MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri



Yüklə 1,27 Mb.
səhifə4/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
1   2   3   4   5   6   7   8   9   ...   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)

Üçüncü təhlükəlilik sinfinə aid olan tullantılar orta dərəcədə təhlükəli hesab olunur. Belə tullantılar onilliklər ərzində təbii şəkildə parçalana bilir. Orta dərəcədə təhlükəli tullantıların tam məhv edilməsi üçün orta müddət ən azı 10 ildir. Eyni zamanda, tullantılar parçalanma prosesində təbiəti çirkləndirir, atmosferə və torpağa zərərli maddələr buraxır. Tərkibində qurğuşun oksidləri (PbO, PbO2, Pb3O4), nikel xlorid, dördxlorlu karbon olan tullantılar orta dərəcədə təhlükəli tullantılardır. Üçüncü təhlükəlilik sinfinə həm də aşağıdakılar aiddir:

  • Neft email məhsulları;

  • Quşçuluq təsərrüfatlarının yağ qalıqları;

  • Ev hevanlarının peyinləri;

  • Sement qırıntıları və tozlar.

Üçüncü təhlükəlilik sinfinə aid tullantıların əmələ gəlmə mənbələri əsasən kənd təsərrüfatı və neft emalı müəssisələridir.
Dördüncü təhlükəlilik sinfinə aid olan tullantılar ətraf mühitə minimal zərər vuran və 3 il ərzində parçalana bilən az təhlükəli tullantılardan ibarətdir. Az təhlükəli tullantılara məruz qaldıqdan sonra təbiət öz-özünə bərpa oluna bilir. Dördüncü təhlükəlilik sinfinə aid olan tullantılara aşağıdakılar aiddir:

  • Mebel;

  • Təkərlər;

  • Parçalanmış bioloji zibil;

  • Şüşə;

  • Bitum;

  • Tikinti materialları.

Əksər hallarda az təhlükəli tullantılar təkrar emal oluna bilən tikinti və məişət tullantıları hesab olunur.
Son, beşinci təhlükəlilik sinfinə aid olan tullantılar - təhlükəsiz tullantılardır. Bunlar, ətraf mühitə və insanlara zərər verməyən, təkrar emal üçün də istifadə edilə bilən zibillərdir. Təhlükəli olmayan tullantılara aşağıdakılar aiddir:

  • Kağız məhsulları;

  • Karton qablaşdırma;

  • Yemək qalıqları;

  • Metal.

Beşinci təhlükəlilik sinfinə aid olan tullantıları nisbətən təhlükəsiz adlandırmaq olar, çünki onların poliqonlarda çox miqdarda yığılması da ətraf mühiti zəhərləyə və xəstəliklərin daşıyıcılarını cəlb edə bilər.
Tullantıların bu qruplara mənsubiyyəti, əgər maddələrin gigiyenik parametrləri məlum olarsa (məsələn, BBQH) sənaye tullantıları klassifikatoruna görə hesablama yolu ilə və eksperiment yolu ilə müəyyən edilir. Bütün siniflərə aid olan tullantılar bərk, maye, qaz, toz və pasta şəkilli ola bilər.
Bərk tullantılar: metallardan, ağacdan, kartondan, plastikdən, təmizləyici materiallardan, istifadə olunmuş filtr materiallarından, polimer boru kəsiklərindən, kabel məmulatlarından hazırlanmış köhnəlmiş qablar. Pasta şəkilli: şlamlar, qatranlar, istidəyişdirici tutumlarının təmizlənməsi zamanı filtr və çökdürücülərdən ayrılan çöküntülər.
Maye tullantılar: tərkibində üzvi və qeyri-üzvi maddələr olan, yüksək toksikliyinə görə bioloji təmizlənməyə qəbul edilməyən tullantı suları [1].
Toz (qaz) şəkilli tullantılar: tutumlu avadanlıqların tənəffüs borularından üfürülmələr, yağsızlaşdırma və məhsulun rənglənməsi proseslərindən ayrılan emissiyalar.
Kimyəvi möhkəmliyinə görə tullantılar fərqlənir: partlayıcı, öz-özünə alışan, zəhərli qazların ayrılması ilə parçalanan, möhkəm. Tullantılar suda həll olunan və ya həll olmayan ola bilər. Mənşəyinə görə: üzvi, qeyri-üzvi, qarışıq tullantılar.
Sənayecə inkişaf etmiş ölkələrdə ekoloji cəhətdən təmiz istehsal üsullarının həyata keçirilməsinə çəkilən xərclərin son məhsulun maya dəyərinə nəzərən payı 30 - 50% təşkil edir. Ölkəmizdə sənaye istehsalının iqtisadiyyatı hələ də təbii mühitin deqradasiyası nəticəsində yaranan itkiləri kifayət qədər nəzərə almır və ya məhsulun maya dəyəri təbiətin maya dəyəri nəzərə alınmadan müəyyən edilir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə