MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə16/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   12   13   14   15   16   17   18   19   ...   78
mülki müdafiə

İşıq şüalanması. Nüvə partlayışının işıqlanma sahəsi işıq şüasının mənbəyi adlanır ki, əsasını közərmiş hava və mü­əy­yən miqdarda közərmiş partlayış məhsulları təşkil edir. İşıq­lan­ma sa­hə­sində havanın işıqlanma müddəti, əsasən, nüvə part­la­yı­şının gü­cün­dən asılı olaraq bir saniyədən bir neçə on saniyəyə qə­dər da­vam edir.
İşıq şüasının məhvedici təsiri – işıq şüalarının təsirindən müx­­­təlif sahələrin səthində alışma, yanma, kömürləşmə, ərimə və bu­xarlanma halları baş verir. İşıq şualanması – nüvə partlayışı za­ma­nı meydana çıxan od kürəsinin saçdığı gözəgörünən ultra­bə­növ­şəyi və infraqırmızı işıq selidir. Işıq şualanmasının zədələyici tə­siri işıq impulsundan, yəni işıq şualarına nisbətən şaquli yerləş­miş səthin hər kv. sm-nə, şualanma ərzində düşən işıq enerjisinin miq­darından asılı olur və kC/m²-lə ölçülür. İşıq şualanması ya­şa­yış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bə­dənində isə yanıqlar əmələ gətirir. İşıq impulsunun miqdarından asılı olaraq insanlar müxtəlif dərəcəli yanıqlar ala bilər:
– birinci dərəcəli yanıqlar işıq impulsu 80–160 kC/m² olar­kən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir;
– ikinci dərəcəli yanıqlar işıq impulsu 160–400 kC/m² olar­kən əmələ gəlir və bu zaman dəridə suluqların əmələ gəlməsi baş verir;
– üçüncü dərəcəli yanıqlar işıq impulsu 400–600 kC/m² olar­kən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir;
– dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC/m²-dən yu­xarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüyün yanması baş verir.
İnsanların aldığı yanıqların dərəcəsi işıq şualanmasının miq­darından, paltarın növündən, kipliyindən və rəngindən asılıdır. Açıq rəngli və gen paltar geyinmiş insanlar, qara və dar paltar ge­yin­miş insanlara nisbətən az yanıqlar alır.
Müxtəlif sahələrdə yaranan işıq impulsunun təsiri nüvə partlayışının növündən, gücündən, məsafədən və hava şəraitin­dən asılı olur. Yağmurlu və dumanlı havada işıq impulsunun tə­siri qat-qat azalır. Sığınacaqlar və daldalanacaq­lar işıq şua­lan­­­ma­sının tə­si­rin­dən qorunmaq üçün ən etibarlı yerlərdir. Bütün kölgə salan əş­ya­lar da insanları işıq şualanmasından qoruya bilir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə