MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri


Sulfat turşusu tullantılarının bituma emalı



Yüklə 1,27 Mb.
səhifə70/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
1   ...   64   65   66   67   68   69   70   71   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)

1.3. Sulfat turşusu tullantılarının bituma emalı
Sulfat turşusu tullantılarının üzvi mühitdə parçalanması prosesinin tədqiqi bitum və sulfit anhidridinin alınması prosesini işləyib hazırlamağa imkan verdi. Qızdırılan birbaşa qovma qudronu ilə kontaktlaşması zamanı sulfat turşusu 5-10 dəqiqə ərzində tamamilə parçalanır, qarışığın üzvi hissəsi isə bituma qədər oksidləşir. Reaksiya qarışığının 200-300°C temperaturunda sulfat turşusunun çevrilmə dərinliyi sabit qalır. Qarışığın temperaturunun artması ilə bitumlu köpük 15-20 saniyədən sonra çökür. Məhsulların keyfiyyəti, texnoloji rejim, prosesin konstruktiv tərtibatı turş və birbaşa qovma qudron qarışığının üzvi kütləsinin sulfat turşusunun miqdarına nisbətindən xeyli dərəcədə asılıdır. Bu nisbətin artırılması:
1) Sulfat turşusunun çevrilmə dərinliyini artırır;
2) Maye məhsulda kükürdün miqdarını azaldır;
3) Neytral üzvi kütlənin - qazan yanacağının, yarım bitumun və ya bitumun çıxımını artırarkən kükürd dioksidin, aşağı temperaturda qaynayan fraksiyaların və karbohidrogen qazlarının çıxımını azaltmağa kömək edir.
Sulfat turşusu tullantılarının emalı texnologiyası təklif edilir ki, bu texnologiya asfaltenlərin bitumda həll edilməsi mərhələsini istisna edir və əmtəə bitumunun əldə edilməsi prosesini mövcud istehsalla birləşdirir. Sulfat turşusu tullantılarından bitumun istehsalı prosesinin texnoloji sxemı şəkil 1.- də göstərilmişdir. Sulfat turşusu tullantılarının emalı prosesi onların birbaça qovma qudronuna fasiləsiz qarışdırılması ilə həyata keçirilir.

Şəkil 1. Sulfat turşusu tullantılarından bitumun istehsalı


prosesinin texnoloji sxemı:
1 - qarışdırıcı; 2 - dişli nasos; 3 - kub; 4 - odluq; 5 –
parçalayıcı; 6 - kondensator-soyuducu; 7 - separator;
8 - absorber. Axınlar: I – yanacaq qazı; II - baca
qazları; III - bitum; IV - işlənmiş qazlar.
Bu proses qarışığın tərkibindəki üzvi kütlənin sulfat turşusuna nisbətinin 20-40 həddində saxlanmasını təmin edən şəraitdə, birbaşa qovma qudronunun 200-250°C temperaturda və 3-5 dəqiqə kontakt müddətində aparılır. Sulfat turşusu tullantılarının birbaşa qovma qudronu ilə kontaktlaşdırılması boruşəkilli reaktor- qarışdırıcıda həyata keçirilir. Reaktordan 195-245°C temperaturla çıxan reaksiya qarışığı buxarlandırı aparata daxil olur, burada qaz-bitum köpüyü dağıdılır, maye və qaz fazaları ayrılırlar. Buxarlandırıcıdan çıxan yarımbitum bitum qurğusuna verilir. Reaksiya suyunun sulfit anhidridindən ayrılması separatorlarda aparılır. Sonrakı emal üçün sulfit anhidridi qurudulur və karbohidrogen qazlarından təmizlənir. Yuxarıda nəzərdən keçirilən üsul tərkibində yüksək üzvi birləşmələr olan sulfat turşusu tullantılarını emal etməyə imkan verir, lakin eyni zamanda bu emal prosesində birbaşa qovma fraksiyası 15-40 dəfə çox istifadə edilir ki, bu da karbohidrogen reduksiyaedicilərinin qızdırılmasına lazım olan enerji xərclərini artırır və prosesin texniki-iqtisadi göstəricilərini pisləşdirir. Bu baxımdan, turş qudronların 160-190°C temperaturda 4-5 saat ərzində havanın iştirakı ilə oksidləşməsi üsulu maraq doğurur. Oksidləşmədən əvvəl turş qudron qələvinin sulu məhlulu ilə neytrallaşdırılır, sonra 100-130°C temperaturda su distillə yolu ilə ayrılır. Alınan bitum əsas göstəricilərinə görə tikinti və yol bitumlarına yaxındır. Bitumun çıxışı 72%-ə çatır.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə