Mühasibat və mühasibat tapşırıqları


Mövzu 14.Kapitallar, ehtiyatlar ,məqsədli maliyyələşmələr və



Yüklə 75,65 Kb.
səhifə14/15
tarix09.02.2023
ölçüsü75,65 Kb.
#100520
növüReferat
1   ...   7   8   9   10   11   12   13   14   15
d word refe muhas 5405

Mövzu 14.Kapitallar, ehtiyatlar ,məqsədli maliyyələşmələr və
məqsədli daxilolmaların uçotu
Nizamnamə kapitalı - yarandığı və müvafiq orqanlarda qeydiyyatdan keçdiyi zaman müəssisəyə onun mülkiyyətçisi tərəfindən qoyulan vəsaitlərin məbləğidir. Nizamnamə kapitalı hər bir müəssisənin qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsində mühüm vəsait mənbələrinin formalaşması göstəricilərini əks etdirir. Nizamnamə kapitalı istənilən təşkilati-hüquqi formalarında olan müəssisələrin istehsalat təsərrüfat fəaliyyətinə təkan verən kapitalın start miqdarıdır.O özündə müəssisənin mülkiyyətinə sahib olmaq və sərəncam vermək hüququnu, hüquqi cəhətdən möhkəmləndirilməsi və eyni zamanda müəssisənin istehsalat təsərrüfat fəaliyyətinin əsas mənbəyini əlaqələndirir.
Nizamnamə kapitalı müəssisə yaradılarkən təsisçilərin qoyduqları vəsaitlər əsasında formalaşır.Nizamnamə kapitalının formalaşması mövcud olan qanunvericilik, normativ aktların və müəssisələrin təsis sənədləri tələblərinə uyğun icra olunur. Nizamnamə kapitalının həcmi müəssisənin nizamnaməsində öz əksini tapır və müəssisənin təsərrüfat-maliyyə dövriyyəsi onun həcminə təsir göstərir.Onun həcmi mülkiyyət formasından asılı olmayaraq yalnız müəssisə təsisçilərinin qərarı ilə dəyişdi- rilə bilər.
Bazar iqtisadiyyatına keçənə qədər müəssisəyə lazım olaan vəsaitlər dövlət tərəfindən ayrılırdı.Onların dəyəri müəssisənin nizamnaməsində əks olunurdu. Fəaliyyət prossesində nizamnamə kapitalı dövlət orqanları tərəfindən müəyyən edilən qaydalar üzrə artırdı və ya azalırdı. Öz fəaliyyətini bazar iqtisadiyyatında həyata keçirən müəssisələr kommersiya əsasında təşkil olunurlar. Bunun üçün bir neçə hüquqi və fiziki şəxslər əmanətçi payçıların kollektivləri və ya səhmdarların korporo- siyaları nizamnamə kapitalına pul məbləğlərini və ya qiymətliləri qoymaq yolu ilə kollektiv və ya korporativ mülkiyyət yaradırlar.
Azərbaycan Respublikasının 24 mart 1995-ci il tarixli Mühasibat uçotu haqqında qanuna müvafiq olaraq nizamnamə kapitalı özündə təsis sənədlərində müəyyən edilmiş ölçüdə, müəssisənin fəaliyyətini təmin etmək üçün yaradıldığı zaman iştirakçıların(mülkiyyətçilərin) əmlaka qoyduqları əmanətlərin(pul ifadəsində) məcmuunu əks etdirir.Bu kapital təsisçilər tərəfindən pul vəsaitləri, qüyri-maddi aktivlər, əsas və dövriyyə vəsaitləri şəklində keçirilməlidir. Onun məbləği müəssisə qeydiyyatdan keçirilən zaman müəssisənin nizamnaməsində əks olunur. Nizamnamə kapitalı sonra əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, onların köhnəlməsinin, dövriyyə və pul vəsaitlərinin hərəkətinin təsiri altına düşməməlidir. Bu, əgər müəssisə il ərzində öz təşkilati-hüquqi formasını dəişmirsə belə olur. Əgər o dəişirsə, misal üçün, özəlləşmə ilə əlaqədar olaraq, onda nizamnamə kapitalının həcmini dəişməyə icazə verilir. Bu əmlakın qiymətləndirilməsi aktında, yəni təsis sənədlərində, nizamnamədə əks olunmalıdır.
Nizamnamə kapitalının formalaşması təşkilatın və onun təşkilati-hüquqi fəaliyyətinin formalaşması ilə əlaqədardır.
15 dekabr 1992-ci il tarixli« Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu » və 01 iyul 1994-cü il tarixli «Müəssisələr haqında Azərbaycan Respublikasının Qanunu» müəssisələrin aşağıdakı təşkilati-hüquqi formalarını nəzərdə tutur ׃ fərdi(ailə), şərikli(tam ortaqlı), payçı və şərikli(azı bir şərik və bir payçı tərəfindən təşkil olunur), dövlət müəssisəsi, məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyəti. Hər bir təşkilati-hüquqi forma üçün nizamnamə kapitalının yaradılması qaydası qanunvericilikdə və təsis sənədləri ilə nizama salınır, bunlar nizamnamə və təsisçilərin müqaviləsi hesab olunurlar.
Fərdi xüsusi müəssisənin nizamnamə kapitalı sahibkarlıq fəaliyyəti həyata keçi- rən mülkiyyətçinin qoyduğu vəsait hesabına yaradılır. Ailə xüsusi müəssisəsinin ni- zamnamə kapitalı, ümumi pay mülkiyyəti hüququnda ailə üzvlərinin qoyduqları və- saitin hesabına yaradılır.
Qeyri-məhdud cəmiyyət hüquqi şəxs hesab olunmur, onun iştirakçıları isə müs - təqilliyi və hüquqi şəxs hüququnu saxlayırlar. Cəmiyyətin nizamnamə kapitalı(qeyri-məhdud cəmiyyət, qarışıq cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət) ancaq işti - rakçıların qoyduqları pulların hesabına yaradılır və ümumi pay mülkiyyəti hüququnda olan iştirakçılarına məxsus olur.



Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə