MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


MÜHAZİRƏ 13 FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİNDƏN İSTİFADƏ EDİLMƏSİ



Yüklə 336,78 Kb.
səhifə20/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   ...   14   15   16   17   18   19   20   21   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

MÜHAZİRƏ 13


FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİNDƏN İSTİFADƏ EDİLMƏSİ

Müasir qırğın silahlarından mühafızə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafızə və tibbi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir.


Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:
a) Tənəffüs orqanlarının mühafızə vasitələri;
b) dəri səthinin mühafizə vasitələri;
v) tibbi mühafızə vasitələri,
Tənəffüs orqanlarının mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfındən hazırlanan ən sadə vasitələrdir.
Tənəffüz orqanlarının və dərini mühafizə edən fərdi mühafizə vasitələri
Əleyhqazlar. Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcıları) radioaktiv maddələrin tə'sirindən, həmçinin aerozol halındakı yoluxdurucu mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə malikdir. Əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq eleyhqazları) daha geniş yayılmışdır. Onların quruluşu - içərisində fəallaşdırılmış kömür və tüstü əleyhinə süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 2-oksidi (dəm qazını udub saxlaya bilmir, buna görə də, tənəffus orqanlarının karbon 2-oksiddən mühafızəsinin tə'min edilməsi üçün xüsusi (hopkalit) patrondan istifadə olunur ki, bu patron əleyhqazın birləşdirici borusu (üzlük hissəsi) ilə süzücü-uducu qutusu arasında yerləşdirilir (qutuya burulub birləşdirilir).
Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafızəsı üçün QP-5. QP-5M, QP-7 (QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların mühafızəsi üçün DP-6M (uşaq əleyhqazı, 6-cı tipi, kiçik ölçülü), DP-6, PDF-7 (süzücü uşaq əleyhqazı, 7-ci tipi), PDF-D (süzücü uşaq əleyhqazi, məktəbəqədər yaşlılar üçün) və PDF-Ş (süzücü uşaq əleyhqazı, məktəblilər üçün) süzücü əleyhqazlardan istifadə oluna bilər.
Bunlardan əlavə, 1.5 yaşadək olan körpələrin mühafızəsi üçün KZD-6 (uşaq mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı vardır.
QP-5 və QP-5M əleyhqazları kiçik ölçülü (QP-5 tipli) süzücü-uducu qutu və şlem-maska tipli üzlük hissə ilə komplektləşdirilir. QP-5M əleyhqazının şlem-maskasında membranlı qutu var (qutuda danışıq tərtibatı yerləşdirilmişdir). QP-5 və QP-5M əleyhqazlarının üzlük hissələrində birləşdirici boru olmur, onlar bilavasitə süzücü-uducıı qutuya birləşdirilir. Şlem-maskalar beş ölçüdə (membranlı şlem-maskalar 4 ölçüdə) buraxılır. Şlem-maskanın ölçüləri onun çənəaltı hissəsində rəqəmlərlə göstərilir. QP-5 tipli əleyhqazların üzlük hissəsini seçərkən başı: kəllə, yanaqlar, çənəaltı hissədən keçən dairəvi xətt üzrə ölçürlər. Alınan nəticəni 0.5 sm-ə qədər yuvarlaqlayırlar.
Alınan kəmiyyət 63 sm-ə (membranlı şlem-maska üçün 61 sm-ə) qədər olarsa - "0 ölçülü; 63.5-dən 65 sm-ə (61.5-dən 64 sm-ə) qədər olarsa - 1-ci; 65.5-dən 68 sm-ə (64.5-dən 67 sm-ə) qədər olarsa - 2-ci; 68.5-dən 70.5 sm-ə (67.5-dən artıq) olarsa - 3-cü; 71 sm –dən artıq olarsa - 4-cü ölçülü şlem-maska lazımdır.
QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7V, bunlar bir-birindən üzlük hissələri ilə fərqlənir. QP-7 əleyhqazı danışıq tərtibatlı və suiçmə tərtibatı olmayan MQP tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7V əleyhqazı isə danışıq tərtibatı və ordu su qabından (flyaqa) içmək üçün suiçmə tərtibatı olan MQP tipli üzlük hissə ilə komplektləşdirilmişdir ki, bu da zəhərli atmosferdə işləyərkən adamın su içə bilməsinə imkan yaradır.
Uşaq əleyhqazları quruluşca müxtəlifdir: DP-6 uşaq əleyhqazları 1.5 yaşdan yuxarı kiçikyaşlı uşaqlar üçündür.
PDF-7 əlehqazları kiçik və böyük yaşlı uşaqlar üçündür; QP-5 tipli süzücü-uducu qutudar və üzlük hissə olaraq dörd (1.2.3.4) ölçülü MD-3 maskalarından ibarətdir.
PDF-Ş əleyhqazı 7 yaşdan 17 yaşa qədər olan uşaqlar üçündür; QP-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq iki ölçülü (3.4) MD-3 maskaları və ya dörd (0.1.2.3) ölçülü şlem-maskalardan ibarətdir.
Təcridedici əleyhqazlar (İP-4, İP-46). Təcridedici əleyhqazlar İP-4, İP-5 və ya təcridedici oksigen cihazları (KİP-5, 1CİP-7, KİP-8) adamın tənəffüs orqanlarını ətrafdakı havadan tamamilə təcrid edir; nəfəs almaq üçün oksigen balondan verilən oksigendən istifadə olunur. Belə əleyhqaz və cihazlar: havada ZM-in konsentrasiyası çox yüksək olduğu üçün ZM süzücü qutudan keçmək qorxusu yaradan və süzücü əleyhqaz e'tibarlı surətdə mühafizəni tə'min etməyən hallarda; hava¬da karbon 2-oksidin konsentrasiyası yüksək olduqda işlədilir.
Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əlehqaz və cihazlar iki qrupa ayrılır: kimyəvi əlaqəli oksigenlə və sıxılmış oksigenlə təchiz edən cihazlar. Birinci qrupa İP-4, İP-46 M əleyhqazları, ikinci qrupa İP-5, KİP-7, KİP-8 cihazları aiddir.
Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafızə üçün respiratorlardan istifadə olunur. Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarımmaskadan ibarətdir ki, ondan dəfələrlə istifadə etmək və 12 saatadək mühafızə olunmaq mümkündür.
R-2D respiratoru uşaqlar üçün nəzər də tutulan respirator növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafızəni tə'min edir.
Tənəffüs orqanlarını mühafizə edən ən sadə vasitələr. Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər. Bunlar quruluşca çox sadədir, ona görə də əhalinin özü tərəfindən hazırlanan kütləvi vasitə olaraq işlədilməsi tövsiyə edilir. Tənəffus orqanlarının ən sadə mühafizə vasitələrinə tozdan qoruyan parça maska PTM-1 və pambıqlı tənzif sarğı aiddir.
Tozdan qoruyan PTM-1 parça maskası iki əsas hissədən: maskanın gövdəsindən və bərkidici hissədən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerləri olur ki, buraya şüşə lövhəcikləri (və ya hər hansı şəffaf material, plyonka) salınır. Maska başa onun yan kənarları boyu tikilmiş parça zolaq (bərkidici hissə) vasitəsilə geyilir. Bərkidici bağlar vasitəsilə, maskanın üzə kip yatması tə'min edir ki, bu da maskanın altına zəhərli hava keçməsinin qarşısını alır. Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən hava maskanın bütün səthində süzülüb təmizlənir.
Pambıqlı tənzif sarğı ölçüləri 100x50 sm olan tənzif parçasından hazırlanır. Onun orta hissəsinin üzərinə 30x20 sm sahədə qalınlığı 2 sm olan pambıq qatı döşəyir, Pambıqlı tənzif ağızı və burunu əhatə edib örtməlidir. Belə sarğılar ancaq 1 dəfə istifadə üçün yararlıdır. Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərfdən, yaylıqdan və s. istifadə etmək lazımdır. Gözləri radioaktiv tozdan qorumaq üçün tozdan qoruyan eynək taxmaq olar.
Dəri səthini mühafizə vasitələri - bədənin açıq sahələrini, paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının tə'sirindən mühafizə etmək üçün nəzərdə tııtıılmuşdur. Bunlar tabel vasitələrinə (ümumqoşun mühafızə komplekti - OZK, yüngül mühafızə kostyumu L-10 və əlaltı vasitələr (məişət paltarlarının ünsürləri) növlərinə ayrılır. Mühafızə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur.
Dərini mühafizə edən süzücü vasitələrə ZFO-58 markalı süzücü mühafızə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəsti: xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu hopdurulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və köynək), parça şlemaltlıqdarı, iki cüt portyankadan (ayağa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cütünə də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopdurucu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir.
Süzücü mühafızə paltarı komplektindəki kombinezonların ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu 160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü - boyu 170 sm-dən artıq olan üçündür.
Dərini təcridedici mühafızə vasitələri - havakeçirməyən mate¬rialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar), həm də qismən, yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürünclər, örlüklər və s.) ola bilər. Qismən qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə komplekti L-1, mühafizə kombinezonu və ya kostyumu), əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir. Ümumqoşun mühafızə komplekti OZK, yüngül mühafızə komplckti mühafızə kombinezonu və ya kostyumu), əsasən maye damcı halındakı ZM-dən mühafızə edir.
Ümumqoşun mühafizə komplekti OZK – mühafizə plaşından, mühafızə corablarından və mühafızə əlcəklərindən ibarətdir.
Yüngül mühafızə kostyumu L-l rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, ikibarmaqlı əlcəklərdən və şlemaltlıqdan ibarətdir.
Dərini təcridedən mühafizə vasitələri MM dəstələrinin şəxsi hey'əti üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM-in yüksək konsentrasiyası şəraitində zəhərli sahələrdə iş aparılarkən istifadə edilir. Radioaktiv tozdan mühafizə olunmaq üçün əhali adi paltarları uyğunlaşdıra bilər. Belə paltarların hermetikliyini tə'min etmək üçün onlara əlavə hissələr tikmək lazımdır. RM-dən mühafizə üçün həmçinin dəri səthini qoruyan əlaltı vasitələrdən (əlavə olaraq kipləşdirilmiş məişət, iş, idman paltarı və ayaqqabılarından, digər fərdi geyimlərdən) istifadə oluna bilər.Yadda saxlamaq lazımdır ki, təcridedici mühafizə paltarlarındıı qalmaq müddəti məhduddur (cədvəl.1).

Yardımçı vasitələr


Yardımçı vasitələr - bədənin səthini radioaktiv, kimyəvi və bakterial maddələrlə zəhərlənmədən qorunmaq üçün adamların öz adi paltar və ayaqqabılarından yardımçı vasitələr kimi istifadə etməyi bacarması böyük
əhəmiyyətə malikdir.
Adamın bədənini qoruyan yardımçı vasitələr kimi, hər şeydən əvvəl xüsusi iş paltarlarından - kombinezonlardan, gödəkçə və şalvarlardan, başlıqlı xələtlərdən istifadə etmək olar. Belə iş paltarları, adətən, brezentlərdən odadavamlı və ya rezinləşdirilmiş parçadan qalın mahuddan və digər möhkəm parçalardan tikilir. Bu cür parçalar nəinki bədənin səthinə radioakttiv və bakterial maddələr düşməsinin qarşısını alır, həm də maye damcıları halındakı zəhərləyici maddələri müəyyən müddət ərzində keçirmir. Rezinləşdirilmiş parçadan və ya səthinə xlorvinil plyonka çəkilmiş parçadan hazırlanan plaş və bürüncəklər də mühafizə üçün yararlıdır.
Qış paltarları - qalın mahuddan və ya drap parçadan tikilmiş palto digər paltarlarla birlikdə maye-damcı halındakı zəhərləyici maddədən 1 saata qədər, yayda isə 20 dəqiqəyə qədər, pambıq gödəkçə və şalvar - 2 saata qədər qoruyur. Üst paltarların digər növləri də (kostyumlar, gödəkçələr, şalvarlar, köynəklər və s.) onları müvafıq surətdə uyğunlaşdırdıqdan sonra bədənin səthini mühafizə edə bilər. Bu məqsədlə müxtəlif idman kostyumlarından istifadə etmək daha yaxşıdır.
Ayaqları mühafizə etmək üçün işdə və məişətdə işlədilən rezin çəkmələrdən, botilərdən, qaloşlardan, istifadə etmək lazımdır. Gön və gönü əvəz edən materiallardan tikilmiş ayaqqabılardan istifadə oluna bilər. Əlləri mühafizə etmək üçün rezin və ya dəri əlcəklərdən İSTİfadə olunmalıdır. Yun, iplik və parça əlcəkləri radioaktiv VƏ BAKTErial maddələrdən mühafızə üçün istifadə etmək olar ki, bunlar zəhərləyici maddələrdən qorunmaq üçün yararlı deyil.
Adi paltarlar, adətən, hermetik olmur. Buna görə də paltarlardan bədənin səthini qoruyan vasitələr kimi istifadə edərkən onların hava keçə bilən yerləri - yaxası, boyun yeri, gödəkçənin əttəkləri, qolların əlcəklə birləşən və şalvarın balaqlarının ayaqqabılarla birləşən yerlərini diqqətlə kipləşdirmək lazımdır ki, bədənin səthi kənar mühitdən təcrid olunsun.
Paltarların bütün düymələri bağlanmalıdır, yaxalığı qaldırıb üstündən boyuna kip halda şərf və ya yaylıq bağlamaq, paltarların qollarını biləklərdə bağlarla bağlamaq, şalvarların balaqlarını çəkmələrin üstündən qaytanla bağlayıb bərkitmək lazımdır.
Boyunu və başın açıq qalan yerlərini mühafizə etmək üçün qalın parçadan və ya sintetik plyonkadan başlıq tikmək məsləhətdir. Qadınlar başlıqlar əvəzinə baş yaylıqları işlədə bilərlər.
Qoruyucu corabların forması məişətdə işlədilən və rezin qaloşlarla birlikdə geyilən sırıqlı isti corablarda olan kimidir. Lakin bu co¬rabların altı və ayağın topuğuna qədər olan hissəsi ikiqat, yuxarı hissəsi isə birqat materialdan tikilir. Corabların pəncəsini cod olsun deyə, sarıyır, daban hissəsinə isə kirzə (dəri) dabanlıq tikirək iki cüt bağ düzəldirlər: yuxarı bağlar - corabları dizlərin altında bərkitmək, aşağı bağlar isə qaloşları ayaqlara bərkitmək üçündür.
Adi paltarlar adamı zəhərli maddələrin buxarlarından və aerozollarından qoruya bilsin deyə, bunlara xüsusi məhlul hopdurmaq lazımdır. Sintetik materiallara məhlul hopdurulmur. Bir dəst paltara və ona əlavə edilən hissələrə (sinəbənd, xiştək, başlıq, əlcəklər, corablar) hopdurmaq üçün 2.5 litr məhlul lazımdır.
İki cür hopdurucu məhlul hazırlamaq mümkündür: paltar yumaq üçün işlədilən sintetik maddələri suda qarışdırmaqla; hər hansı mineral (karter transformatorlar, maşın yağları və s.) və ya bitki yağları (günəbaxan, pambıq yağları) ilə sabunu suda qarışdırmaqla.
Birinci növ məhlulu belə hazırlayrlar: 250-300 q sabun yonqarını 60-70°-dək qızdırılmış 2 1 suda əridir, sabun suda tamamilə əriyəndən sonra buna 0.5 1 su da əlavə edir və bunu 2-3 dəqiqə ərzində açıq sarı rəngli məhlul alınana qədər qarışdırırlar.
İkinci növ məhlulu belə hazırlayırlar: 250-300 q sabun yonqarını 60-70°-dək qızdırılmış 2 1 suda əridir, sabun suda tamamilə əriyəndən sonra buna 0.5 1 mineral (bitki yağı) əlavə edirlər. Alınan qarışığı azacıq qızdırmaqla emulsiya halına düşənə qədər 5 dəqiqə qarışdırırlar.
Hopdurulacaq paltar dəstini hər hansı qaba (vedrə, ləyən) qoyub üstündən isti məhlulu bərabər surətdə tökürlər. Məhlul paltara hopandan sonra onu çıxarıb iç üzünə çevirir və bir daha hopdururlar. Sonra paltarı yüngülcə sıxıb açıq havada qurudurlar.
Tibbi fərdi mühafizə vasitələri
Tibbi fərdi mühafızə vasitələri (TFMV) - fəvqəladə hallar vaxtı zədələnmiş əhalinin profılaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bunlara radio-protektorlar, antidotlar (zəhər əleyhinə dərman) və bakteriya əleyhinə ¬maddələr, habelə qismən sanitariya tənzimlənməsi vasitələri aid edilir.
Radioprotektorlar - ionlaşdırıcı şüalanmanın tə'sir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə edilən həb şəklindəki sistamin adlı maddədir. Bu həbləri şüalanmadan (M M dəstələri radioktiv zəhərlənmə zonasına girməzdən) 30-40 dəq. əvvəl qəbul etmək məsləhətdir.
Orqanizmə keçən radioaktiv maddələrdən mühafızə üçün xeyli təsirli tibbi vasitə olaraq kompleksyaradan (komplekson) maddələrdən, adsorbentlərdən, kalium-yodid maddəsindən istifadə etmək olar ki, bunlar radioaktiv maddənin qana sorulmasının qarşısını alır və onların orqanizmdən tez çıxarılmasına imkan yaradır.
Antidotlar (zəhər əleyhinə dərman) - ZM-n tə'sirinin qarşısını alan və ya zəiflədən maddələrdir. Sinir-iflicedici (fosforlu-üzvi) tə'sirli, sianid turşusuna və digər sianlara, lüizitə və qıcıqlandıncı, ZM-yə qarşı antidotlar vardır.
Fosforlu-üzvi maddələr (FUM) əleyhinə - afın, taren, atropin və s. sianidlərə qarşı - amilnitrit, propilnitrit adlı; lüizitə və arsin tərkibli digər maddələrə qarşı - unitol adlı antidotlar mövcuddur.
Bu antidotlardan həm profılaktika, həm də ilk tibbi yardım vasitəsi kimi istifadə etmək mümkündür.
Bakteriya əleyhinə maddələr - spesifık və qeyri-spesifık profılaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər və bakteriofaqlar aiddir. Вu vasitələrin bə'ziləri fərdi aptekçədə (Aİ-2 fərdi aptekçəsində) cəmlənmişdir.
Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi aptekçə Aİ-2, kimya əleyhinə fərdi paket İPP-8 və fərdi sarğı paketi aiddir.
Aİ-2 fərdi aptekçəsində insan orqanizminə ionlaşdırıcı şüalanmaların, ZM və BV-nin tə'sirinin qarşısını alan və ya bu tə'siri zəiflədən, habelə şok halının qarşısını alan preparatlar (tibb dərmanları) olur. Aptekçə narıncı rəngli plastik kütlə materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, içərisində plastik kütlə şpris tübiki və dərman penalları yerləşdirilmişdir.
Sümüklər sınarkən, ağır yaralanma və geniş yanıqlar zamanı ağrı şokuna qarşı ağrıkəsən dərman - 1 ml 2%-li promedol məhlulu işlədilir; məhlul aptekçənin 1-ci bölməsindəki şpris-tübik vasitəsilə əzələyə (dəri altına) yeridilir (sülh dövründə şpris-tübik aptekçədən çıxanhb ayrı saxlanılır).
Fosforlu-üzvi maddələrlə zəhərlənməyə qarşı aptekçədə tabel antidotu olaraq taren həbləri vardır (2-ci bölmədə yerləşir). Tarenin bir həbinin "Kimya həyəcanı” xəbərdarlığı verilərkən qəbul edirlər zəhərlənmənin əlamətlərini aşkar olunarkən daha bir həb taren qəbul etmək lazımdır.
Aptekçənin 3-cü bölməsindəki ağ rəngli iri penalda bakteriya əleyhinə 2 №-li dərman-sulfadimetoksin (15 həb) yerləşir, bunu zəhərlənmədən sonra mə'də-bağırsaq pozuntusu baş verərkən qəbul edirlər.
İonlaşdırıcı şüalanmanın tə'sirinə orqanizmin müqavimətini artırmaq üçün radiasiya əleyhinə l№-li dərman (sistamin) işlədilir. Bu dərman 4-cü bölmədəki iki çəhrayı penalın hər birində 6 həb miqdarında olur. Penallardakı dərmanı şüalanma təhlükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəq. əvvəl 6 həb, şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb qəbul edirlər. Bu dərmanların səmərəliliyi 50% təşkil edir.5-ci bölmədəki iki rəngsiz penalda bakteriya əleyhinə 1№-li, dərman-tetrasiklin (hər penalda 5 həb miqdarında) olur. Bu dərmaıı bakterioloji zəhərlənmə təhlükəsi yaranarkən və ya belə zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür (tə'cili qeyri-spesifık prolilaktik vasitə olaraq, habelə yara və yanıq yoluxmalarının profılakti-kası məqsədilə).
6-cı bölmədə radiasiya əleyhinə 2№-li dərman (kalium-yodid) penalı yerləşir. Bu dərman radioaktiv çöküntülər düşərkən, (xüsusən radioakttiv maddələrlə zəhərlənmiş ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təhlükəsi olarkən) 10 gün ərzində, gündə 1 həb qəbul edilir.
Orqanizmin şüalanmaya, ürəkbulanması, və qusma ilə meydana çıxan ılk reaksiyanın aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir, bu dərman 7-ci bölməsindəki göy rəngli penalda yerləşir.
Kımya əleyhinə fərdi paket (İPP-8) - dəri səthinin ZM damcıları və ya dumanı ilə habelə radioaktiv maddə və bakterial vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini, bu sahələrə toxunan paltar hissələrini qismən sanitariya təmizlənməsindən keçirmək (təmizləmək) üçündür. Bu paket içərisində hər cür ZM-ni zəhərsizləşdirmək üçün polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd pambıq-tənzif salfetdən ibarətdir.


Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə