Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Mühazirə 9 SAKIİT OKEANSAHİLİ SUBBOREAL HUMİD



Yüklə 0,75 Mb.
səhifə28/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   42
dunya land. - копия 2018

Mühazirə 9


SAKIİT OKEANSAHİLİ SUBBOREAL HUMİD, SUBBOREAL MEŞƏ-ÇÖL, SUBBOREAL ÇÖL LANDŞAFTLARI (Şimali Amerika)
Plan:

  1. SAKIİT OKEANSAHİLİ SUBBOREAL HUMİD LANDŞAFTLARI

  2. SUBBOREAL MEŞƏ-ÇÖL LANDŞAFTLARI

  3. SUBBOREAL ÇÖL LANDŞAFTLARI

530 və 420 şimal enlikləri arasında, Kordilyerin Sakit okeansahili yamaclarının ensiz zolağı cənubda, Sakit okeansahili tayqanın davamı olan, özünəməxsus ekspozision landşaftları ilə seçilir. Burada iqlim subboreal okeanikdir, bir sıra xüsusiyyətlərinə görə çox yumşaq, rütubətli qışı və soyuq yayı olan Qərbi Avropanın enliyarpaqlı ada bölməsinin iqlimi ilə oxşardır. Burada havanın nisbi rütubəti daimi yüksəkdir, tez-tez duman olur, buludluluq aşağıdır. Sahilyanı zolaqda yanvarın orta temperaturu müsbətdir (250C), orta iyul temperaturu 13150C-dir. Okeanın birbaşa təsirindən qorunan daxili rayonlarda orta iyul temperaturu 17190C-dir. Sahil silsilələrinin ətəklərində və dağların küləkdöyən yamaclarında 2000 mm-dən, bəzi yerlərdə 4000 mm-dən çox yağıntı düşür, bununla belə, Qərbi Avropanın Atlantiksahili subboreal landşaftlarından fərqli olaraq onlar fəsillər üzrə qeyri-bərabər paylanmışdır və onların rejimi Aralıq dənizinə yaxındır. Artıq şimal rayonlarında ən rütubətli ay (dekabr və yanvar) quraq aya (iyul) nəzərən 48 dəfə çox rütubətlidir. Cənubda il ərzində düşən yağıntının miqdarı 3000 mm olduğu halda, dekabr və ya yanvarda təxminən 500 mm yağıntı düşür, iyulda isə təxminən 30 mm-dir. Göründüyü kimi, 16 dəfə az yağıntı düşür. Yayda rütubətlənmə əmsalı 1-dən aşağıdır, ancaq rütubət çatışmazlığı payız-qış ehtiyatları və havanın yüksək rütubətli olması hesabına kompensasiya olunur. Qışda dolu qar yağması müşahidə olunur, Kanadanın Sahil silsilələrinin yamaclarında qar örtüyünün qalınlığı bəzi yerlərdə, 9 m-ə çatır, ancaq sahil yaxınlığında qar örtüyü nadir hallarda əmələ gəlir, olsa da, 20 gündən artıq olmamaq şərtilə, qar çovğunu ilə yaranır.


Verilmiş landşaft tipinin əsas xüsusiyyəti – böyük biokütlə ehtiyatlı zəngin bitki örtüyüdür. Burada ağacların təxminən 45 növü məlumdur ki, onların arasında küknarın 3 növü, ağ şamın, yalançı tsuqanın (Psendotsuga meniesii=P.taxifolia) 3 növü, qara şamın 4 növü, tsuqanın 2 növü, kiparisin 2 növü, tis, palıd, ağcaqayının 3 növü, qızılağacın 2 növü, tozağacının 2 növü, albalının 2 növü, çiyələk ağacı məlumdur. Dağlıq iynəyarpaqlı meşələr tipikdir, onların xarakterik nümayəndəsi, adətən duqlasiya ağ şamı, həmçinin Oreqon şamı adlandırılan yalançı tsuqa və ya duqlasiyadır. Hündürlüyü 5080 m (ayrı-ayrı nümunələr 125 m-ə qədər) olan bu nəhəng ağac 1000 ilə qədər yaşayır. Bu cür ağacın gövdəsinin tutumu 150200 (240-a qədər) m3-dir. Duqlasiya yanmış yerlərdə, bəzən isə qərb hemlokunun və ya nəhəng tuyun yerində, təmiz əkili kimi bitir, ancaq çox vaxt, bu növlərlə, həmçinin hündürlüyü 7590 m-ə çatan böyük və ya nəhəng (Abies grandis), gümüşü (A.amabilis), xeyirxah (A.nobilis) ağ şamlarla qarışıq meşələr əmələ gətirir.
Bu meşələrin fitokütlə ehtiyatı təxminən 10002000 (bəzən 2900-a qədər) t/ha-dır ki, bu da ekvatorial meşələrdən xeyli çoxdur. Bu nisbətdə onlar Kaliforniyanın subtropik sekvoyya meşələrindən geri qalır. Yaşıl üzvi aləmin payı 1520 (40-a qədər) t/ha, yəni 12%, çoxillik yerüstü hissəsinə 7580%, köklərə isə 1718% düşür. Yetkin, böyük ağaclarda oduncaq ehtiyatı təxminən 1000 m3/ha qiymətləndirilir (cənubi tayqanın meşələrindən təxminən 2 dəfə çox), illik artımı 1012 m3/ha təşkil edir. İllik məhsuldarlıq cəminə görə onlar (1116 t/ha, həmçinin iynəyarpaq 34 t/ha) subboreal meşələrin digər tiplərinə yaxındır.
Mülayim qurşağın meşə-çöl landşaftları Şimali Amerikada 2 xüsusiləşmiş tiplə təmsil olunur. Şimal, kəskin kontinental meşə-çöl; əvvəlki bölmələrdə adı çəkilmiş xırdayarpaqlı tayqaltından ayırmaq çətindir, belə ki, onlar bir-birindən cəmi bir neçə on kilometr geri qalan, çöl ilə tayqa zonalarının sərhədində ensiz zolaq əmələ gətirir. Cənub meşə-çöl (onu adətən preri adlandırırlar) 8120 cənubda və eyni zamanda şimalda xeyli şərqdə, Mərkəzi düzənliyin qərb hissəsində yerləşmişdir. Yüksək istilik təminatlı zəif kontinental iqlimə malikdir. Şimalda və şərqdə preri enliyarpaqlı meşəyə, qərbdə – çölə keçir, cənubda subtropik xarakter alır. Burada istilik ehtiyatı təxminən Atlantiksahili meşə landşaftlarında olduğu kimidir və Şərqi Avropa və Qərbi Sibir meşə-çölündən xeyli yuxarıdır. Yağıntının illik miqdarı da həmçinin Avrasiyadakı oxşarından çox yuxarıdır - 6001000 mm, ancaq rütubətlənmə buxarlanmanın xeyli artması ilə əlaqədar eynidir (rütubətlənmə əmsalı 0,50,8). Ayrı-ayrı illərdə qərb rayonları quraqlığa məruz qalır. Noyabrdan aprelə kimi adətən qar çovğunları olur, ancaq davamlı qar örtüyü yalnız şimalda əmələ gəlir. İllik axın layı 200100 mm-ə qədər azalır, qarla qidalanmanın payı artır. Erozion proseslər meşə landşaftlarına nəzərən çox fəaldır.
Suayrıcı ərazilərin təbii bitki örtüyü əvvəllər taxılkimilər üstünlük təşkil edən, hündürotlu çöl formalarından (prerilərlə) ibarət olub. Onların arasında hündürlüyü, demək olar ki, 2 m olan mavi ağ ot (Andropogon furcatus) və kiçik ağ ot (A.scoparius), hind otu (Sorghastrum nutans), sporobolus (Sporobolus heterolepis), Stipa spartea, Kanada süpürgə kolu (Calamagrostis canadensis), soğanaqlı qırtıc (Poa pratensis) və s. rast gəlinir. Şimal və şərq qurtaracaqlarında prerilər dillərlə dərələrə daxil olan seyrək palıd və palıd-hikori meşəliyi ilə qarışır. Güman ki, prerilər, bəzi yerlərdə meşələrin yerində 2-ci dərəcəli törəmələr kimi yaranmışdır. Çayların subasarında göyrüş, qarağac, məxməri ağcaqayın, yunan qozu, sikomordan ibarət meşələr yayılmışdır.
Çöllər materikin mərkəzi hissəsində – Böyük Düzənlikdə və Kordilyer qurşağının daxili platolarında yerləşmişdir. Onlar şimaldan cənuba 520-dən 37380 şimal enliyinə qədər, Qayalı dağların ətəkləri boyu isə daha cənuba kimi uzanmışdır. Enlik boyu uzanması qərb hava kütlələrinin yolunda yerləşən Kordilyerin sədd effekti ilə əlaqədardır. Çöllər sədd kölgəsində yerləşmişdir: Sakit okeandan gələn hava kütlələri dağları aşaraq adiabatik qızır və quruyur. Rütubət çatışmazlığı, 150-li enlik qurşağı xaricində əhəmiyyətli dərəcədə termik müxtəlifliyə baxmayaraq şərqdən Qayalı dağlara yanaşı olan Böyük düzənliyin landşaftlarına ümumilik verir. Materikin mərkəzi hissəsində rütubətlənmənin uzunluq üzrə qradiyenti enlik qradiyentdən xeyli yüksəkdir: qərbdən şərqə doğru yağıntının illik miqdarı hər 100 km-ə 60120 mm artdığı halda, meridional istiqamətdə 4000 km-ə qədər məsafədə yağıntının miqdarı praktiki olaraq dəyişmir. Çöl zonasının uzunluq istiqamətində “qısalması” məhz bununla əlaqədardır – o, şərqdə meşə-çöl və meşə landşaftları ilə əvəzlənərək 1800 km məsafədə Atlantik okeana çatmır.
Şimali Amerikanın çöl landşaftlarının əhəmiyyətli xüsusiyyəti – onların yüksək hipsometrik vəziyyətidir. Onların böyük hissəsi 500 və 1500 m hündürlükləri arasında, alçaq və orta dağlıq səviyyədə yerləşmişdir. Deyilənlərə baxmayaraq, onlar geomorfoloji cəhətdən düzənliklərdir. Prerilər ilə müqayisədə istilik təminatının aşağı olması məhz bununla əlaqədardır. Yay temperaturları kimi qış temperaturları da enlikdən asılı olaraq çox tərəddüd edir: şimalda iyulun orta temperaturu 17180C, cənubda 24250C olduğu halda, yanvarın orta temperaturu -150C, -160C-dən 00C-ə qədərdir. İllik və sutkalıq amplitudaları kifayət qədər yüksəkdir, buna görə də iqlim kəskin kontinentala yaxınlaşır. Qışda, külək və qar çovğunları ilə müşayiət olunan arktik hava kütlələri tez-tez müşahidə olunur, ancaq dağlardan bəzən isti və quru küləklər (çinuk) əraziyə daxil olur. Güclü küləklər yay üçün də xarakterikdir. Yağıntının illik miqdarı 300500 mm təşkil edir. Maksimum yağıntı yazın sonuna, yayın əvvəlinə (may-iyun) düşür. Rütubətlənmənin illik əmsalı 0,20,4-dür; yayı quraqdır. Yağıntı qeyri-bərabər düşür. Bir neçə il ardıcıl olaraq quraqlıq ola bilər. Yağıntıların böyük hissəsi qısa, ancaq güclü leysan, qışda isə qar şəklində düşür.
Axın layı il ərzində 50 mm-i keçmir. Çayların rejimi qeyri-sabitdir (daimi deyil). Yazda gursululuq müşahidə olunur, leysandan sonra güclü daşqınlar olur, çayların çoxu yayda quruyur, bəziləri epizodik axına malikdir və axarsız göllərdə qurtarır. Erozion və eol proseslər yayılmışdır. Eroziyaya, əsasən qalın lyös təbəqəsi və lyösəoxşar gillər, həmçinin bəzi yerlərdə bedlənd vəziyyətinə qədər parçalanmış yumşaq köklü süxurlar məruz qalmışdır. Geniş dyun massivləri yumşaq neogen qumlarının paylanması hesabına əmələ gəlmişdir. Ərazinin əkilməsi eroziya və deflyasiyaya şərait yaradır. Belə ki, 1934-cü ildə, yalnız 1 gün ərzində, güclü tozlu qasırğa ilə 300 mln. t. torpaq hissəcikləri aparılmışdır, bununla əlaqədar 45 mln. ha əkilən torpaq sahəsi məhv olmuşdur.
Missuridən şimalda olan ərazilər, moren örtük və xarakter relyef formaları özündə saxlamış materik buzlaşmasına məruz qalmışdır.
Enlik və uzunluq diferensasiyasının qarışması – qərbə doğru aridliyin, cənuba doğru istilik təminatının artması – çöllərin 2 əsas yarımtipinin formalaşmasına şərait yaradır. Şimal və şərq ucqarlar boyu, ensiz qövsşəkilli zolaq (yarımzonada) şəklində tipik (qaratorpaq) çöllər yerləşir: bu qövsün daxilində şabalıdı torpaqlarda olan quru çöllər daha geniş ərazi tutur.
Tipik çöllərin bitki örtüyündə orta hündürlüklü (0,51,0 m) ot örtüyü əmələ gətirən taxılkimilər üstünlük təşkil edir: ceyranotu (Stipa spartea), ayrıq (Agropyron smithii), kiçik ağ ot, qrama (Bouteloua curtipendula), nazikbaldır (Koeleria cristata), sporobolus (Sporobolus asper, S. heterolepis). Müxtəlif otlarla boldur. Bu çöllər demək olar ki, tamamilə əkilmişdir. Torpaqları - nazik humus horizontlu (2030 sm), az humus tutmlu (35%) qaratorpaqlardır. Lyöslərdə təxminən 50 sm dərinlikdə karbonatlı horizont yerləşir, yüngül və çınqıllı süxurlarda torpaqlar adətən karbonatsızdır. Şimal rayonlarında, zəif drenajlı moren və göl-buzlaq düzənliklərində şorantəhər qaratorpaqlar və çəmən-qaratorpaqlar yayılmışdır.
Quru çöllər üçün alçaq otlu sıx, çimli taxılkimilər qrupu xarakterikdir. Bitki örtüyü şimaldan cənuba və şərqdən qərbə doğru tədricən dəyişir. Şimal-şərqdə tipik çöllərin bəzi elementləri hələ də iştirak edir – ayrıc, nazikbaldır; ceyranotu və sporobolus (Stipa comata, Sporobolus cryptandrus) digər növlərlə çıxış edir, qrama (Bouteloua gracilis, B. hirsuta), qumotu (Carexfilifolia, C. stenophylla), yaşıltəhər ceyranotunun (Stipa viridula) alçaqboy növləri, müxtəlif otların nümayəndələri (Psoralea tenuifolia, Helianthus rigidus, Solidago missuriensis) iştirak edir. Cənuba və qərbə doğru üstünlük alçaqotlu sıx taxılkimilərə keçir. Qrama ilə yanaşı, bizon otu (Buchloe = Bulbilis dactyloides) da əsas dominantdır, yüngül torpaqlar üçün aristida (Aristida purpurea), dağ ətəklərində qrama ilə birlikdə - soyuq yovşan (Artemisia frigida), Oxytropis lambertii, sofora (Sophora sericea) və s. xarakterikdir. Çöl qrupunun xüsusi, daha mezofit variantı qumlu massivlərə xasdır. Bitki örtüyü kənd təsərrüfatı heyvanlarının otarılması ilə əlaqədar çox dəyişmişdir. İnsan fəaliyyəyi nəticəsində qrama və bizon otu geniş yayılmışdır. Quru çöllərdə əkinçilik, əsasən süni suvarma hesabına mümkündür. Quru çöllərin torpaqları – tünd şabalıdı və şabalıdı torpaqlardır. Tünd-şabalıdı torpaqlar (şimal-şərq qurtaracaqda) 3,03,5% humuslu, az qalınlıqlı humus horizontuna malikdir; 3040 sm dərinlikdən karbonatlı horizont başlayır. Şabalıdı torpaqlar 2,02,5% humus tutumuna malikdir. Zəif drenajlı moren düzənliklərdə onlar çox vaxt şoranlaşmış və şoranlıqlarla komplekslər əmələ gətirir. Karbonatlı horizont 2530 sm dərinlikdən başlayır, nadir hallarda gipstərkibli horizont müşahidə olunur. Daha yüngül süxurlarda şabalıdı torpaqlar yaxşı yuyulur, onlar şoran olmurlar, karbonatlar 5070 sm-dən dərində müşahidə olunur.
Əvvəllər çöllərdə çoxlu sayda heyvanlar yaşayırdı: bitkilərlə qidalanan məməlilərin tipik nümayəndələri – çöl bizonu (yalnız qoruqlarda saxlanılır) və haçabuynuzlu antilop; gəmiricilərdən – çəmən iti, hofer, böyük sünbülqıran, dovşan, burunduk, oxlu kirpi, siçanlar, köstəbək-fırçaquyruq və suda yaşayan növləri vardır. Xüsusən böyük sayı ilə çəmən iti seçilir. Çəmən iti trofik zəncirin vacib manqası olub, porsuq, qaraquyruq safsar, Meksika şahini, həmçinin zınqırovlu ilan və torpaq bayquşunun əsas qidasını təşkil edir. İri quşlar arasında – tetra quşunu (çöl və çəmən tipi) göstərmək olar. Onların sayı koyot və skuns tərəfindən tənzimlənir. Bitkiyeyən heyvanlar, əsasən bizon və çəmən iti bitki qruplarının normal fəaliyyətinə şərait yaradır; çəmən iti və digər yereşən gəmiricilər torpaqəmələgəlmə və mikrorelyefin formalaşmasında əhəmiyyətli rola malikdir.
Çöl landşaftlarının fəsli tsiklində fazaların davamlılığı enlik üzrə əhəmiyyətli dərəcədə tərəddüd edir, onların başlanmasında müddət fərqi 34 həftə təşkil edə bilər. Şimalda qış noyabrın ortalarından martın sonuna – aprelin əvvəlinə qədər davam edir. Burada qışda 100150 sm qar düşür və davamlı qar örtüyü əmələ gəlir. Zonanın cənubunda qar çovğunları oktyabrdan aprelə kimi olur, ancaq qar örtüyü, baş verən borandan bir neçə gün sonra əmələ gəlir, onun əriməsinə əsasən çinuk (isti külək) əhəmiyyətli dərəcədə təsir göstərir. Tipik çöldə martda, havanın temperaturu artıq müsbət olur. 50C-ni o, martın sonu – aprelin əvvəlində keçir. Bu zaman Pensilvaniya qumotusu, pişik pəncəsi, anemon, novruzgülü və s. çiçəkləməyə başlayır, ancaq ərazinin ümumi aspekti qonur qalır. Əsas yaz fazası temperatur 100C-ni keçdikdən sonra – yəni aprelin sonunda başlayır və mayın sonuna qədər davam edir. Bu vaxt taxılkimilər yaşıllaşır (aprelin ortalarında – ağ ot, bir az gec – ceyranotu, mayın əvvəllərində – qrama) və müxtəlif otlar çiçəkləyir. Mayın sonuna taxılkimilər tez böyüyürlər. Fazanın əvvəllərində şimal çöllərinin əsas bitkisi olan yazlıq buğdanın səpilməsinə başlanılır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə