Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Elektrik sahələrinin ekranlaşdırılması



Yüklə 1,91 Mb.
səhifə24/39
tarix24.12.2023
ölçüsü1,91 Mb.
#160975
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
CTƏ mühazirə

Elektrik sahələrinin ekranlaşdırılması

Konsturksiyaya ekranın qosulması, gözlənilməyən həyacanlanan sahəni bəzi məhdudlayici həcmdə qəbul oluna bilən səviyyəyə qədər zəiflədilməsi üçündür. Qorunmanın iki variantı mümkündür. Birinci halda ekranlanan aparat ekranın daxilində, maneə mənbəyi isə ondan kənarda yerləşdirilir. İkinci halda maneə mənbəyi ekranlarda, maneədən qorunan aparat isə ekrandan kənarda yerləşdirilir. Birinci variantdan xarici maneələrdən, ikinci variantdan isə daxili maneələrdən qorunması üçün istifadə olunur.Hər iki variantda ekran kimi metal örtükdən istifadə olunur.


Çap üsulu ilə ötürmə xəttinin sxeminin yerinə yetirilməsində 1 ekranlayıcı yol (trassa) 2 sıfır potensialı (torpaqlama) şini vasitəsilə kommutasiya olunur və naqillərin ekranlama funksiyasını yerinə yetirir (şəkil 1). Əgər M maneə mənbəyi qonşu lövhədə yerləşmiş olarsa, onda sxemi ekranlayıcı yolla qorumaq mümkün deyil.
Ş əkil 2-də 2 montaj panelinin birləşdiricisinə quraşdırılmış üç lövhədən (qaraldılmamış) ibarət blok göstərilmişdir. Sol və mərkəz lövhə 1 torpaqlanmış keciriçi lövhə şəkilində ekranla qorunur. Blokun sağ tərəfində ekranlayıcı lövhə olmadığı üçüçn 3 qutuşəkilli ekranla qorunmalıdır.
Şəkil 1. Lövhənin çap naqillərinin ekranlanması:
1- ekranlayıcı yol; 2- sıfır potensialının şini

Şəkil 2. Blokda çap lövhəsinin ekranlanması:


1 - keçirici lövhə; 2 - montaj paneli; 3 - qutuşəkilli ekran; 4 – komponentlərlə birlikdə çap lövhəsi
Çoxqatlı çap lövhələrində (ÇÇL) ekran rolunu sıfır potensiallı bütöv folqa qatı yerinə yetirilir. Ona görə də blokda ÇÇL-dən istifadə edildikdə ekranlayıcı lövhənin bərkidilməsinə ehtiyac duyulmur.
Beləliklə, elektrik sahəsindən qorunmaq üçün konsturksiyaya torpaqlanmış metal örtük, lövhə, istiqamatləndirici, ixtiyari qalınlıqlı ÇCL-in bütöv metal qatı və yüksək elektrik keçiriciliyə malik materiallar daxil edilir. Ekranın torpaqlanması minimal induktiv müqavimətli qısa naqillərlə olmalıdır.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə