|
Mühasibat və mühasibat tapşırıqları
|
səhifə | 1/15 | tarix | 09.02.2023 | ölçüsü | 75,65 Kb. | | #100520 | növü | Referat |
| d word refe muhas 5405
AZƏRBAYCAN RESPUBLIKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM İNSTİTUTU
İqtisadiyyat
kafedrası
“Mühasibat və mühasibat tapşırıqları”
fənni üzrə
REFERAT
Tələbənin adı, soyadı: Cəfərova Aysel
Fakultə: Biznes idarəçiliyi
İxtisas:Menecment
Qrup:TMTQ-1001
Kurs: IV
Semestr: VII
Müəllim:
Bakı 2013
Mündəricat
Mühasibat uçotunun predmeti və metodu.Onun mahiyyəti və funksiyaları
Mühasibat balansı
Hesablar sistemi və ikili yazılış
Mühasibat uçotunun sənədləri, registrləri və formaları
Müəssisələrdə mühasibat uçotunun təşkili əsasları
Pul vəsaiti və hesablaşmaların uçotu
Əməyin və müəssisələrdə işçi heyəti ilə hesablaşmaların uçotu
Əmtəə-material ehtiyatlarının uçotu
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotu
Kapital və maliyyə qoyuluşlarının uçotu
İstehsal məsrəflərin uçotu
Hazır məhsul və onun satışının uçotu
Maliyyə nəticələrinin və mənfəətdən istifadə olunmasının uçotu
Kapitallar,ehtiyyatlar,məqsədli maliyyələşmələr və məqsədli daxilolmaların uçotu
Mühasibat hesabatları
GİRİŞ
«Mühasibat uçotunun nəzəriyyəsi və auditin əsasları» tədris fənninin mahiyyəti, konseptual əsasları, məqsədləri, nəzəriyyənin verifikasiyası, müəssisənin təsərrüfat həyatında, iqtisadiyyatın təşkilində əhəmiyyəti haqqında məlumatlar verilir. Onun elmi fəlsəfəsi və tədqiqat metodologiyası, iqtisad yönümlü və geniş diapazonda hamılıqla digər fənlərlə rabitəsi, bazar iqtisadiyyatının nəzəri və praktiki sferasında yeri və rolu göstərilir. Tələbələrin mütəxəssis kimi formalaşmasında mühasibat uçotu və audit haqqında biliklərin toplanmasının zəruriliyi əsaslandırılır, onlara öyrənilən fənnin əsas peşə təhsilli ixtisas proqramının mənimsənilməsində əhəmiyyəti vurğulanır. Hər bir ictimai formasiyada təsərrüfat uçotunun öz məqsədi, vəzifəsi, forması olmuşdur.
Mühasibat uçotunun əsas məqsədi daxili və xarici istifadəçilər üçün mühasibat informasiyalarının formalaşdırılmasından ibarətdir. Müəssisədə formalaşan maliyyə uçotu informasiyaları xarici istifadəçilərin tələblərinə uyğun olmalı, onların iqtisadi qərarlar qəbulu prosesini əsaslandırmağa imkan verməlidir. Mühasibat informasiyalarının xarici istifadəçilərinə investorlar və onların nümayəndələri, müəssisənin işçiləri və onların nümayəndəlikləri (həmkarlar ittifaqı və s.), borcverənlər, malgöndərən və podratçılar, dövlət orqanları, bütövlükdə ictimaiyyət aid edilir. Müəssisənin rəhbərliyi, idarəetmə aparatı, menecerlərin istifadə etdikləri uçot informasiyaları daxili istifadəçilərin əsaslandırılmış idarəetmə qərarlarının qəbulunu, müəssisənin rasional şəkildə idarə olunmasını təmin etməlidir. Mühasibat uçotu informasiyaları həmçinin vergi sisteminin tələblərini də nəzərə almalıdır. Müəssisənin maliyyə nəticələri olan balans mənfəəti, bölüşdürülməmiş mənfəət, satışdan alınan gəlir və s. haqqında informasiyalardan sərf olunmuş resurslar əsasında pul vəsaitlərinin cəlb olunmasının qiymətləndirilməsi və proqnozlaşdırılması, resursların potensial dəyişikliklərini qiymətləndirmək üçün istifadə olunur. Müəssisənin maliyyə vəziyyətindəki dəyişikliklər haqqında informasiyalardan müəssisənin investisiya, maliyyə və əməliyyatı fəaliyyətini qiymətləndirərkən, müəssisənin ödəniş qabiliyyəti və likvidliyini təyin edərkən istifadə olunur. Mühasibat informasiyaları onların istifadəçiləri üçün münasib, etibarlı və müqayisəli olduqda əhəmiyyətə malik olur.
Uçotun yaranmasının və inkişafının qədim inkişaf tarixi vardır. Arxeeoloqlar və tarixçilər müəyyən etmişlər ki, yazılı uçot bizim eraya qədər XIII əsrdə Misirdə mövcud olmuşdur. Həmin dövr üçün uçot qədim Rim dövlətində daha geniş inkişaf etmişdir. İnsan cəmiyyəti inkişaf etdikcə uçotun aparılması və maddi istehsal əməliyyatlarının əks olunmasının metodiki prinsipləri dəyişmişdir. İctimai-iqtisadi formasiyalar sistemi feodalizmin dağılması ilə əlaqədar olaraq köhnə şəhərlər canlanmağa və yenilərinin əmələ gəlməsi ilə əlaqədar olaraq uçot yazılışlarının təkmilləşdirilməsi və inkişafını vacib etmişdir. Bu fənn Mühasibat uçotu və audit formasında tədris olunur.
Dostları ilə paylaş: |
|
|