MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri


Müxtəlif proseslərdən alınan turş qudronların tərkibi



Yüklə 1,27 Mb.
səhifə68/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
1   ...   64   65   66   67   68   69   70   71   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)

Müxtəlif proseslərdən alınan turş qudronların tərkibi

Tullantıların alındığı proseslər

Tərkibi, küt. %, turş qudrona görə

H2SO4

Üzvi kütlə

Su

Sürkü yağlarının (yağlı distillatlar) sulfat turşusu ilə təmizlənməsi

32–49

49–60

2–8


Sulfonatlı aşqarların istehsalı

18

Əlaqəli yağ
Sərbəst yağ

37
2,4

Keroson-qazoyl fraksi-yasının sulfolaşdırılması

4–20

86–97

izi


Sulfat turşusu vasitəsilə parafinlərin təmizlənməsi

78–85

8–16




Qərbi Sibir və Şərqi Sibir neftlərindən alınan yağların sulfonlaşdırılması zamanı əmələ gələn, 350-500°C temperatur hədlərində qaynayan turş qudron 50%-dən çox səthi aktiv maddələrdən, 8-16% sulfat turşusundan, 14-17% neytral yağlardan, sıxlaşma və qətranlaşma məhsullarından ibarət olur. Bu maddələrin molekul çəkiləri orta hesabla 590-dır ki, bu da yağda həll olunan (monosulfatlaşdırılmış) məhsulların molekula çəkisindən xeyli yüksəkdir. Güman edilir ki, turş qudronlarda polisulfoturşular, əsasən də trisulfoturşular vardır.
Yağların təmizlənməsi zamanı əmələ gələn turş qudronlarda əhəmiyyətli miqdarda karbon olur ki, bu da onların utilizasiya üsularının seçilməsi zamanı həlledici amil olur. Bundan əlavə, turş qudronların elementar tərkibinin təhlili göstərir ki, onlarda kükürdün miqdarı 31 küt. % -ə çatır, buna görə kükürd tərkibli xammallardan daha səmərəli istifadə etmək məqsədilə belə tullantıların regenerasiyası lazımdır. Kükürd turşusu tullantılarının mühüm xassəsi saxlama zamanı onların fiziki-kimyəvi xassələrinin dəyişməsi və bu xassələrin dəyişməsinə müxtəlif parametrlərin (temperatur, əlavələr və s.) təsiridir. Turş qudronların saxlanması zamanı yüksək reaksiya qabiliyyətinə görə onların kimyəvi tərkibi və xassələri xeyli dəyişir. Xüsusən də hava ilə təmasda olduqda turş qudronların neft məhsullarında həllolma qabiliyyəti əhəmiyyətli dərəcədə pisləşir, onların reoloji xassələri dəyişir, havanın rütubətini sulfat turşusu ilə udması hesabına tərkibində olan suyun miqdarı artır. Parafinlərin istehsalı zamanı alınan turş qudronların uzun müddət saxlanması zamanı onların üzvi kütləsi işığın və atmosfer oksigeninin təsiri altında sıxılır. Turş qudronun tərkibində sulfat turşusu 50 küt. %-dən az olduqda onun özlülüyü əhəmiyyətli dərəcədə artır və onun boru kəmərləri vasitəsilə emal prosesinə verilməsi çətinləşir. Turş qudronlar bituma və sulfat turşusuna emal olunan (Pareks qurğusunda) sulfit anhidridinin, korroziya inhibitorlarının alınması üçün, koks, əlif yağı alinmasında xammal kimi, həmçinin də yanacaq kimi (mazutun komponenti kimi) istifadə edilə bilər.
Hal-hazırkı dövrdə geniş diapazonlu xassələrə malik olan sulfat turşusu tullantılarının emalı üçün məlum olan utilizasiya üsullarından ən effektiv və məqbul hesab olunanı termik parçalanma üsuludur. Turş qudronların bütün parçalanma proseslərinin əsasını reduksiyaedicilərin iştirakı ilə termiki emal və sonra da əmələ gələn sulfid anhidridinin məqsədli məhsulların alınması prosesində istifadə edilməsidir. Reduksiyaedici maddə kimi kükürd turşusu tullantılarında mövcud olan üzvi maddələrdən istifadə olunur, lakin prosesi yaxşılaşdırmaq üçün onlara qazşəkilli yanacaq, koks və yüksək temperaturda qaynayan neft fraksiyaları əlavə olunur. Termik parçalanma prosesi aşağıdakı reaksiyalara əsaslanır: turşunun dehidrasiyası, sulfat anhidrinin sulfit anhidridinə reduksiyası və qatışıqların üzvi hissəsinin tərkibində olan karbohidrogenlərin oksidləşməsi. Bu üç reaksiyanın cəmi tənliyini aşağıdakı kimidir:
H2SO4 + CnHm + (n + 0,25m – 0,5)O2
SO2 + nCO2 + (0,5m + 1)H2O
Sulfat turşusu və üzvi kütlənin tərkibində olan kükürd aşağı temperaturlu parçalanma məhsulları arasında paylanır. Onun çox hissəsi sulfit anhidridinə ( SO2) çevrilir, ona görə də qaz halında olan məhsulların tərkibində sulfit anhidridinin qatılığı yüksək olur və ondan sulfat turşusu, oleum və ya elementar kükürd istehsalında istifadə olunur. Bundan əlavə, sulfolaşma reaksiyaları, sulfobirləşmələrin parçalanması, oksidləşməsi və sıxlaşması baş verir, nəticədə ilkin reaksiya qarışığı neytral üzvi qalığa, suya və qaz halında maddəyə çevrilir. Bu zaman kükürdün bir hissəsi neytral kükürdüzvi birləşmələr şəklində üzvi qalıqda qatılaşır. Sulfat turşulu məhsullarının termiki parçalanması arzuolunmaz proseslərlə müşayiət olunur:
1) kükürd oksidlərini həll edən əhəmiyyətli miqdarda su əmələ gəlir;
2) sulfit anhidridini çirkləndirən aşağı molekullu karbohidrogenlər alınır;
3) təmizləyici qurğulara qoyulan kapital qoyuluşu və bütövlükdə qurğunun istismar xərcləri artır;
4) ilkin xammalın sürətlə qızdırılması ilə intensiv qaz ayrılması baş verir, bunun nəticəsində köpük əmələ gəlir və qarışığın özlülüyü artır.
Bu proseslər SO2, CO2 və su buxarının ayrılmasına mane olur və bununla da prosesin aparılmasını çətinləşdirir. Aşağıtemperaturlu parçalanma prosesinin texnoloji tərtibatının bir sıra variantları məlumdur, onları iki qrupa bölmək olar: maye və bərk daşıyıcıların iştirakı ilə. Öz növbəsində, bərk daşıyıcıların iştirakı ilə ararılan proseslər də texnoloji tərtibatlarına görə fərqlənirlər.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə