Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə32/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   42
dunya land. - копия 2018

Amazoniya (1). Amazon çayının hövzəsindəki geniş, alçaq düzənlik Cənubi Amerika platformasının sineklizinə aid olub, əsasən 3-cü dövrün dəniz və göl çöküntülərindən əmələ gəlmişdir. Relyefi hamar, zəif parçalanmış çay dərələrindən ibarətdir. Qərbdən şərqə ovalığı Amazonka çayı kəsir. Uzunluğuna görə o (6480 m) yalnız Nil və Missisipi-Missuridən geri qalır, sululuğuna görə (mənbədə orta illik su sərfi 220 min m3/s) isə dünyada birincidir. Sutoplayıcı sahəsinə görə (7180 min km2) də Amazonka dünyada çaylar arasında 1-ci yeri tutur (su toplayıcı sahəsinin böyük hissəsi Amazoniyadan kənarda, Braziliya yaylasındadır). Düzənlik həmişə-rütubətli ekvatorial iqlimi və ekvatorial meşələrin (gileya) landşaftları ilə xarakterizə olunur
Orinoko düzənliyi (2) eyniadlı çayın hövzəsində, And dağları ilə Qviana dağlıq yaylası arasındakı kənar əyilmədə yerləşmişdir. Mezozoy və kaynozoy tipli çöküntülərin qalınlığı, bəzi yerlərdə 10 min m-i keçir. Orinoko çayı (uzunluğu 2730 km, hövzəsinin sahəsi 1086 min km2) su sərfinə görə (29 min m3/s) Cənubi Amerikada 2-ci və dünyada 5-ci yerdədir. Düzənliyin iqlimi subekvatorial olub, rütubətli yayı və quraq qışı ilə seçilir; savanna landşaftları xarakterikdir.
La-Plata düzənliyi və Qran-Çako (3) And və Braziliya yaylası arasında meridional istiqamətdə geniş tektonik əyilməni tutur. Səthi zəif parçalanmış, allüvidən, bəzi yerlərdə lyösdən təşkil olunmuşdur. Ərazinin çox hissəsi xarici axına malik deyildir. Ən iri çayı Parana olub (uzunluğu 4380 km, sutoplayıcının sahəsi 4250 min km2, orta illik su sərfi 15 min m3/s), suyunu əsasən Braziliya yaylasının cənub hissəsində toplayır. İqlimi quraq, şimalda – tropik, cənubda – subtropikdir. Şərqdən qərbə aridlik və kontinentallıq artır. Ölkənin şimal hissəsində quru subtropik savanna landşaftları üstündür, cənubda qərbdən şərqə subtropik yarımsəhralar, çöllər və meşə-çöllər bir-birini əvəzləyir.
Qviana yaylası (4) kembriyəqədər platformanın (Qviana qalxanı) şimal çıxıntısını tutur. Səthi əsasən kristallik süxurlardan təşkil olunmuş, bəzi yerlərdə proterozoy qumlucaları ilə örtülmüş və diabazların intruziyaları ilə yarılmış hündür sokol düzənliklərdən (peneplen) ibarətdir. Ayrı-ayrı qalıq massivlər 3014 m-ə çatır. İqlimi çox isti və rütubətlidir; landşaftları rütubətli ekvatorial meşələr və dəyişkən rütubətli subekvatorial meşələr, həmçinin savanna tipinə aiddir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə