Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Mühazirə 11 SAKIİT OKEANSAHİLİ SUBBOREAL HUMİD, SUBBOREAL MEŞƏ-ÇÖL, SUBBOREAL ÇÖL LANDŞAFTLARI



Yüklə 0,75 Mb.
səhifə30/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   42
dunya land. - копия 2018

Mühazirə 11
SAKIİT OKEANSAHİLİ SUBBOREAL HUMİD, SUBBOREAL MEŞƏ-ÇÖL, SUBBOREAL ÇÖL LANDŞAFTLARI
Plan:

  1. SAKIİT OKEANSAHİLİ SUBBOREAL HUMİD LANDŞAFTLAR

  2. SUBBOREAL MEŞƏ-ÇÖL LANDŞAFTLARI

  3. SUBBOREAL ÇÖL LANDŞAFTLARI

530 və 420 şimal enlikləri arasında, Kordilyerin Sakit okeansahili yamaclarının ensiz zolağı cənubda, Sakit okeansahili tayqanın davamı olan, özünəməxsus ekspozision landşaftları ilə seçilir. Burada iqlim subboreal okeanikdir, bir sıra xüsusiyyətlərinə görə çox yumşaq, rütubətli qışı və soyuq yayı olan Qərbi Avropanın enliyarpaqlı ada bölməsinin iqlimi ilə oxşardır. Burada havanın nisbi rütubəti daimi yüksəkdir, tez-tez duman olur, buludluluq aşağıdır. Sahilyanı zolaqda yanvarın orta temperaturu müsbətdir (250C), orta iyul temperaturu 13150C-dir. Okeanın birbaşa təsirindən qorunan daxili rayonlarda orta iyul temperaturu 17190C-dir. Sahil silsilələrinin ətəklərində və dağların küləkdöyən yamaclarında 2000 mm-dən, bəzi yerlərdə 4000 mm-dən çox yağıntı düşür, bununla belə, Qərbi Avropanın Atlantiksahili subboreal landşaftlarından fərqli olaraq onlar fəsillər üzrə qeyri-bərabər paylanmışdır və onların rejimi Aralıq dənizinə yaxındır. Artıq şimal rayonlarında ən rütubətli ay (dekabr və yanvar) quraq aya (iyul) nəzərən 48 dəfə çox rütubətlidir. Cənubda il ərzində düşən yağıntının miqdarı 3000 mm olduğu halda, dekabr və ya yanvarda təxminən 500 mm yağıntı düşür, iyulda isə təxminən 30 mm-dir. Göründüyü kimi, 16 dəfə az yağıntı düşür. Yayda rütubətlənmə əmsalı 1-dən aşağıdır, ancaq rütubət çatışmazlığı payız-qış ehtiyatları və havanın yüksək rütubətli olması hesabına kompensasiya olunur. Qışda dolu qar yağması müşahidə olunur, Kanadanın Sahil silsilələrinin yamaclarında qar örtüyünün qalınlığı bəzi yerlərdə, 9 m-ə çatır, ancaq sahil yaxınlığında qar örtüyü nadir hallarda əmələ gəlir, olsa da, 20 gündən artıq olmamaq şərtilə, qar çovğunu ilə yaranır.


Verilmiş landşaft tipinin əsas xüsusiyyəti – böyük biokütlə ehtiyatlı zəngin bitki örtüyüdür. Burada ağacların təxminən 45 növü məlumdur ki, onların arasında küknarın 3 növü, ağ şamın, yalançı tsuqanın (Psendotsuga meniesii=P.taxifolia) 3 növü, qara şamın 4 növü, tsuqanın 2 növü, kiparisin 2 növü, tis, palıd, ağcaqayının 3 növü, qızılağacın 2 növü, tozağacının 2 növü, albalının 2 növü, çiyələk ağacı məlumdur. Dağlıq iynəyarpaqlı meşələr tipikdir, onların xarakterik nümayəndəsi, adətən duqlasiya ağ şamı, həmçinin Oreqon şamı adlandırılan yalançı tsuqa və ya duqlasiyadır. Hündürlüyü 5080 m (ayrı-ayrı nümunələr 125 m-ə qədər) olan bu nəhəng ağac 1000 ilə qədər yaşayır. Bu cür ağacın gövdəsinin tutumu 150200 (240-a qədər) m3-dir. Duqlasiya yanmış yerlərdə, bəzən isə qərb hemlokunun və ya nəhəng tuyun yerində, təmiz əkili kimi bitir, ancaq çox vaxt, bu növlərlə, həmçinin hündürlüyü 7590 m-ə çatan böyük və ya nəhəng (Abies grandis), gümüşü (A.amabilis), xeyirxah (A.nobilis) ağ şamlarla qarışıq meşələr əmələ gətirir.
Bu meşələrin fitokütlə ehtiyatı təxminən 10002000 (bəzən 2900-a qədər) t/ha-dır ki, bu da ekvatorial meşələrdən xeyli çoxdur. Bu nisbətdə onlar Kaliforniyanın subtropik sekvoyya meşələrindən geri qalır. Yaşıl üzvi aləmin payı 1520 (40-a qədər) t/ha, yəni 12%, çoxillik yerüstü hissəsinə 7580%, köklərə isə 1718% düşür. Yetkin, böyük ağaclarda oduncaq ehtiyatı təxminən 1000 m3/ha qiymətləndirilir (cənubi tayqanın meşələrindən təxminən 2 dəfə çox), illik artımı 1012 m3/ha təşkil edir. İllik məhsuldarlıq cəminə görə onlar (1116 t/ha, həmçinin iynəyarpaq 34 t/ha) subboreal meşələrin digər tiplərinə yaxındır.
Mülayim qurşağın meşə-çöl landşaftları Şimali Amerikada 2 xüsusiləşmiş tiplə təmsil olunur. Şimal, kəskin kontinental meşə-çöl; əvvəlki bölmələrdə adı çəkilmiş xırdayarpaqlı tayqaltından ayırmaq çətindir, belə ki, onlar bir-birindən cəmi bir neçə on kilometr geri qalan, çöl ilə tayqa zonalarının sərhədində ensiz zolaq əmələ gətirir. Cənub meşə-çöl (onu adətən preri adlandırırlar) 8120 cənubda və eyni zamanda şimalda xeyli şərqdə, Mərkəzi düzənliyin qərb hissəsində yerləşmişdir. Yüksək istilik təminatlı zəif kontinental iqlimə malikdir. Şimalda və şərqdə preri enliyarpaqlı meşəyə, qərbdə – çölə keçir, cənubda subtropik xarakter alır. Burada istilik ehtiyatı təxminən Atlantiksahili meşə landşaftlarında olduğu kimidir və Şərqi Avropa və Qərbi Sibir meşə-çölündən xeyli yuxarıdır. Yağıntının illik miqdarı da həmçinin Avrasiyadakı oxşarından çox yuxarıdır - 6001000 mm, ancaq rütubətlənmə buxarlanmanın xeyli artması ilə əlaqədar eynidir (rütubətlənmə əmsalı 0,50,8). Ayrı-ayrı illərdə qərb rayonları quraqlığa məruz qalır. Noyabrdan aprelə kimi adətən qar çovğunları olur, ancaq davamlı qar örtüyü yalnız şimalda əmələ gəlir. İllik axın layı 200100 mm-ə qədər azalır, qarla qidalanmanın payı artır. Erozion proseslər meşə landşaftlarına nəzərən çox fəaldır.
Suayrıcı ərazilərin təbii bitki örtüyü əvvəllər taxılkimilər üstünlük təşkil edən, hündürotlu çöl formalarından (prerilərlə) ibarət olub. Onların arasında hündürlüyü, demək olar ki, 2 m olan mavi ağ ot (Andropogon furcatus) və kiçik ağ ot (A.scoparius), hind otu (Sorghastrum nutans), sporobolus (Sporobolus heterolepis), Stipa spartea, Kanada süpürgə kolu (Calamagrostis canadensis), soğanaqlı qırtıc (Poa pratensis) və s. rast gəlinir. Şimal və şərq qurtaracaqlarında prerilər dillərlə dərələrə daxil olan seyrək palıd və palıd-hikori meşəliyi ilə qarışır. Güman ki, prerilər, bəzi yerlərdə meşələrin yerində 2-ci dərəcəli törəmələr kimi yaranmışdır. Çayların subasarında göyrüş, qarağac, məxməri ağcaqayın, yunan qozu, sikomordan ibarət meşələr yayılmışdır.
Sıx ot örtüyü altında qonur meşə və qaratorpaqlara yaxın olan prerilərin qaratorpaqları və ya qonur meşə və qaratorpaqlara oxşar qarabuğdayı torpaqlar formalaşır. Şərqdə onlar boz-qonur podzollaşmış torpaqlara, qərbdə qaratorpaqlara keçir. Qalınlığı 3040 sm olan yuxarı tünd-qonur humuslu horizont qalın (120 sm-ə qədər), karbonatsız illüvial horizonta keçir. 150180 sm dərinlikdə bəzən karbonatların ayrılması müşahidə olunur. Qarabuğdayı torpaqların reaksiyası zəif turş və ya neytraldır, yuxarı qatda humus tutumu 310%-dir. Zəif drenajlı, əsas etibarilə moren (şimalda) düzənliklərdə, çox vaxt yarıhidromorf gilli qaratorpağa oxşar çəmən torpaqları yayılmışdır.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə