Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə31/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   42
dunya land. - копия 2018

Mühazirə 12


CƏNUBİ AMERİKA. OKEANSAHİLİ ÇƏMƏN, OKEANSAHİLİ BOREAL MEŞƏ, OKEANSAHİLİ SUBBOREAL MEŞƏ, SUBBOREAL YARIMSƏHRA LANDŞAFTLARI
Plan:

  1. CƏNUBİ AMERİKA. FİZİKİ COĞRAFİ ŞƏRAİTİ

  2. OKEANSAHİLİ ÇƏMƏN LANDŞAFTLARI

  3. OKEANSAHİLİ BOREAL MEŞƏ LANDŞAFTLARI

  4. OKEANSAHİLİ SUBBOREAL MEŞƏ LANDŞAFTLARI

  5. SUBBOREAL YARIMSƏHRA LANDŞAFTLARI

Cənubi Amerikanın böyük hissəsi (ekvatordan şimaldakı ərazini çıxmaq şərtilə) cənub yarımkürəsində yerləşmişdir. Ucqar nöqtələri: Qalinyas burnu (12047' şimal enliyi), Frouerd burnu (53054' cənub enliyi), Kabu-Branku burnu (34047') və Parinyas burnudur (81020' qərb uzunluğu). Şimaldan cənuba ən böyük məsafə – 7400 km, qərbdən şərqə – 5200 km-dir. Materikin sahil xətti dərin körfəzləri və çıxıntı formalı yarımadaları olmayan nisbətən sadə formadadır. Struktur-oroqrafik plana görə Cənubi Amerika Şimali Amerikaya oxşayır: Sakit okean sahilboyu mezo-kaynozoy qurşağının hündür dağ silsiləsi olan And uzanır; And dağlarından şərqdə qədim bünövrənin çıxıntısına bitişik olan alçaq düzənliklər qurşağı yerləşmişdir; materikin şərqini kembriyəqədərki Cənubi Amerika platformasının çıxıntılarından əmələ gəlmiş yaylalar tutur.


Materikin ən enli, şimal hissəsi ekvatorial və subekvatorial enliklərdə yerləşib, böyük istilik və rütubət ehtiyatı ilə xarakterizə olunur. Cənubi Amerikanın hidrotermik şəraiti çox müxtəlif olmasına və burada arid sahələrin geniş ərazi tutmasına baxmayaraq yağıntının (təxminən 1600 mm) və axının (600 mm-dən çox) illik layının orta kəmiyyətinə görə materiklər arasında 1-ci yer tutur. Yuxarıdakı göstəricilərə görə materik quru üzrə olan orta göstəricidən 2 dəfə üstündür. Burada, sutoplayıcı sahəsinə və axın həcminə (təxminən 7 min km3/il olub ki, bu da dünya axımının 15%-ni təşkil edir) görə dünyada ən böyük Amazon çayı sistemi formalaşmışdır. Digər iri çayları – Orinoko və Paranadır. Hidroqrafik şəbəkəsinin görünüşü kəskin asimmetrikdir: baş suayırıcı Sakit okeanın yaxınlığından, Andın qanadlarından keçir və bütün iri çaylar öz suyunu Atlantik okeana tökür.
Cənubi Amerikanın landşaft strukturu da həmçinin asimmetrikdir. Enlik zonaları sisteminə malik 2 meridional sahə daha aydın seçilir: Andın yamacları ilə okeana ensiz zolaq şəklində sıxılmış Qərbi Sakit okeansahili və geniş Şərqi Atlantiksahili. Tropik və subtropik enliklərdə 3-cü – Materikdaxili sektoru da ayırmaq olar. Ekvatorial tropik enliklərdə materikə rütubət Atlantik okeanından hava axınları ilə gətirildiyindən şərq sahəyə daha çox yağıntı düşür; həmişəyaşıl ekvatorial və dəyişkən-rütubətli (yağıntı yayda düşür) subekvatorial meşələr, savannalar, həmçinin rütubətli (ekspozision) tropik və subtropik meşələr zonası burada daha aydın seçilir. Küləkdöyən kiçik şimali ekvatoryanı zolağı çıxmaqla, Qərb sahə baryer kölgəsində yerləşir və burada enlik üzrə (təxminən 300) böyük məsafədə, ensiz zolaq şəklində olmasına baxmayaraq, geniş sahəni tutan tropik səhralar üstünlük təşkil edir. Mülayim qurşaqda isə vəziyyət başqa cürdür: yağıntı Sakit okeandan, qərbdən əsən hava kütlələri vasitəsilə gətirilir və Andın qərb yamaclarının ensiz zolağı az rütubətli və düz okeanik iqlimi ilə səciyyələnir. Burada, yağıntılı qışı və quraq yayı ilə səciyyələnən Aralıq dənizi tipli subtropik landşaftların nisbətən kiçik ərazisindən cənubda okeansahili rütubətli meşəli subboreal landşaftlar boreal meşə və çəmənlik landşaftları ilə əvəzlənir. And dağlarından şərqdə, şimalda subtropik yarımsəhralara və səhralara (Materikdaxili sektorda), subtropik çöllərə və meşə-çöllərə (Atlantiksahili sektorda) keçən arid və ekstraarid landşaftlar – Pataqoniyanın yarımsəhraları üstündür.
Cənubi Amerikanın fiziki-coğrafi rayonlaşması sistemində 9 ölkə ayırmaq olar:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə