MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


MÜHAZİRƏ 5 Zəhərləyici və güclü tə'sirli zəhərli maddələr. (Kimyəvi silah)



Yüklə 4,5 Mb.
səhifə20/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   16   17   18   19   20   21   22   23   ...   78
mülki müdafiə

MÜHAZİRƏ 5
Zəhərləyici və güclü tə'sirli zəhərli maddələr. (Kimyəvi silah)
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın esasını zəhərləyici maddələr (ZM) təskil edir.
Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardır:
– maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək im­kanı: ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir;
– geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müd­dət saxlamaq qabiliyyəti;
– zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır ol­ması; – istehsalın nisbətən ucuz başa gəlməsi. Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsirinin xarakterinə görə (tok­si­ko­loji təsnifatı), döyüş təyinatına və ərazidə zəhərlən­mənin da­vam­lığına ­görə (taktiki təsnifatı) qruplara ayrılır.
Zədələyici xüsusiyyətlərinə görə ZM digər döyüş vasitə­lə­rin­dən fərqlənir. Onlar hava ilə müxtəlif tikililərə, zirehli tex­ni­ka­ya və digər döyüş texnikasına daxil olur və insanlara zə­dələyici təsir göstərir; ZM havada, ərazidə və müxtəlif obyekt­lərdə uzun müddət öz zəhərləyici təsirini saxlaya bilir; böyük həc­mli hava kütlələri iri sahələrə yayılaraq onların təsir sa­hə­sin­də olan bütün mühafizə olunmayan insanlara zədələyici təsir gös­tərir; ZM bu­xar­ları külək istiqamətində kimyəvi silahın bi­la­va­sitə tətbiq edil­diyi sahədən çox uzaq məsafələrə yayılır. Kimyəvi silahı tətbiq etdikdə ZM döyüş vəziyyətinə gətirilir( buxar, aero­zol, damcı).
Hava yoluxması havanın vahid həcminə düşən ZM-in miq­da­rı ilə xarakterizə olunur. ZM-in zədələyici toksiki dozası in­san orqanizmində müəyyən zədələnmə törədir.
Kimyəvi silahlar aşağıdakı xüsusiyyətlərinə görə təsnif ol­u­nur:
a) taktiki təyinatına görə;
b) təsir sürətinə görə;
c) təsir müddətinə görə;
d) tətbiq vasitələrinə görə;
e) insan orqanizminə təsir xarakterinə görə.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə