Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Ölçmə vasitələrin işinin istilik rejimi



Yüklə 1,91 Mb.
səhifə16/39
tarix24.12.2023
ölçüsü1,91 Mb.
#160975
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
CTƏ mühazirə

Ölçmə vasitələrin işinin istilik rejimi

Ölçmə vasitələrin istilik rejimi onun ayrı-ayrı nöqtələrinin temperaturunun məcmunu ilə – temperatur sahəsi ilə xarakterizə olunur.


Temperatur rejimi ətraf mühitin temperaturunun, həm də cihazların radioelementləri tərəfindən ayrılan istilik enerjisi ilə yarana bilər. Zamana görə stabilliyindən asılı olaraq temperatur rejimi stasionar və ya qeyri-stasionar ola bilər.
Zamana görə temperatur sahəsinin dəyişməməsi stasionar rejimi xarakterizə edir. Temperatur rejiminin zamandan asılılığı qeyri-stasionar rejim üçün xarakterikdir. Bu rejim o halda olur ki, cihazın özünün istilik tutumu iş zamanı ayrılan istilik miqdarı ilə birqiymətlidir. Adətən qeyri-stasionar rejim tək-tək və az müddətdə təkrar olunan istilik yüklənməsi zamanı olur.
İstilik axınının istiqamətinin xarakterinə görə elementlər termoaktiv və termopassivlərə bölünürlər. Termoaktiv elementlər istilik enerjisinin mənbələri kimi, termopassiv elementlər isə onun qəbul ediciləri kimi özlərini göstərirlər.
Mikrosxemlər və radioelementlər məhdud temperatur diapazonunda fəaliyyət göstərirlər. Göstərilən diapazonlardan temperaturun kənarlaşması komponentlərin bərpa olunmaz dəyişikliyinə gətirib çıxara bilər. Yüksək temperatur materialların dielektrik xassəsini aşağı salır, konstruktiv və keçirici materialların korroziyasını tezləşdirir. Aşağı temperaturda rezin detallar bərkiyir və çatlayır, materialların kövrəkliyi artır. Materialların xətti genişlənməsinin əmsallarında fərq kompaundla doldurulmuş konstruksiya­ların dağıdılmasına gətirib çıxara bilər ki, bu da bir nəticə kimi elektrik birləşmələrinin pozulmasına, oturmaların xarakterinin dəyişməsinə, bərkidilmə yerlərinin zəifləməsinə gətirib çıxarır.
Müasir cihazlar kifayət qədər böyük gücə və nisbətən kiçik həcmə malik olmalıdırlar. Bu, d gücün yayılma sıxlığının artmasına və deməli, ayrılan istiliyin sıxlığının artmasına səbəb olur. Ona görə də cihazların konstruksiyasının yaradılması zamanı xüsusi diqqət istiliyin kənarlaşdırılmasına, temperaturun tənzimlənməsinə və nəzarətinə yönəldilməlidir.
Əgər blokun istənilən nöqtələrində temperatur yol verilən sərhəddən kənara çıxmırsa, onda belə istilik rejimi normal adlanır.
Normal istilik rejimi elə rejimdir ki, xarici temperatur təsirlərinin müəyyən sərhəddində dəyişikliklər zamanı konstruksiyanın xarakteristika və parametrlərinin dəyişməsini, komponent və materialların texniki şərtlərdə göstərilmiş sərhəddə dəyişməsini təmin edir.
Məmulatın xidmət müddətinin uzadılması və yüksək etibarlılıq o vaxt təminatlı ola bilər ki, əgər cihazın daxili mühitinin temperaturu normal olub, 20-25C bərabər olsun. Normal temperatura görə hər bir 10C hər iki tərəfə temperaturun dəyişməsi cihazların xidmət müddətini təxmini 2 dəfə azaldır. Normal istilik rejiminin təmin edilməsi konstruksiyanın mürəkkəbləşməsinə, kütlə və qabarit ölçülərinin artmasına, əlavə avadanlıqların daxil edilməsinə və elektrik enerjisinin sərfinə səbəb olur.
Aşağı temperaturda iş qabiliyyətinin təmin edilməsi işdən əvvəl cihazların öz-özünü qızdırması ilə, lazım olanda isə elektrik qızdırıcı elementlərin vasitəsilə təmin edlir. Qızdırıcı elementlər stasionar cihazlar üçün otaqda (bu isə istismara görə təlimatda qeyd olunmalıdır), daşınan cihazlar üçün isə konstruksiyanın içərisində (daxilində) quraşdırılır.
Qızdırılma tətbiq olunan cihazlarda normal istilik regimi təmin edildikdən sonra cihazın qızdırıcı elementinin avtomatik açılması təmin edilməlidir.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə