MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə13/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   9   10   11   12   13   14   15   16   ...   78
mülki müdafiə

Birinci qrup - müəssisələri layihələşdirən bəzi mütəxəsislərin təhlükəsizlik texnikasının tələblərinə kifayət dərəcədə məsuliyətlə yanaşmaması, eləcədə bir sıra sex rəhbərlərinin bu tələblərin yerinə yetirilməsinə səhlənkar münasibəti, partlayış və tezalışma təhlükəsi olan sahələrə daimi nəzarətin olmaması;
İkinci qrup - isə təbiətin bütün hadisələrinin tam sürətdə öyrənilməməsi ilə şərtlənir. Məsələn bəzən (hətta təhlükəsizlik texnikası qaydalarına əməl olunan müəssisələrdə) məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda və şəraitdə şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib. Özüdə belə kimyəvi reaksiyaların mümkünlüyü barədə nəinki bu müssisədə, hətta nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur.
İstehsalat qəzaları xarici təbii amillərin, o cümlədən təbii fəlakətlərin, qurğunun layihə-istehsalat qüsurlarının, onların istismarı qaydalarının və istehsalatda texnoloji prosesin pozulması nəticəsində də baş verə bilər.
Sənaye müəssisələrində partlayışlar adətən qurğuların dağılması və deformasiyaya uğraması, yanğınlar, enerji sisteminin sıradan çıxması, texnoloji boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara sızması ilə müşayiət olunur.
Qazanxanalarda qazanın partlayışına, kimya müəssisələrində qazın, cihazların, hazır məhsul və yarımfabrikatların; neftayırma zavodlarında - benzin buxarları və digər qarışıqların, lak-boyaq buxarlarının partlayışları və s. daha çox müşahidə edilir.
Bir çox ölkələrdə kömür və filiz mədənlərində kömür tozunun və qazların partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adətən yanğınlar, uçqunlar və s. törədir.
Məişətdə işlədilən qaz balonlarının partlayışları da tez-tez baş verir, nəticədə yanğınlar törəyir, insanlar məhv olur.
İstehsalat qəzaları zamanı qurğuların partlayış nəticəsində zədələnmənin dərəcəsi və xarakteri aşağıdakılardan asılı olur:
1) partlayışın gücündən (trotil ekvivalentindən)
2) obyekdəki qurğuların texniki xarakteristikasından (növü, möhkəmliyi, ölçüsü, forması, əsaslı, müvəqqəti, yerüstü yeraltı və s.)
3) obyektin planirovkasından (qurğuların seyrəkliyi, tikintinin xarakteri) və ərazinin landşaftından (relyef, torpaq növü, yaşıllıqların sahəsi və s.)
4) metroloji şəraitdən (küləyin istiqaməti və gücü, rütubət, temperatur, yağıntı).
Obyektlərdə qaz-hava qarışığı partlayışlarının qarşısını almaq üçün ilk növbədə ehtimal olunan alışma mənbələrini aradan qaldırır, müəssisənin dağıntılardan mühafizə tədbirləri həyata keçirirlər.
Mühafizənin altı üsulu məlumdur:
1) partlayış zamanı yaranan maksimal təzyiqə bərabər təzyiqə davam gətirə biləcək möhkəm qoruyucu konstruksiyaların layihələşdirilməsi;
2) partlayış təhlükəli zonalarda yanğının davam etməsinə imkan verməyən, yəni havasında az oksigen olan ətalətli mühitin yaradılması;
3) partlayış təhlükəli zonanın möhkəm divarlarla əhatə edilməsi;
4) partlayış təhlükəli istehsalatların partlayış zamanı ətraf mühitə zərər dəyməyəcək uzaq sahələrdə yerləşdirilməsi;
5) partlayış zamanı yaranan yüksək təzyiqi azaltmaq üçün xüsusi qoruyucu klapanlar düzəldilməsi;
6) partlayışın yatırılması.
Nəqliyyat sahəsində qəzalar ən çox baş verən hadisələrdəndir. Hazırda mövcud olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə kosmik nəqliyyat növləri arasında avtomobil nəqliyyatı qəzaları sayına görə birinci yeri tutur. Nəqliyyat vasitələri nəinki öz sərnişinləri, həm də nəqliyyat magistralları zonasında yaşayan əhali üçün təhlükə törədir, belə ki bu magistral yollarla xeyli tezalışan kimyəvi, radiasiya, partlayış təhlükəli maddələr daşınır. Qəza zamanı bu maddələr insan sağlamlığı üçün təhlükə yaradır.
Aviasiya nəqliyyatında qəzaların əsas səbəbləri hava nəqliyyat vasitələrinin köhnəlməsi, aviasiya texnikasının təmiri və texniki nəzarətin pis aparılması, uçuşların yerinə yetirilməsi təminatı üzrə təhlükəsizlik qaydalarının aviasiya mütəxəssisləri tərəfindən pozulması halları hesab oluna bilər.
Istehsalat qəzaları zamanı zəhərli maddələrin kənara sızması nəinki müəssisənin ərazisində, həm də yaxınlıqdaki yaşayış məntəqələrində ətraf mühitin, havanın, suyun zəhərlənməsinə, insanların, heyvanların və bitkilərin ciddi xəstələnməsinə və məhv olmasına səbəb olur.
Radioaktiv maddələrin ətrafa sızması atom elektrik stansiyalarında, atom gəmilərində baş verə bilər. Radioaktiv maddələrin ətrafa sızması, o cümlədən uran şaxtalarından radon qazının, reaktorda yaranan radioaktiv qazın və reaktiv mayelərin ətrafa sızması xüsusən qorxuludur.
Qaz-neft məhsulları boru kəmərlərində başverən qəza və yanğınların əsas səbəbləri: metal boruların yerin altında pas atması, tikinti-quraşdırma işlərində yol verilmiş qüsurlar, boru kəmərinin mexaniki zədələnməsini qeyd etmək olar.
Kommunal təsərrüfatı obyektləri – su kəməri və kanalizasiya nasos stansiyaları, transformator yardımçı stansiyaları, və qazanxanalar – hər il onlarla qəza baş verir ki onlar milyonlarla maddi zərər vurur.
Hidrodinamik qəza – hidrodinamik qurğunun, yaxud onun bir hissəsinin sıradan çıxması (dağılması) və böyük miqdarda nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması ilə əlaqədar yaranan fövqəladə vəziyyətdir. Əsas potensial təhlükəli hidro­tex­ni­ki qurğulara su bəndləri, suburaxıcı və susaxlayıcı qurğular (şlüz­lər) aiddir. Hidrotexniki qurğuların dağılması təbiət qüvvə­lə­ri­nin (zəlzələ, güclü külək, bəndlərin yuyulması) və insan fə­a­liy­yətinin (təxribat məqsədi ilə hidro­tex­niki qurğulara, su bəndlərinə nüvə, yaxud adi silahlarla zərbələrin endirilməsi) təsiri, eləcə də ti­kin­tidə və layihələn­mədə yol verilən səhvlər nəticəsində baş verir.
Hidrotexniki qəzaların fəsadlarına aşağıdakılar aiddir:
- su qovşaqlarının zərər çəkməsi və ya dağılması və onla­rın qı­­sa, yaxud uzun müddət öz funksiyalarını yerinə yetirə bil­mə­məsi;
- 2–12 metr hündürlüyündə olan hidrotexniki qurğuların da­ğıl­ması nəticəsində 3–25 km/saat (dağlıq rayonlarda 100 km/saata qədər ola bilər) sürətli ilə hərəkət edən su dalğasının ətrafa ya­yıl­ması ilə insanların zərər çəkməsi və dağıntıların olması;
- geniş ərazinin 0,5–10 m və daha çox hündürlükdə su al­tın­da qalması ilə fəlakətli subasma.
Bu hadisələr təsərrüfata böyük ziyan vurmaqla yanaşı, insan hə­yatına təhlükə yaradır. Yaşayış, sənaye, ictimai bina və tikili­lə­rin, nəqliyyat kommunikasiyalarının ani qəflətən uçması, binanın tam, yaxud hissə-hissə dağılması – binanın layihələn­dirilməsi za­ma­nı yol verilən səhvlər, tikinti işləri aparılan zaman layihədən kə­naraçıxmalar, montaj qaydalarının pozul­ma­sı, binada işlər ta­mam­­lanmamış istismara verilməsi, istismar qaydalarının pozul­ma­sı, eləcə də təbii və texnogen fəlakətlər nəticəsində yaranan föv­qə­la­də vəziyyətdir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə