Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 12 Avadanlıqlarda hermetikliyin təmini



Yüklə 2,28 Mb.
səhifə34/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   42
Sənaye təhlukəsizliyi

Mühazirə 12
Avadanlıqlarda hermetikliyin təmini

Hermetiklik maşın və avadanlıqların gövdələrinin, onların elementlərinin, birləşmələrinin maye və qaz sızmala­rına qarşı müqavimət göstərmək qabiliyyətini xarakterizə edir. Bu sızmalar avadanlıqların materialında olan qüsurları və hissələrin birləşmə yerlərində kipliyin pozulması zamanı müşahidə olunur.


Hermetikliyin pozulması qapalı həcm daxilindən maye və ya qazın ətraf mühitə axmasına və bir çox təhlükəli halların törəməsinə şərait yaradır.
Avadanlıqların hermetikliyi, vahid zamanda, qapalı tutumdan sızan mayenin, buxarın yaxud qazın miqdarı ilə təyin edilir. Təcrübi olaraq, hermetiklik dərəcəsi qapalı tutumdakı başlanğıc və son təzyiqlər fərqinin vahid zamana düşən qiyməti ilə ifadə edilir.
Normativ sənədlərə əsasən hermetiklik dərəcəsinin göstəricisi olan təzyiq düşküsü qapalı tutum üçün aşağıdakı düsturla hesablanır:

P= (12.1)


burada ∆P – sınaq təzyiqinə nəzərən təzyiq düşküsü, faizlə;


Pb Ps – sınağın başlanğıc və son təzyiqi;
TbTs – sınağın başlanğıc və son temperaturu;
t – sınaq müddətidir.

İki səthin toxunduğu birləşmə yerindən sızan maye və qazın sərfi bir neçə faktorun birgə təsirindən asılıdır. Bunlardan aşağıdakıları göstərə bilərik:


1. Toxunan hissələrin hazırlandığı materialdan və onların keyfiyyətindən; hissələrin hazırlanma dəqiqliyi artdıqca, onların arasından sızan maye və qazın miqdarı da azalır;
2. Hissələrin toxunma sahəsindən; toxunma sahəsi artdıqca sızma azalır.
3. Kipləşdiricilərlə ayrılan mühitlərin təzyiqlər fərqindən; qab daxilində təzyiq artdıqca sızma təhlükəsi artır və bunun texniki həlli mürəkkəbləşir. Lakin, bəzi kipləşdirici konstruksi­yalar mövcuddur ki, onlar qab daxilində təzyiq artdıqca kipləşdiricini yumşaq araqatına sıxır və bunun nəticəsində də ara məsafəsi azalır, sızma kəsilir. Belə hissələr özükipləşdirən adlandırılır.
4. Aparatın daxilində yerləşən maddənin xassəsindən; başlıca olaraq mayenin özlülüyündən. Belə ki, eyni aralıq məsafəsindən yüksək özlü maye az sızacaqdır.
5. Toxunan səthlərin hidrofil və hidrofob olmasından; isladılmanın sızmaya təsiri aparat daxilində olan hətta az təzyiqdə belə görünür. Toxunan səthlərin isladılması oradan suyun sızması üçün böyük təzyiq tələb edir. Ağ neft isə, əksinə, metalı islatma qabiliyyətinə malik olub aralıqlardan asan sızır. Buna görə də, ondan qabların təhlükəli hissələrinin hermetikliyini yoxlamaq üçün istifadə edirlər.
6. Birləşmə hissələrinin yağlayıcı-kipləşdiricilərlə təmin olunmasından. Hissələrin yağlanması islanmanı pisləşdirir, avadanlığın kipliyini artırır. Lakin, istifadə edilən yağ mühitdə həll olmamalı və onunla kimyəvi reaksiyaya girməməlidir.
7. Mühitin temperaturundan; temperaturun dəyişməsi birləşən hissələrin xətti ölçülərinin dəyişməsinə səbəb olur. Buna görə də, məsuliyyətli yerlərdə (məsələn qoruyucu klapanların siyirtmələrində) kipləşdirici həlqələr işçi tempera­tur şəraitində oturdulur.
8. Siyirtmənin konstruksiyasından və toxunan hissələrin bir-birinə möhkəm sıxılmasından.
Ayrı-ayrı hissələr arasındakı birləşmələr hərəkətli və hərəkətsiz ola bilər. Hərəkətsiz birləşmələr sökülən və sökülə bilməyən olur. Qaynaq vasitəsilə birləşdirilən hissələr avadan­lı­ğın hermetikliyini yaxşı təmin edir. Lakin, qaynaqdan avadanlığın xüsusiyyətindən və texnoloji prosesin xarakterin­dən asılı olaraq, hər yerdə istifadə etmək mümkün deyil. Belə hallarda, fləns və ya yiv birləşmələrindən istifadə edilir.
Sökülməyən birləşmələrin hermetikliyinə qaynaq, lehim, döymə ilə və həmçinin xüsusi sement və kauçukdan hazırlanmış kipləşdirici materialın tətbiqi vasitəsilə nail olmaq mümkündür.
Söküləbilən birləşmələrin hermetikliyini təmin etmək üçün araqatlıaraqatsız kipləşdiricilərdən istifadə olunur.
Söküləbilən araqatsız kipləşdiricinin iş prinsipi səthlər arasında yaranan elastiki deformasiya (bəzən qalıq deformasi­yasına) hesabına yaranır. Belə səthlərin cilalanması və xüsusi formada olması lazımdır. Araqatlı kipliyin təmin olunmasında araqatı materialında plastik deformasiya yaradılır. Burada hermetiklik araqatının sıxılma dərəcəsindən asılıdır. Bu növ kipliyin hesabatında, əsasən, araqatı materialını sıxan qüvvənin təyini əsas götürülür. Bu qüvvə elə olmalıdır ki, araqatı əzilərək bütün kələkötürlükləri tutsun və sızmaya qarşı əks təsir yarada bilsin.
Araqatı materialının iş şəraitinə uyğun seçilməsinin əhəmiyyəti böyükdür. Araqatı metal (mis, qurğuşun, alümi­nium, polad, və s.) və qeyri metal (karton, paronit, fibra, rezin. plastmas və s.) materiallardan hazırlanır. Araqatı ucuz və asan əldə edilən materialdan olmaqla bərabər, kifayət qədər möhkəm və elastik olmalı, iş şəraitində öz fiziki xassələrini uzun müddət qoruyub saxlaya bilməlidir. O, kifayət qədər elastik olmalıdır. Bu materialın kiçik yük təsirindən deformasiya edərək hermetiklik yaratmasını təmin edir. Lakin, bu elastiklik o dərəcədə olmalıdır ki, o yük təsiri altında aralıqlardan pırtlayıb kənara çıxmasın. Kipləşdirilən sahələrdə onların yeri dəyişdikdə material öz əvvəlki hermetikləşdirmə xassəsini saxlaya bilsin.
Söküləbilən birləşmələrdən ən geniş yayılanı universal fləns birləşməsidir. 26,5 MPa-a qədər təzyiq altında işləyən aparat və borularda hamar səthli və oyuqlu flənslərdən istifadə edilir. Avadanlığın daxilində yüksək təzyiq və yaxud zəhərli və tezalovlanan maddələr olarsa, birləşən flənslərin həlqəvi çıxıntısı və buna uyğun həlqəvi qanovu olmalıdır.
Azsökülən hissələr üçün yiv birləşmələrindən istifadə edilir. Onların hermetikliyini artırmaq üçün yağlanmış və rəngli boya hopdurulmuş dolaqlardan istifadə edilir. Yivli birləşmələr az təzyiqli su, buxar, zəhərli və partlayış təhlükəsi olmayan maddələrin nəqli üçün istifadə edilən boru kəmərlərində tətbiq edilir.
İrəli-geri və fırlanma hərəkətlərində ştok və valların kipləşdirilməsi üçün müxtəlif konstruksiyalar tətbiq edilir. Konstruksiyalar üçün ciddi və bəzən bir-birinə zidd tələbatlar qoyulur. Hərəkət zamanı sürtünməni dəf etmək üçün az enerji sərf olunmalıdır. Hermetikliyin azalmaması üçün sürtünən səthlərin yeyilməsi minimum olmalıdır. Hermetikliyin tez-tez azalması təmirarası müddətin müvafiq azalmasına səbəb olur.
Ən geniş yayılmış kipləşdirici kontakt kipləşdiricilərdir. Bunlarda, hermetiklik kipləşdirilən səthlərin sıxılması nəticə­sin­də əldə edilir. Neftçıxarma və neft emalı sənayesində kipgəc və ucbauc kipləşdiricilərdən istifadə edilir.
Aparat və maşınların hərəkət edən hissələrində hermetik­liyi təmin etmək üçün bu hissələri diafraqma və ya xüsusi mayelər vasitəsilə işçi mühitdən izolə edirlər.
Kontaktsız kipləşdiricilər şərti hermetiklik yaradan qurğularda da geniş istifadə edilir. Bu kontaktsız kipləşdiricilər qurğularda elə yerləşdirilir ki, hermetik olmayan hissələrdən maye yenidən maye yerləşən tutuma qayıdır. Kontaktsız kipləşdiricilərin bir çox növü vardır. Bunlardan az özlülü maye və qazların vurulmasında labirint kipləşdiricilərindən istifadə edilir. Bu tip kipləşdiricilərdə valın fırlanma sürəti artdıqca, əks təsir təzyiqi bir o qədər çox olur və bunun müqabilində də maddə itkisi azalır. Lakin, hərəkət kəsilən kimi maddə itkisi artır


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə