Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə33/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   42
dunya land. - копия 2018

Braziliya yaylası (5) Cənubi Amerika platformasının kembriyəqədər bünövrəsinin səthə çıxdığı (Qərbi və Şərqi Braziliya qalxanları) materikin şərq hissəsini tutur. Relyefi müxtəlifcinslidir. Kristallik süxurların çıxıntılarındakı sokol düzənliklər paleozoyun və mezozoyun çökmə süxurlarında olan stolvari plato və laylı düzənliklər diabaz-bazaltlı intruziyalarda traplı plato və çökəklər ilə növbələşir. Yaylanın cənub-şərq qurtaracağı qayma dağlar və dağlıq yaylalar formasında qalxmışdır (maksimal hündürlüyü 2890 m-dir). Kifayət qədər sıx, dərin yarılmış çay şəbəkəsi Amazon, Parana və digər iri çayların (San-Fransisku – 2800 km və s.) qollarından ibarətdir. Bunlar da Atlantik okeanı hövzəsinə aiddir. Dağlıq yaylanın şimal-qərb yastı yamacında Amazoniyanın ekvatorial gileyasına keçən subekvatorial meşə landşaftları üstündür. Küləkdöyən cənub-şərq yamaclar tropik meşələrlə (cənub ucqarda subtropik meşələrlə) tutulmuşdur. Yaylanın mərkəzində rütubətin və bütün təbii proseslərinin kəskin fəsliliyi ilə seçilən müxtəlif yarımtipli subekvatorial savannalar üstündür.
Pataqoniya-Predkordilyer ölkəsi (6). Onun əsas (cənub) hissəsi, bünövrəsi proterozoy - erkən paleozoy qırışıqlığı epoxasında əmələ gələn Pataqoniya plitəsinə aiddir. Bünövrəsi bəzi yerlərdə səthə çıxmış, ancaq əsas hissəsi paleozoyun və mezozoyun çökmə təbəqəsi ilə, həmçinin cavan andezit və bazaltla örtülmüşdür. Relyefi mürəkkəb, pilləlidir (2200 m-ə qədər); buzlaq və su-buzlaq çöküntüləri geniş yayılmışdır. Şimalda Pataqoniyaya Pampa Syerrası adlanan ərazi qovuşur. Pampa Syerrası tektonik çökəkliklərlə növbələşən erkən proterozoyun qırışıq strukturlarında qayma massivlərdən təşkil olunmuşdur. Bəzən onu sərbəst fiziki-coğrafi rayon kimi də ayırırlar (Лукашова, 1958). İqlimin ümumi əlamətləri – Andın yağış kölgəsindəki vəziyyətlə əlaqədar olaraq aridlikdir. Şimaldan cənuba termik şəraitin dəyişməsi ilə əlaqədar subtropik səhralar və yarımsəhralar Pataqoniyanın subboreal yarımsəhraları ilə əvəzlənir; yalnız cənub kənarlarında və And dağlarının cənub ətəklərində çöl tipli landşaftlar və subantarktik çəmən landşaftlarının fraqmentləri müşahidə olunur.
And dağlıq qurşağını 3 fiziki-coğrafi ölkəyə bölmək olar:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə