Mühazirə 1 Dəniz neftqazkondensat yataqlarından karbohidrogenlərin yığılması,hazırlanması və nəqli xüsusiyyətləri və perspektivləri


Hazırlanmış neftin keyfiyyətinə miiasir tələblər



Yüklə 13,98 Mb.
səhifə12/90
tarix21.10.2023
ölçüsü13,98 Mb.
#129617
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   90
C fakepathYusif.D niz y m haz rl q .Mühazir l r. (3)

Hazırlanmış neftin keyfiyyətinə miiasir tələblər.
Azərbaycanda quru və dəniz neft yataqlarında istismar olunan quyular əsasən fontan, kompressor və dərinlik nasosu üsulları ilə istismar olunurlar. Çıxarılan neftin tərkibində çoxlu miqdarda su, mineral duzlar, mexaniki qarışıqlar, kükürd birldəşmələri və digər çirkdəndiricilər vardır ki. onlar neftin hazırlanması prosesinin texniki-iqtisadi göstəricilərini azaldır, qurğu və avadanlığın
korroziyasını sürtləndirir və xidmət müddətlərini azaldır. Beləliklə, neft emalı zavodlarına təhvil verilən neftin tərkibində «çirkləndiricilərin» miqdarı minimum olmalıdır. Bu məqsədlə neftin mədənlərdə hazırllanınasının vacibliyi
aşağıdakılardan ibarətdir:

  1. Neft yataqları neft emalı zavodlarından böyük məsafədə olduqda neftlə birlikdə böyük həcmdə lay sularının və çirkləndiricilərin vurulmasına xərclər artır;

  2. Neftin su ilə birlikdə magistral boru kəməri ilə vurulması zamanı kəmərin aşağı hissəsində lay suları toplanır və kəməri korroziya edir;

  3. Mədələrdə neftdən ayrılmış lay suları lavın neft verimini artırmaq üçün təkrar laylara vurulur ki. bu da ətraf mühitin mühafizəsinə imkan verir. Zavod ərazisində toplanmış çoxlu miqdarda yüksək mineral laşmış lay sularının utilizasiyasını həddindən artıq çətinləşdirir.

I lal-hazırda Azərbaycanda çıxarılıb neft emalı zavodlarına təhvil verilmək üçün hazırlanmış neftlər TŞAZ 0136002-29-2002. «Azərbaycanda çıxarılan, oz tərkibinə görə unikal olan neftlər» texniki şərtlərin tələblərinə uyğun olmalıdır (cədvəl 5.1 ).
Cədvəl 5.1

N e İt iıı hazırlanma dərəcəsin i n göstəriciləri

Göstəricilərin adları




Qruplar üzrə göstəricilər




I

U







r

lb

III

Suyun küll a pavı, %. çox olmamalı

0,5

0,5

1.0

1,0

Xloıid duzlarının qatdığı. mq/dm\ çox olma­malı

40

100

300

900

Mexaniki qarışığın kütlə payı, %, çox olma­malı

0,05

0,05

0.05

0,05

Neftin sıxlığı, kq/m', çox olmamalı: dəni/ yataqları üçün

885

885

885

885

quru yataqları vo «Abşeronneft» yalağı üçün Kükürdün kütlə payı. %, çox olmamalı

915

915

915

915

Parafinin kütlə payı, %, çox olmamalı

0,4

0,4

0,4

0,4

Təhvi verilmə məntoqələrindəki tempera-

6,0

6,0

6,0

6,0

turda neftin doymuş buxar təzyiqi, KPa (mm
c.s)

67(500)

67(500)

67(500)

67(500)




Cədvəldə göstərilən tələblərə uyğun olmayan nefti neft emalı zavodları qəbul etmirlər. Əgər neftin hazırlanma dərəeəsinin bir göstəricisi daha yüksək qrupa, digəri isə daha aşağı qrupa üyğundürsa, onda neftin müvafiq olaraq daha aşağı qrupa aid olduğu qəbul edilir. Cədvəlin 4-cü bəndindən kənara çıxma halları olduqda isə, neftlər DÜİST 9965-76 uyğun olaraq təhvil verilir.


Neft emulsiyanın əmələ gəlməsi və onun davamlılığının təyin edilməsi.
Neft yataqlarının istismarı zamanı quyudibi zonasına neftlə birlikdə lay suları və digər mexaniiki qarışıqlar daxil olur. Neft və lay suları quyuda və boru kəmərində hərəkət edərkən bir-biri ilə qarışırlar. Bir mayenin digərində xırda hissəciklərlə parçalanması prosesi nəticəsində emulsiya əmələ gəlir. Deməli emulsiya bir- birində həll olmayan iki maye fazasının birinin digərində çoxlu miqdarda hissəcik vp va damcılar şəkilində asılı vəziyyzətdə paylanmasına deyilir, hmulsıy. əıııalə gəlməsi üçün bir-birində həll olmayan iki mayenin qarışması kifayət deyildir. Bundan əlavə neftin tərkibində təbii emulqatorların (asfalten. parafin, qətran, naften turşusu, gil, lil və digər mexaniki qarışıqlar) olması vacibdir. Həmin təbii emulqatorlar su hissəciyi və ya danılası səthində qoruyucu örtük əmələ gətirir ki, bu da su hissəcik və ya damlalarının bir-öirinə birləşməsinə mane olur.
Neft emulsiyası əsasən iki növə ayrılır:

  1. Əks emiilsiya (su neftdə). Bu növ emulsiyanın dispersiva mühitində (neftdə) paylanmış dispers fazanın (suyun) miqdarı 0.1-dən 90-95 ",,-ə qədər dəyişir. Bu növ emulsiyanın xassələri neftin çıxarılması, mədən daxili yığılması, su və qazdan ayrılması texnoloji proseslərinə və neftin dcemulsasiyasınm texnika və texnolojiyasının seçilməsinə təsir edir. Bu növ emulsiya daha geniş yayılmışlır. Su damlalarının ölçüləri 0. 1-dən 100 mkm arasında dəyişir.

  2. Düz emulsiya (neft suda). Bu növ emulsiya əsasən əks növ emulsiyanın deemulsasiyası zamanı əmələ gəlir. Qeyd etmək lazımdır ki. sulaşmış neft yataqlarında neftin tərkibində naften turşularının miqdarı çox olduqda, quyuların məhsulunun çıxarılması və yığılması, həmçinin quyularm quyudibi zonalarının qızmış buxarla və müxtəlif kimyəvi reagentlərlə işlənilməsi zamanı da əmələ gəlir. Neftin deemulsasiyası zamanı hər iki növ emulsiya əmələ gələ bilər. Yuxarıda qeyd olunmuş emulsiya növlərindən başqa neftin tərkibində mexaniki qarışıqların miqdarı həddindən çox olduqda, həmin emulsiya mövcud üsullarla çətin parçalanır, neft və suyun hazırlanması və çökdiirülməsi qurğularında «neft- su» sərhədində toplaşaraq aralıq qat («anbar» nefti) əmələ gəlir ki. bü da həmin qurğuların texnoloji rejimlərinin pozulmasına səbəb olur. Belə hallarda qurğularda əmələ gəlmiş həmin aralıq qat vaxtaşırı olaraq neft «anbarlarmna boşaldılır. Qeyd etmək lazımdır ki, neft yataqlarının sulaşması artdıqca və layların quyudibi zonasına müxtəlif kimyəvi maddələrlə (buxar, turşu, qələvi və digər məhlullarla) təsir etdikdə quyuların məhsulunda mexaniki qarışıqların miqdarı artır ki, bu da neftin hazırlanması qurğularında möhkəm «anbar» neftinin əmələ gəlməsinə səbəb olur.

Ümumiyyətlə, neft emulsiyaları davamsız və ya dayanaqsız termodinamiki sistem olduqları üçün kec-tez parçalanaraq təbəqələşirlər. Emulsiyanın dayanaqlılığı kinetik və aqreqativ dayanaqlıqlara ayrılır.
Emulsiyanın kinetik dayanaqlığı-dispers fazanın hissəciyinin stoks qüvvəsinin təsiri ilə çökməsinə və ya üzməsinə sistemin müqavimət göstərmə qabiliyyətidir. Emulsiyanın kinetik dayanaqlığı K„ aşağıdakı formula ilə ifadə oluna bilər [28]:

Yüklə 13,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə