firmanın siyasətini müəyyən etdikdə müvafiq qərarlap qəbul edilməsi, investisiya qərərlarının qəbuluna və vergilərin düzkün hesablanmasına nəzarət edilməsi, səhmdarların va dövlət orqanları­nın xariçi hesabatlarının tərtib edilməsi və s. üçün istifadə olunur.


Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə