MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri



Yüklə 1,27 Mb.
səhifə2/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
1   2   3   4   5   6   7   8   9   ...   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)

    Bu səhifədəki naviqasiya:
  • Bərk;
Tullantılar insanların istehsal və qeyri-istehsal fəaliyyəti nəticəsində yan məhsul kimi əmələ gələn, yararsız və ya istənilməyən maddələr olur ki, onların da, utilizasiyaya, emala və ya basdırılmaya ehtiyacı olur. İstehsal tullantıları və istehlak tullantıları - istehsal, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi və ya istehlak proseslərində əmələ gələn, kənar edilən, çıxarılması nəzərdə tutulan və ya Dövlət standartlarına uyğun olaraq çıxarılmalı olan maddələr və ya obyektlər. Tullantıların növü - tullantıların təsnifat sisteminə uyğun gələn ümumi xüsusiyyətlərə malik olan tullantıların məcmusudur.
Tullantılar müxtəlif meyarlara görə təsnif edilə bilər: aqreqat halına görə, mənşəyinə görə, təkrar istifadə imkanlarına görə, ətraf təbii mühitə təhlükəlilik sinfinə görə və s. Aqreqasiya vəziyyətinə və fiziki formasına görə tullantıların aşağıdakı növləri mövcuddur:
yanacaq mayeləri
➢ qırıntılar
➢ bloklar
Mənşəyinə görə tullantılar:
➢ xammalın emalı nəticəsində yaranan üzvi qalıqlar;
➢ minerallar və filizlərin tullantıları;
➢ kimya sənayesi tullantıları;
➢ tikinti tullantıları;
➢ məişət zibilləri və təsərrufat tullantıları.
Təkrar istifadə imkanlarına görə:
➢ təkrar xammal kimi istifadə olunan;
➢ geri qaytarıla bilən - başqa məqsəd üçün istifadə edilə bilər;
➢ geri qaytarıla bilməyən - məhv edilməli və ya basdırılmalı tullantılar.
Təhlükəlilik sinfinə görə (insanlar və ətraf mühit üçün):
➢ I sinif - son dərəcə təhlükəli tullantılar;
➢ II sinif - yüksək təhlükəli tullantılar;
➢ III sinif - orta dərəcədə təhlükəli tullantılar;
➢ Sinif IV - az təhlükəli tullantılar;
➢ Sinif V - praktiki olaraq təhlükəli olmayan tullantılar.
Tullantıların təbii mühit üçün təhlükə səviyyəsinə görə sistemləşdirilməsi ən vacib təsnifat hesab olunur. Müəyyən edilmiş sinifdən asılı olaraq tullantıların toplanması, saxlanması, daşınması və utilizasiyası üçün ən uyğun üsullar müəyyən edilir. Tullantıların tərkibində təbii mühitə və insan sağlamlığına bilavasitə və ya potensial təhlükə yaradan təhlükəli xassələrə (toksiklik, partlayıcılıq, yanğın təhlükəsi, yüksək reaktivlik) malik zərərli maddələr və ya yoluxucu xəstəliklərin patogenləri ola bilər. Belə tullantılarla işləmək üçün xüsusi tələblər vardır. Müxtəlif növ işlərin və xidmətlərin görülməsi prosesində əmələ gələn istehsal və istehlak tullantıları ətraf mühit və insanlar üçün təhlükə dərəcəsinə görə fərqlənirlər. Tullantılar əmələ gələn müəssisə, Dövlət tərəfindən qəbul edilmiş prosedurlara uyğun olaraq, yaranan tullantıların bütün növlərini, kodunu və onların təhlükəlilik dərəcəsini təyin etməyə borcludur. Praktikada, tullantıları müəyyən bir təhlükəlilik sinfinə aid edərkən, yaranan tullantıları Tullantıların Təsnifat Kataloquna daxil edilmiş tullantılarla müqayisə etmək lazımdır.
Müasir texnologiyaların inkişafı çoxlu sayda müxtəlif təhlükəli tullantıların yaranmasına səbəb olur. Tullantıların təsnifatı tullantıları xüsusiyyətlərinə görə sistemləşdirməyə və hər bir növ üçün onlarla işləmə qaydalarını hazırlamağa imkan verir. Təsnifat tullantıların insanlara və təbiətə zərər vermədən təhlükəsiz şəkildə necə toplanması, saxlanması və daşınması, habelə onların düzgün şəkildə utilizasiyası yollarını müəyyənləşdirməyə kömək edir.
Azərbaycan dövlətinin qanunvericiliyinə uyğun olaraq, tullantılar meydana gəlmə mənbəyi, aqreqat halına və emal imkanları kimi meyarlara görə qruplara bölünür. Tullantılar həmçinin də, ekosistem üçün yaratdığı təhlükə səviyyəsinə görə də təsnif edilir. Tullantılar əsasən aşağıdakı mənbələrdən əmələ gəlir:
• Xammalın saxlanması üçün anbarlar;
• Material qalıqları əmələ gətirən istehsallar;
• Tikinti sahələri;
• Sınıq avadanlıqlar;
• Çəin utilizasiya olunan energetika və elektrotexnika tullantıları;
• İnsanların həyat fəaliyyətini təmin edən obyektlər.
Mənşəyindən asılı olmayaraq, bütün tullantılar onların ətraf mühitə təsirini maksimim dərəcədə azaltmaq, həmçinin virusların, infeksiyaların və digər patogenlərin yayılmasının qarşısını almaq üçün optimal sanitar şərait yaratmaq üçün təsnif edilir. Əmələ gəlmə mənbəyindən asılı olaraq tullantılar iki əsas qrupa bölünür: istehsal və istehlak tullantıları. Birincilər, yeni məhsulların hazırlanması üçün istifadə edilmiş və nədənsə öz xüsusiyyətlərini qismən və ya tamamilə itirmiş xammalların qalıqlarıdır. Bu cür materiallar təyinatı üzrə istifadə edilə bilməz və qanuni tələblərə uyğun olaraq utilizasiya edilməlidir. Sənaye istehsal tullantılarının əsas növləri aşağıdakılardır:

  • Mədən və şaxta tullantıları;

  • Kənd təsərrüfatı xammallarının qalıqları;

  • İstismar xüsusiyyətlərini itirmiş materiallar;

İstehlak tullantıları ilkin məhsulun istifadəsi və ya köhnəlməsi nəticəsində yaranır. Bu qrupa həmçinin bərk məişət tullantıları, o cümlədən də aşağıdakılar daxildir:

  • Metal;

  • Tekstil;

  • Plastik;

  • Şüşə;

  • Kağız;

  • Lampalar;

  • Elektronika;

  • Qida tullantıları.

İstehlak tullantılarının əksəriyyəti təkrar emala yararlı olur və təkrar istehsal üçün istifadə edilə bilir. Bununla belə, zibillər əsasən yandırılır və ya basdırılmaq və uzunmüddətli, təbii parçalanma üçün poliqonlara göndərilir.

Müxtəlif növ tullantıları sistemləşdirmək üçün Dövlət bütün tullantıların siyahısını, onların xüsusiyyətlərini və təhlükəlilik sinfini özündə əks etdirən Tullantıların Təsnifat Kataloqunu işləyib hazırlamışdır. Bu kataloqa görə, mənşə xüsusiyyətinə görə tullantıların aşağıdakı növləri vardır:

• Kimyəvi tullantılar. Kimya laboratoriyalarında və ya zavodlarda əldə edilmiş maddələr və ya maddələr kompleksi. Belə tullantılar insan sağlamlığına ziyan vura və ekoloji tarazlığı poza bilər. Ən çox yayılmış kimyəvi tullantılara civə, qələvi, turşular, həlledicilər, pestisidlər, yağlar və elektrolitlər aid edilir.

• Mineral tullantılar. Bu kateqoriyaya tərkibində minerallar olan, istifadə müddəti bitmiş və ya zədələnmiş məhsullar daxildir. Belə tullantılar adətən mədənçıxarma və şüşə sənayesindən, həmçinin gübrə və tikinti materiallarının istehsalından yaranır.

• Üzvi tullantılar. Bu, öz-özünə parçalana bilən və qida elementləri əmələ gətirə bilən zibillərdən ibarətdir. Bu kateqoriyaya xarab olan qidalar, həmçinin heyvan və insanların həyat fəaliyyəti tullantıları daxildir.

• Kommunal tullantılar. Bunlara istifadə zamanı xassələrini itirmiş istehlak və ya sənaye istehsal məhsullarının qalıqları aiddir. Bunlara misal olaraq qablaşdırma vasitələrini, mebel, avadanlıq və alətləri göstərmək olar. Kommunal tullantılar sənaye müəssisələrinin və insanların həyat fəaliyyəti zamanı yaranır.

Aqreqat vəziyyəti tullantıların təsnifatı üçün meyarlardan biridir ki, bu da onların saxlanması və daşınması üsullarını müəyyən etməyə kömək edir. Aqreqat halına görə tullantıların aşağıdakı növləri vardır:

1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə