Mühasibat və mühasibat tapşırıqları


Mövzu 5. Müəssisələrdə mühasibat uçotunun təşkili əsasları



Yüklə 75,65 Kb.
səhifə6/15
tarix09.02.2023
ölçüsü75,65 Kb.
#100520
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   15
d word refe muhas 5405

Mövzu 5. Müəssisələrdə mühasibat uçotunun təşkili əsasları
Plan:
1. Mühasibat uçotunun təşkilinin əsas prinsipləri.
2. Uçotun təşkili formaları.
3. Azərbaycan Respublikasında mühasibat uçotu haqqında qanun.
4. Mühasibin vəzifələri, hüquqları və məsuliyyəti.
Mühasibat uçotunun təşkilinin əsas prinsipləri.
Müəssisə və təşkilatlarda mühasibat uçotu elə təşkil edilməlidir ki, uçot məlumatlarının köməyilə həm müssisə və təşkilatların işi üzərində nəzarət, həm də xalq təsərrüfatı planının (tapşırığının) yerinə yetirilməsi üzərində nəzarət etmək mümkün olsun. Bununla əlaqədar olaraq respublikamızda vahid xalq təsərrüfatı uçotu sistemi təşkil edilmişdir.
Mühasibat uçotunun səmərəli təşkili aşağıdakıları təmin etməlidir:
Təsərrüfat vəsaitinin mövcudiyyəti və onun əmələ gəlmə mənbələri üzərində nəzarəti.
Planın (tapşırığın) yerinə yetirilməsini və müəssisənin iqtisadi inkişafını xarakterizə edən məlumatları təmin etmək.
Düzgün hesabat məlumatlarını yuxarı təşkilata vaxtında təqdim etmək.
Uçot işlərini avtomatlaşdırmaq üçün ən müasir vəsaitlərdən istifadə etmək və i. a.
Müəssisə və təşkilatlarda mühasibat uçotunun səmərəli təşkil edilməsi üçün bir sıra şərtlərin gözlənilməsi tələb olunur. Uçotu səmərəli təşkil etmək üçün birinci növbədə müəssisə və təşkilatların fəaliyyəti öyrənilməlidir. Bu zaman müəssisə və təşkilatın quruluşu, istehsal və iş istiqaməti, maliyyə planı, istehsal və ya iş texnologiyası, köməkçi və xidmətedici müəssisələrin quruluşu və i. a. öyrənilməlidir.
Uçotun düzgün təşkil edilməsinin mühüm şərtlərindən biri də mühasibat aparatının uçotun aparılmasına dair qüvvədə olan qaydaları yaxşı bilməsidir. Uçot təşkil edilən zaman müəssisənin ayrı-ayrı bölmələrinin mühasibatla əlaqələri sistemini müəyyən etmək lazımdır.
Uçotun təşkili formaları. İlk sənəd məlumatlarının ümumiləşdirilməsindən, yığma cədvəllərinin və hesabatların tərtib edilməsi yerlərindən asılı olaraq mühasibat uçotu iki qaydada: mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş qaydada təşkil edilə bilər.
Uçot mərkəzləşdirilmiş, qaydada təşkil edildikdə müəssisənin bütün sahələrində tərtib olunmuş ilk sənədlər mərkəzi mühasibatlığa təqdim olunur. Burada həmin sənədlər yoxlanılır, sintetik və analitik uçot aparılır, və onların məlumatlarına əsasən balans tərtib elilir.
Uçotun mərkəzləşdirilmiş qaydada aparılmasının üstünlüyü onun uçot işçiləri arasında əmək bölgüsünü düzgün aparmağa və əmək məhsuldarlığının artırılmasına şərait yaratmasından, uçotun avtomatlaşdırılmasını asanlaşdır-masından ibarətdir. Burada eyni zamanda bütün sənədlər və uçot işləri bir yerdə toplanır.
Uçot qeyri-mərkəzləşdirilmiş qanunda təşkil edilən hallarda uçot işləri müəssisənin ayrı-ayrı sahələrində— sexlərdə, mağazalarda, restoranlarda və i. a. aparılır.
Uçot qeyri-mərkəzləşdirilmiş qaydada təşkil edildikdə uçot işçiləri arasında əməyin düzgün bölüşdürülməsi, hesab maşınlarından istifadə edilməsi çətinləşir. Uçotun qeyri-mərkəzləşdirilmiş qaydada aparılması mühasibat aparatının saxlanmasına çəkilən xərcləri artırır. Buna görə də müəssisə və təşkilatlarda uçotun mərkəzləşlirilmiş qaydada təşkil olunma-sının tətbiq edilməsi daha məqsədəuyğundur. Mühasibat uçotunun səmərəli təşkilini yalnız yüksək ixtisaslı, (öz biliyini daima artıran və mühasibat uçotunun aparılmasına dair təlimatları və qanunları yaxşı bilən) mütəxəs-sislər həyata keçirə bilər.
Qanun Azərbaycan Respublikası Prezidentinin 22 mart 1995-ci il tarixli fərmanı ilə təstiq olunmuş, Milli Məclisin 999 saylı 24 mart 1995-ci il tarixli qərarı ilə həmin ilin iyul ayının 1-dən qüvvəyə minmişdir. Hazırda xalq təsərrüfatının bütun sahələrində müəssisə, idarə və təşkilatlarda mühasibat uçotu həmin qanuna əsasən təşkil olunur.
Mühasibat uçotu haqqında qanun 7 bölmədən, 41 maddədən ibarətdir. Onlar aşağıdakılardır:
I. Ümumi müddəalar.
II. Mühasibat uçotunun təşkili.
III. Mühasibat uçotunun sənədləşdirilməsi və registrləri.
IV. Müəssisənin əmlakı.
V. Əmlakın qiymətləndirilməsi, kapital və maliyyə qoluşları.
VI. Maliyyə (mühasibat) hesabatı.
VII. Mühasibat uçotu və hesabatlarının tənzimlənməsi.
Birinci bölmədə qanunun təyinatı, mühasibat uçotu və hesabatın qanuvericiliyi, mühasibat uçotunun əsas anlayışları, mühasibat uçotunun məcburiliyi, mühasibat uço-tunun obyektləri, mühasibat uçotunun əsas prinsipləri əks etdirilir. Burada, mühasibat uçotunun dövlət tərəfindən tənzimlənməsi qaydalarının, o cümlədən mühasibat uçotunun təşkilinin və aparılmasının ümumi prinsiplərinin, bu sahədə müəssisə, idarə, təşkilat və başqa təsərrüfat subyektlərinin hüquqlarının, vəzifələrinin və məsuliyyətlərinin, mühasibat (maliyyə) hesabatlarının nəşri qaydasının, mühasibat uçotu və hesabatı ilə bağlı digər işlərin, əsas anlayışları təsərrüfat əməliyyatları, ilkin sənədlər, mühasibat uçotu registrləri, inventarlaşdırma, mühasibat uçotu hesabları, mühasibat uçotunun hesablar planı; mühasibat uçotunun standartları; adi (normal) əməliyyat dövrü; dəvriyyə vəsaitləri (aktivləri); dövriyyədən kənar (uzunmüddətli) aktivlər, qeyri-maddi aktivlər; müəssisə əmlakı; cari öhdəliklər; uzunmüddətli öhdəliklər; maliyyə qoyuluşları; ilkin dəyər; bərpa dəyəri; maliyyə (mühasibat) hesabatı, mühasibat balansı və s. haqda geniş məlumat verilir. Bu bölmədə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq mühasibat uçotunun bütün təsərrüfat subyektlərində aparılması məcburiliyi, onun obyektləri və əsas prinsipləri məsələləri də geniş əhatə edilmişdir.
İkinci-mühasibat uçotunun təşkili bölməsində mühasibat uçotunun təşkilində müəssisənin vəzifələri, mühasibat uçotunun məqsədi, təşkili, mühasibat xidməti, sərbəst mühasib məsələləri əhatə edilməklə uçotun təşkilinə məsuliyyət daşıyan müəssisə rəhbərinin, baş mühasibin və uçot xidməti rəhbərinin hüquq və vəzifələri geniş şəkildə açıqlanmışdır.
Üçuncü-mühasibat uçotunun sənədləşdirilməsi və registrləri bölməsində ilkin uçot sənədləri, mühasibat uçotunun registrləri, əmlakın və öhdəliklərin inventarlaşdırılması, mühasibat məlumatlarının qorunması, mühasibat uçotunda qeydiyyatların dürüstluyü və mühasibat uçotu registrlərinin və sənədlərinin saxlanılması üzrə zəruri müddəalar verilməklə sənədləşdirmənin və onun əsasında aparılan uçot registrlərinin təsərrüfat subyektlərinin fəaliyyətində rolu, onların qarşısında qoyulan tələblər şərh edilmiş, müəssisə əmlak və öhdəliklərinin inventarlaşdırılmasının hansı hallarda aparılmasını onun nəticəsinin müəyyən edilməsi prinsipləri, mühasibat məlumatlarının qorunması üçün məsuliyyətin təşkili, mühasibat uçotunda qeydiyyatların dürüstlüyünü təsdiq edən şərtlər, mühasibat uçotu registrlərinin və sənədlərinin saxlanması müddətləri əhatə edilmişdir.
Təsərrüfat subyektlərinin təsərrüfat maliyyə fəaliyyətinin əsasını təşkil edən müəssisə əmlakı, onların tərkibi və xarakteristikası qanunun IV bölməsində verilmişdir. Burada əsas vəsaitlərin və qeyri-maddi aktivlərin, xammal, materiallar, hazır məhsul və malların, bitməmiş istehsal və gələcək dövrlərin xərclərinin, fondlar və ehtiyyatların, debitor və kreditorlarla hesablaşmaların, müəssisənin mənfəətinin (zərərinin) uçotunun təşkili məsələləri əhatə edilir. Bölmədə əhatə edilən əmlakların uçotunun təşkilində mühasibat uçotunun Beynəlxalq standartları əsas götürülmüş və bu standartlara müvafiq təşkil edilən işin metod və üsulları göstərilmişdir.
Qanunun V Əmlakın qiymətləndirilməsi bölməsində kapital və maliyyə qoyuluşlarının mühasibat uçotunda qiymətləndirilməsinin zəruriliyi, valyuta əməliyyatları, dövriyyə aktivlərinin qiymətləndirilməsi, amortizasiya olunan əmlakın qiymətləndirilməsi, kapital və maliyyə qoyuluşları, sosial təyinatlı fondlar, girovlar, təminatlar və digər aktiv və passivlərlə bağlı göstəricilərin uçotunun təşkili əhatə olunur.
VI Maliyyə (mühasibat) hesabatı bölməsində əsasən maliyyə (mühasibat) hesabatlarının tərkibi, hesabat dövrü, onlarda düzəlişlərin aparılsması, bu hesabatların təqdim edilmə qaydası, onların nəşri, ləğv olunmuş müəssisələrin maliyyə (mühasibat) hesabatları şərh olunur. Burada mühasibat uçotu standartlarına müvafiq olaraq tərtib edilən hesabatların tərkibi, onların tərtibi dövrləri, bu hesabatlarda əks etdirilən göstəricilər, göstəricilər əsasında müəssisə və təşkilatların təsərrüfat fəaliyyəti üzərində nəzarətin aparılma mümkünlüyü haqda geniş məlumatlar verilir.
Mühasibat uçotu və hesabatlarının tənzimlənməsini özündə birləşdirən VII bölmədə mühasibat uçotu və hesabatların tənzimlənməsini həyata keçirən orqanlar, mühasibat uçotu və hesabatlarının tənzimlənməsinin məqsəd və vəzifələri; mühaqiblərin ictimai birliyi, mühasibat uçotu standartlarına və qanunvericiliyinə riayət edilməsinə nəzarət, mühasibat uçotu qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələləri əhatə edilir.
Bütün deyilənlər göstərir ki, «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu ayrı-ayrı təsərrüfat obyektlərində mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilinə geniş yollar göstərən əsas qanunverici sənəddir.
Mühasibin vəzifələri, hüquqları və məsuliyyəti. Hər bir müəssisənin, idarənin, təşkilatın mühasibatılığına baş (böyük) mühasib rəhbərlik edir. Baş (böyük) mühasibin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının «Mühasibat uçotu haqqında qanunu» ilə tənzimlənir.
Baş (böyük) mühasibin vəzifələri aşağıdakılardan ibarətdir.
Baş mühasib, mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsini, hesablama texnikasının geniş tətbiq olunmasını, mühasibat uçotunun qabaqcıl forma və metodlarının tədbiq olunmasını təmin etməlidir. Baş mühasibin rəhbərliyi ilə əmlakın uçotu vaxtında və düzgün aparılmalı, istehsal və tədavül xərclərinin uçotu təşkil edilməli, hesabat düzgün və vaxtında tərtib edilməli, maliyyə nəticələrinin uçotu vaxtında və düzgün apa- rılmalıdır. Baş muhasib kassa və hesablaşma intizamı­nı ciddi gözləməli, əmlakın inventarlaşdırma nəticələrini düzgün və vaxtında aşkar etməli, onları mühasibat uçotu hesablarında əks etdirməli, müəssisədə baş verən əskikgəlmələri, müəssisə vəsaitinin qanunsuz sərf edilməsini lazımi təşkilatlara xəbər verməlidir.
Baş (böyük) mühasib təsərrüfatın bütün sahələrində dövlət nəzarətçisi hesab olunur. Bütün mühasibat işçiləri, onlara həvalə olunmuş vəzifələri yerinə yetirmək üçün dövlət qanunu ilə məsuliyyət daşıyırlar. Öz vəzifələrini yerinə yetirməyən mühasiblər inzibati yolla cəzalanırlar. Baş mühasiblər uçotun aparılması qaydalarını qəsdən pozduqda, qanunsuz əməliyyatların icra olunması üçün sənədlər qəbul etdikdə, hesabatı vaxtında vermədikdə, təftişin vaxtında aparılmasını təmin etmədikdə məsuliyyətə və yaxud cinayət məsuliyətinə cəlb olunurlar.
Baş (böyük) mühasib ona həvalə olunan vəzifələri yerinə yetirə bilmək üçün müəyyən hüquqlara malikdir. 0, uçotun aparılması və təşkili işində müəssisə rəhbərinə tabe deyil. Mühasib müəssisə rəhbərinə yalnız inzibati cəhətdən tabedir. Baş mühasib mühasibat uçotunun təşkili aparılması və hesabatın tərtib edilməsi cəhətdən yuxarı təşkilatın baş mühasibinə tabedir. Baş mühasibi yalnız yuxarı təşkilatın rəhbəri özünün baş mühasibi ilə razılığa gəldikdən sonra işdən azad edə bilər. Uçot işçiləri baş mühasibin verdiyi göstərişləri, məsələn, sərəncamları, tapşırıqları yerinə yetirməlidir. Bütün pul, material, hesablaşma sənədlərində, bağlanmış müqavilələrdə və razılıqlarda mütləq baş mühasibin imzası olmalıdır.
Baş mühasibin müəssisə və yaxud təşkilatın pul və material vəsaitinin müəyyən olunmuş qaydada qorunub saxlanmasını, qayda-qanunu gözləmə-yən muhasibat işçilərinə inzibati və maddi cəza verilməsini tələb etməyə hüququ vardır.


Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə