Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə23/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   78
Mühazirələr 2021

Danışıq etikası. Dil mədəniyyətinin başlıca müddəalarından biri də danışığın etikasıdır. Etika cəmiyyətdə qəbul edilən əxlaqi və etik normalar sistemidir.

Mənşəcə latın sözü olan “etika” (ehtica) termini adı altında insanların bir-birinə, cəmiyyətə, cəmiyyətin insanlara münasibətini tənzimləyən mədəni, nəzakətli danışıq, əxlaq normaları nəzərdə tutulur.Bu normalar uzunmüddətli tarixi dövr ərzində formalaşmışdır. Aristotelin “Etika”sı yazıya köçürülmüş ilk əxlaq nəzəriyyəsi kimi qəbul edilir.

Etik normalar əxlaqi keyfiyyətlərin toplusudur . Əxlaq mədəniyyəti xalqın qədimdən yaratdığı və qoruyub saxladığı adət-ənənələrindən, müsbət əxlaqi keyfiyyətlərindən yaranmış davranış normalarıdır. Xalqın yaratdığı bu etik qaydaların insanların əlaqə və münasibətlərinin tənzim olunması, normal həyat tərzinin yaradılması sahəsində rolu böyükdür.

Nəzakətli danışıq, eləcə də onu tamamlayan hərəkətlər də başqa normalar kimi müəyyən sistemə malikdir. Bura nitqin müraciət, dinləmə, sualvermə, söhbətəqoşulma, suala cavabvermə, şad və bəd xəbəri çatdırma və s. qaydaları kimi komponentlər daxildir. İnsanın davranışı və danışığı onun mədəniyyətinin göstəricisidir. Davranış və nəzakət qaydalarına riayət etmək digər insanlara hörmət etmək deməkdir. Əslində, insanların ictimai həyatda bir-birilərindən gözlədikləri hərəkətlər davranış qaydalarının əsasını təşkil edir.




Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə