MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri



Yüklə 1,27 Mb.
səhifə5/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
1   2   3   4   5   6   7   8   9   ...   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)

Tibbi tullantılar
Tibbi tullantılar sanitar norma və qaydaların tələbləri ilə reqlamentləşdirilərək ayrıca təsnif olunurlar. Bu tələblərə uyğun olaraq tibbi tullantılar 5 təhlükə sinfinə bölünür:
• A - təhlükəsiz tibbi tullantılar;
• B — epidemioloji cəhətdən təhlükəli olan tibbi rullantılar.
• B - son dərəcə epidemioloji təhlükəli tibbi tullantılar.
• G - toksikoloji cəhətdən təhlükəli tibbi tullantılar.
• D - radioaktiv təhlükəli tibbi tullantılar.
Açıq təbiətə zəhərli maddələrin daxil olmasının və infeksiyaların yayılmasının qarşısını almaq üçün tibb müəssisələrində və laboratoriyalarda tullantıların yığılması, çeşidlənməsi və saxlanması yerli icra hakimiyyəti orqanları tərəfindən ciddi nəzarətə götürülməlidir.

Tullantıların təkrar emalı


Tullantı qruplarının əksəriyyəti təkrar emal oluna biləndir, bu da zibilxanaların böyüməsini dayandırmağa və təbii ehtiyatlara qənaət etməyə kömək edir. İstifadə imkanlarına görə tullantılar iki növə bölünür:

Təkrar emal oluna bilən tullantılar təkrar emal edilə bilən xammalların alınması və sonradan istehsalatda istifadə edilməsinə imkan verən tullantılar. Təkrar emal xərclərinə baxmayaraq, ikinci dərəcəli xammal əldə etməklə belə tullantıların təkrar emal edilməsi iqtisadi cəhətdən məqsədəuyğundur. Təkrar emal edilə bilən tullantılara oduncaq, kağız, plastik, polietilen, qida məhsulları daxildir.


Təkrar emal oluna bilməyən tullantılar ilkin formada məhv edilməli və ya basdırılmalı tullantılardır. Bu kateqoriyaya təkrar emalı mümkün olmayan və ya email iqtisadi baxımdan əlverişsiz olan tullantılar daxildir.
Birincilər üçün emal və iqtisadi dövriyyəyə cəlb etmək texnologiyası mövcuddur, ikincilər üçün hazırda emal texnologiyaları yoxdur.

İlbəil Azərbaycanda emal müəssisələrinin sayı artmaqdadır, lakin utilizasiya texnologiyaları çox baha başa gəldiyi üçün, bu utilizasiya üsulları uzun müddət tullantıların poliqonlarda basdırılması və yandırılma üsullarını keçə bilməyəcək.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə