Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə20/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   78
Mühazirələr 2021

peşəkar bilik, vəziyyəti düzgün dəyərləndirmək, informasiyanın obyektivliyini, etibarlılığını təyin etmək imkanı yaradır;

  • aydınlıq, ikibaşlı fikir və qeyri-müəyyənlikdən qurtulub fakt və detalları doğru əlaqələndirməyə kömək edir.

  • əyanilik, sənəd, cədvəllər, sxem kimi materiallardan maksimum istifadə etmək informasiyanın mücərrədliyini azaldır.

  • sabit diqqət, görüşün əsas məramını hər zaman ön planda tutaraq söhbətin tempini qorumağa və müsbət nəticələrə nail olmağa imkan verir;

  • əsas motiv və məqsədin təkrarlanması həmsöhbətə məlumatı qəbul və dərk etməyə kömək edir;

  • yumor və istehza (müəyyən bir dozada və uyğun vəziyyətlərdə) həmsöhbətlərin əhvalını yüksəldərək qarşı tərəfə təsir mexanizmini gücləndirir.

    İşgüzar danışıqlar. İşgüzar danışıqlar daha formal xarakter daşıyır və bir qayda olaraq tərəflərin qarşılıqlı öhdəliklərini (müqavilələr, saziş və s.) müəyyənləşdirən sənədlərin imzalanmasını təmin edir. Danışıqlara hazırlığın əsas elementləri bunlardır:

    1) danışıqların mövzusunun müəyyən edilməsi;

    2) problemləri həll etmək üçün tərəfdaş axtarışı;

    3) öz maraqlarını və tərəfdaşların maraqlarını müəyyənləşdirmək;

    4) danışıqlar planı və proqramının işlənib hazırlanması;

    5) nümayəndə heyəti üçün mütəxəssislərin seçilməsi;

    6) təşkilati məsələlərin həlli və lazımi materialların (sənədlər, rəsmlər, cədvəllər, diaqramlar, təklif olunan məhsulların nümunələri və s.) hazırlanması;

    Danışıqların gedişi aşağıdakı ardıcıllığa uyğundur: söhbətin başlanğıcı; məlumat mübadiləsi; mübahisə və əks sənəd; qərarların hazırlanması və qəbul edilməsi; danışıqların başa çatması. Danışıqlar prosesinin birinci mərhələsi giriş görüşü (söhbət) ola bilər, bu müddət ərzində danışıqların mövzusu müəyyənləşdirilir, təşkilati məsələlər həll olunur. Danışıqların bütövlükdə uğuru bu ilkin təmasların nəticələrindən asılıdır. Amerikalı mütəxəssislər tərəfindən təklif olunan ilkin danışıqlarda tərəfdaşlar arasında əlaqələrin qurulmasının altı əsas qaydası və onların həyata keçirilməsi üçün tövsiyələr diqqətəlayiqdir. Bu qaydalar danışıqlar zamanı da öz əhəmiyyətini saxlayır.

    1. Rasionallıq. Təmkinli davranmaq lazımdır: İdarəolunmayan duyğular danışıqlar prosesinə və ağıllı qərar vermək qabiliyyətinə mənfi təsir göstərir.

    2. Anlayış. Tərəfdaşın nəzər nöqtəsinə diqqətin olmaması qarşılıqlı məqbul həllər hazırlamaq imkanlarını məhdudlaşdırır.

    3. Ünsiyyət. Tərəfdaşlarınızla məsləhətləşməyə çalışın - bu münasibətləri qorumağa və inkişaf etdirməyə kömək edəcəkdir.

    4. Etibarlılıq. Yalan məlumatlar təfəkkür gücünü zəiflədir və nüfuza da mənfi təsir göstərir.

    5. Tərbiyəçi tonundan qaçmaq. Bir tərəfdaşa öyrətmək yolverilməzdir: əsas metod inandırmaqdır.

    6. Qəbul. Tərəfdaşınızdan yeni şeylər öyrənməyə açıq olun.

    Danışıqlara hazırlaşarkən "qızıl orta qaydasına" etibar etmək lazımdır.

    Danışıqların müvəffəqiyyəti əsasən sual vermək və onlara hərtərəfli cavab almaq bacarığı ilə müəyyən edilir. Suallar danışıqlar prosesini istiqamətləndirməyə və rəqibin fikirlərini aydınlaşdırmağa xidmət edir. Bir neçə sual növünü nəzərdən keçirək:

    İnformasiya almaq üçün verilən suallar müəyyən məsələlər haqqında fikir formalaşdırmaq üçün lazım olan məlumatları toplamaq üçün verilir. Tərəfdaşınızın sizi başa düşdüyünü bilmək üçün hər hansı bir söhbət əsnasında yoxlama suallarından istifadə etmək vacibdir (yoxlama sualları nümunələri: “Bu barədə nə düşünürsünüz?”, “Elə deyil”, “Sizcə doğrusu bu deyilmi?”). İstiqamətləndirici suallar, söhbətin axarı istəmədiyiniz yönə doğru gedərkən istifadə edilir. Bu kimi sualların köməyi ilə danışıqları nəzarətə götürə və lazım olan istiqamətə yönəldə bilərsiniz. Təxribatçı suallar ortaqlarınızın həqiqətən nə istədiyini ortaya qoyar ( Əminsən ...?, Həqiqətən bunu bacara biləcəksiz ...?). Alternativ suallar tərəfdaşınıza seçim imkani verir. Variantların sayı üçdən çox olmamalıdır. Bu suallar operativ cavab tələb edir.

    Səmərəli nəticə əldə etmək üçün danışıqları necə aparmaq lazımdır? Bu barədə qədim filosoflardan tutmuş müasir psixoloqlara qədər yüzlərlə müəllif minlərlə əsər yazıb. Yunan filosofu Sokratın ehkamları bu gün Beynəlxalq Pablik Rileyşnz Assosiasiyasının (International Public Relations Assosiation — IPRA) etika kodeksinin əsasını təşkil edir:


    • tərəflərin bərabərliyini və təkrarolunmazlığını qəbul etmək;

    • istənilən məsələ üzrə fikir ayrılığına hörmətlə yanaşmaq;

    • işgüzar görüş zamanı qarşılıqlı surətdə bir-birini zənginləşdirmək.


    Yüklə 262,04 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   16   17   18   19   20   21   22   23   ...   78




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə