MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri


MÜHAZİRƏ 4. Poliqonların sxemi və qoruyucu ekranları



Yüklə 1,27 Mb.
səhifə9/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
1   ...   5   6   7   8   9   10   11   12   ...   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)

MÜHAZİRƏ 4.


Poliqonların sxemi və qoruyucu ekranları
Poliqonun elementlərinə aiddir: giriş yolu, bərk məişət tullantılarının anbar sahəsi, inzibati –təsərrufat zonası.
Giriş yolu mövcud nəqliyyat yolunu poliqonla birləşdirir və eni ən azı 6,5 m olan ikitərəfli hərəkət üçün hesablanır. Yolun poliqon sahəsi ilə kəsişməsində zibil daşıyan maşınların giriş-çıxışı üçün nəzarət postu və inzibati-təsərrüfat zonası yerləşdirilir.
Anbar sahəsi poliqonun əsas strukturudur. O, poliqon sahəsinin təxminən 85-95%-ni tutur. Anbar sahəsi adətən hər mərhələdə 3-5 il ərzində bərk məişət tullantılarının qəbulu üzrə işlərin təmin edilməsi nəzərə alınmaqla istismar mərhələlərinə bölünür.
Anbar sahələri yerin üst təbəqəsində olan torpaq kütlələrindən qorunmalıdır. Fırtına və sel sularının qarşısını kəsmək üçün anbar sahələrinin yuxarı sərhədi boyunca dağ kanallarının çəkilməsi nəzərdə tutulur. Dağ kanallarından 1 ... 2 m məsafədə, poliqonun perimetri boyunca hasar qoyulur. Ağac əkmələri poliqon hasarından 2 m məsafədə yerləşdirilir. Çuxurun xarici yamacından 2-3 m məsafədə, eni ən azı 3,5 m olan birtərəfli dairəvi yol təşkil edilir.
Poliqonların qoruyucu ekranları - Poliqonun istismarı zamanı aerasiya zonasındakı süxurların, qrunt sularının və səth sularının çirklənmədən qorunması təbii geokimyəvi baryerin və ya filtratın yığılması və çıxarılması üçün drenaj sistemi, habelə BMT-nın birləşdirici qruntla lay-lay izolyasiyasını yerinə yetirmək üçün sistem ilə poliqonun təməlində qurulmuş süni yaradılmış qoruyucu ekranın olması hesabına əldə edilir. Poliqonun istismarı başa çatdıqdan və onun bağlanmasından sonra aerasiya zonası süxurlarının, yeraltı və yerüstü suların, atmosfer havasının mühafizəsi poliqonun əsasında olan filtratın toplanması və kənar edilməsi sistemi ilə birlikdə üst örtük (poliqon səthinin ekranı) quruluşunun köməyi ilə həyata keçirilir.
Poliqonun əsası və səthi üçün qoruyucu ekranlar - ətraf təbii mühitin mühafizəsi funksiyalarını təmin edən konstruktiv elementlərdir. Qoruyucu ekranların xidmət müddəti həm istismar müddəti (poliqonun layihə gücünə qədər doldurulması) 15 ... 30 il olan poliqonun istismar dövrü ilə, həm də poliqonun bağlandığı və tullantıları qəbul etmədiyi dövrlə müəyyən edilir. Lakin poliqonun bağlanmasından və rekultivasiyasından sonra onun içərisində bioqaz və filtratın, nəticədə ətraf mühitə təhlükə yaradan maddələrin əmələ gəlməsi ilə müşayiət olunan üzvi maddələrin aktiv aerob və anaerob parçalanması prosesləri gedir. Bu dövrün müddəti tullantıların morfoloji tərkibi, iqlim şəraiti və digər amillərlə müəyyən edilir və müxtəlif müəlliflərin fikrincə, bu müddət 30 ildən 100 ilə qədər davam edə bilir. Beləliklə, bərk məişət tullantıları poliqonlarının qoruyucu ekranlarının xidmət müddəti 45 ildən 100 ilə qədər olmalıdır.
Poliqonun əsasının və səthinin qoruyucu ekranlarının elementləri aqressiv mühit - filtrat və bioqazla birbaşa təmasdadır. Buna görə də, bu struksiyaların hazırlanmasını üçün material seçərkən, onların aqressiv mühitlərə qarşı müqavimətini qiymətləndirmək lazımdır. Qoruyucu ekran quruluşlarının hazırlanması üçün sertifikatlaşdırılmış materiallardan istifadə olunur.
Poliqon özülünün əks filtrasiya ekranı, istismarı başa çatmış poliqonun üstü örtüldükdən sonra təşkil edilən poliqonun qoruyucu ekranı ilə birlikdə “sarkofaq” tipli qapalı sistem əmələ gətirir. Əks filtrasiya ekranı kimi təbii geokimyəvi maneələrdən, həmçinin də, gil və ya geosintetik materiallardan ekran şəklində hazırlanmış süni maneələrdən istifadə edilə bilər.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə