MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri



Yüklə 1,27 Mb.
səhifə3/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
1   2   3   4   5   6   7   8   9   ...   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)

Dənəvər;

  • Pasta şəkilli;

  • Gel şəkilli;

  • Qaz şəkilli.

    Bunlar tullantıların əsas aqreqat hallarıdır, lakin onların daha mürəkkəb aqreqat hallarına, məsələn, tozşəkilli və ya lifli hallarına da rast gəlinir. Aqreqat hallarına uyğun olaraq həm də tullantıların atılmasının optimal üsulu müəyyən edilir.











    MÜHAZİRƏ 2.

    Tullantıların təhlükəlilik sinifləri

    Tullantıların təsnifat kataloqunda mühüm meyar tullantıların təhlükə dərəcəsinə görə təsnifatıdır. Zibillərin ekosistemə zərərli təsir dərəcəsinə görə 5 təhlükəlilik sinfi müəyyən edilmişdir.


    Birinci təhlükəlilik sinfinə ekoloji tarazlığı pozan və insan sağlamlığı üçün böyük təhlükə yaradan son dərəcə yüksək (fövqəladə) təhlükəli tullantılar daxildir. Fövqəladə təhlükəli tullantılar öz-özünə bölünə bilmir, buna görə də parçalanmırlar və ətraf mühitə çox böyük ziyan vururlar. Tərkibində civə və onun birləşmələri, o cümlədən suleymani (HgCl2), kalium xromat və siyanid, sürmə birləşmələri, həmçinin də SbCl3 - üçxlorlu sürmə, benza-piren və s. olan tullantılar fövqəladə təhlükəli tullantılar hesab olunur. Birinci təhlükəlilik sinifinə, həmçinin də, tərkibində aşağıdakı maddələr olan tullantılar daxildir:

    • Civə;

    • Tallium;

    • Polonium;

    • Plutonium.

    Belə tullantıların mənbələri əsasən tibbi alətlər, cihazlar və lampalar, həmçinin transformatorlardır.
    İkinci təhlükəlilik sinfinə parçalanması ən azı 30 il çəkən yüksək təhlükəli tullantılar daxildir. Belə tullantılar birinci təhlükəlilik sinifindən daha az təhlükəlidir, lakin bunlar da ətraf mühit üçün çox təhlükə yaradır, flora və faunaya zərər vurur. Belə tullantılar, əsasən neft emalı, eləcə də kimya və nəqliyyat müəssisələrinin tullantılarıdır. Tərkibində mis xlorid olan, mis sulfat, mis oksalat, sürmə üç-oksidi, qurğuşun birləşmələri olan tullantılar yüksək təhlükəli tullantılardır. İkinci təhlükəlilik sinifinə aid tullantılara aşağıdakılar da daxildir:

    • Turşu və qələvi məhlullar;

    • İşlənmiş rezin təkərlər;

    • Reagentlər;

    • Akkumlyator batareyaları;

    • Qurğuşun məftilləri.

    Belə tullantıların əsas təhlükəsi onların tərkibində olan kimyəvi birləşmələr və arsen, fenol, litium, sulfat turşusu kimi zərərli maddələrdir.

    Yüklə 1,27 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   72




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə