MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Nüvə zədələnmə ocağı və onun zədələyici amillərinin qısa xarakteristikası



Yüklə 4,5 Mb.
səhifə15/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   11   12   13   14   15   16   17   18   ...   78
mülki müdafiə

Nüvə zədələnmə ocağı və onun zədələyici amillərinin qısa xarakteristikası
Nüvə silahı-digər kütləvi qırğın silahlarına görə güclü zədələmə xassəsinə malikdir. Nüvə silahının partlama gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalent-partlayış enerjisi bu nüvə sürsatının partlaması nəticəsində alınan enerjiyə bərabər (ekvivalent) adi partlayıcı maddənin (trotilin) tonla miqdarına deyilir.
Nüvə partlayışı ener­ji­si­nin təqribən 50% – zərbə dalğasının, 35% – işıq şua­lan­ma­sının, 10% – ərazinin radioaktiv zəhərlənməsinin, 4% – nüfuz­edici ra­dia­si­yanın və 1% – elektromaqnit impulsunun yaranma­sına sərf olu­nur (şəkil).



Şəkil



Zərbə dalğası. Nüvə partlayışının ilk anından sonra havada kürəşəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş kürə daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır. Bunun nəticəsində kürəni əhatə edən hava sərhədində təzyiqin və temperaturun kəskin fərqi əmələ gəlir. Partlayış məhsulları məhdudlaşmış kürə səthindən sürətlə ətrafa yayılmağa başlayır və nəticədə, havada zərbə dalğası yaranır.
Zər­bə dalğası – partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk sıxılmış hava qatından ibarətdir. Zərbə dalğa­sı­nın zə­də­ləyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həd­dindəki izafi təzyiq, dalğanın sürət təz­yiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bə­­rabərdir. İzafi təzyiq hər kv. sm. kq. qüvvə ilə ifadə olunur və kPa-la (kilopaskalla) ölçülür.
Zərbə dalğası nəticəsində binalar, qurğular, tikililər dağılır, insanlar isə müxtəlif dərəcəli zədələr alırlar. İzafi təzyiqin miqda­rından asılı olaraq zədələr aşağıdakı növlərə bölünür:
– yüngül zədələnmə – izafi təzyiq 20 – 40 kPa-a bərabər ol­duq­da baş verir. Bu zaman yüngül kontuziya, qol və qıç na­hi­yə­lə­ri­nin burxulması və eşitmə qabiliyyətinin müvəqqəti itirilməsi baş ve­rir;
– orta zədələnmə – izafi təzyiq 40 – 60 kPa-a bərabər ol­duq­da baş verir. Belə hallarda bədənin ümumi kontuziyası, qol və qıç nahiyələrinin bərk burxulması, burun və qulaqlarda qanaxma baş verir;
– ağır zədələnmə – izafi təzyiq 60 – 100 kPa-a bərabər ol­duq­da baş verir. Bu zaman qol və qıç nahiyələrinin sınması, daxili or­qanların zədələnməsi, burun və qulaqlarda şiddətli qanaxma baş verir;
– ən ağır zədələnmə – izafi təzyiq 100 kPa-dan yüksək ol­duq­da baş verir. Bu zaman sümüklərin sınması, daxili orqanların dağılması, daxili qanaxma və beyin silkələnməsi baş verir və ölümlə nəticələnir.
Zərbə dalğasının zədələyici təsiri partlayışın gücündən, nö­vün­dən, partlayış mərkəzindən olan məsafədən və yerin relye­fin­dən asılı olur. 20 kilotonluq nüvə partlayışı zamanı zərbə dal­ğası 1km məsafəyə 2 saniyə, 2 km məsafəyə 5 saniyə, 3 km məsafəyə 8 saniyə ərzində çatır. Zərbə dalğasından ən etibarlı mühafizə üsu­lu mühafizə qurğularında yerləşməkdir, həmçinin xən­dəklər­dən, yeraltı zirzəmilərdən və yerin relyefindən də müəy­yən qədər isti­fadə etmək mümkündür.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə