MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri


Alkil benzin və ditolilmetanın istehsalında alınan işlənmiş sulfat turşusunun utilizasiyası üçün texnoloji proseslər və qurğular



Yüklə 1,27 Mb.
səhifə72/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
1   ...   64   65   66   67   68   69   70   71   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)

Alkil benzin və ditolilmetanın istehsalında alınan işlənmiş sulfat turşusunun utilizasiyası üçün texnoloji proseslər və qurğular.

İşlənmiş sulfat turşusunun termik parçalanma üsulu ilə emalı üçün xammalın xüsusi hazırlanması tələb olunmur. İşlənmiş sulfat turşusunun parçalanma qurğusunun texnoloji sxemi şəkil 2.-də göstərilmişdir. Bu qurğuya tərkibində 83-85% H2SO4, 8-10%-ə qədər üzvi qatışıqlar və 3-5% nəmlik olan işlənmiş sulfat turşusu verilir. Müəyyən miqdarda hidrogen sulfid ilə birlikdə, o xüsusi forsunka vasitəsilə ardıcıl olaraq iki aparata verilir – 1 yandırma sobası və 2 son yandırma sobasına, burada 950-1000°C temperaturda aşağıdakı proseslər baş verir:






Soba qazı 4-8 qurutma-yuma şöbəsinə göndərilir, burada soyudulur, yuyucu qüllələrdə mexaniki qatışıqlardan yuyulur, elektrofiltrlərdə duman şəkilli turşudan təmizlənir, ardıcıl olaraq iki qurutma qüllələrində kuporos yağı (qatı sulfat turşusu) ilə qurudulur. 9 separatorunda turşunu ayırdıqdan sonra qaz 10 turboüfləyiciyə daxil olur, bundan sonra 11 yağ ayırıcıda sıxılmış yağ damcılarından və sulfat turşusunun qalıq damcılarından azad edilərək 13 kontakt aparatının 12 xarici istidəyişdiricisinə verilir. Kontakt aparatından çıxan sulfat anhidridinin istilihi hesabına qızan sulfit anhidridi kontakt aparatının daxili istilik dəyişdiricilərindən keçərək 430–440°C temperaturla kontakt kütləsinin 1-ci, 2-ci, 3-cü (4-cü) təbəqələrinə daxil olur, burada SO2 -nin SO3-ə oksidləşməsi prosesi gedir. Kontakt bölməsindən çıxan sulfat anhidridi udulmaq üçün ardıcıl olaraq turşu ilə suvarılan 14 oleum və 15 monohidrat absorberlərinə daxil olur, tərkibində az miqdarda SO2 və SO3 olan qaz qalıqları 16 quru absorberini keçərək atmosferə atılır. Parçalayıcı sobalarda yanma kamerasında lazımi temperaturu saxlamaq üçün az miqdarda hidrogen sulfidlə birlikdə işlənmiş sulfat turşusu yandırılır. 1 ton təzə sulfat turşusu almaq üçün lazım olan işlənmiş sulfat turşusunun xüsusi sərfi 650-700 kq, qalan hissəsi hidrogen sulfiddir. İşlənmiş sulfat turşusundan 94-98% -li sulfat turşusu, ammonium fosfat, sadə superfosfat istehsal etmək üçün istifadə olunur. Təmizlənmiş sulfat turşusunun alkilləşmə prosesinə qaytarılması istiqamətində işlər aparılır. Bu üsul, Poulinq aparatlarında nitrat turşusunun iştirakı ilə işlənmiş turşunun buxarlanması və üzvi qatışıqların oksidləşməsi ilə ayrılması proseslərinə əsaslanır. İşlənmiş sulfat turşusunun tərkibindəki üzvi qatışıqların müxtəlif üzvi həlledicilərlə çıxarılması yolu ilə regenerasiyası istiqamətində də tədqiqatlar aparılır.


Şəkil 2. İşlənmiş sulfat turşusunun parçalama qurğusunun texnoloji sxemi
1 – H2S-in yandırılması və işlənmiş sulfat turşusunun parçalanması üçün soba; 2 – H2S-in yandırılması və işlənmiş sulfat turşusunun parçalanması üçün son yandırma sobası; 3 – soba şöbəsinin istidəyişdiricisi; 4 – birinci yuma hamamı; 5 – ikinci yuma hamamı; 6 – elektrofiltr; 7 – birinci quruducu qüllə; 8 – ikinci quruducu qüllə; 9 – separator; 10 – turboqazüfürücü; 11 – sıçrama-yağ ayırıcı; 12 – xarici istidəyişdirici; 13 – kontakt aparatı; 14 – oleum absorberi; 15 – monohidrat absorberi; 16 – quru absorber; I – işlənmiş sulfat turşusu; II – oksigen; III – H2S; IV – işlənmiş qazlar; V – oleum; VI – sulfat turşusu.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə