MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri



Yüklə 1,27 Mb.
səhifə8/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
1   ...   4   5   6   7   8   9   10   11   ...   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)

Yerüstü poliqonlar - Sənaye tullantılarının saxlanması üçün poliqonlar anbara gedən yolda müvəqqəti, aralıq məntəqələr kimi istifadə olunur. Poliqonların layihələndirilməsi və yaradılması ilə bağlı mövcud qaydalara əsasən, onların yerləşdirilməsi aşağıdakı hallarda qadağandır:
- şirin yeraltı su yataqlarının və onların su mühafizə zonalarının yaxınlığında;
- mineral müalicəvi və sənaye suları yataqlarının yaxınlığında;
- kurort mühafizə zonalarının ərazisində;
- Təbiət qoruqlarının ərazisində;
- qəsəbələrin yaşayış və rekreasiya zonaları daxilində.
Bərk tullantı poliqonları - Bərk məişət tullantılarının (BMT) poliqonları bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada qəbulu, onların zərərsizləşdirilməsi və utilizasiyası, çirkləndiricilərin təbii mühitin komponentlərinə yayılmasının qarşısını almaq üçün nəzərdə tutulmuş mühəndis-ekoloji komplekslərdir. Bərk məişət tullantıları poliqonlarında aşağıda göstərilən növ tullantılar qəbul edilir:
- məişət tullantıları;
- tikinti tullantıları;
- IV təhlükə sinfinə aid bərk sənaye tullantıları;
- müalicə-profilaktika müəssisələrinin tullantıları.
Aşağıda göstərilən tullantı növlərinin zibilliyə atılması qadağandır:
- IV təhlükə sinfinə aid, tərkibində kül, şlak və zollar olan işlənmiş asbest, yumşaq dam örtüyü tullantıları olan tikinti materialları;
- I, II və III təhlükə siniflərinə aid olan sənaye tullantıları;
- şüalanma səviyyəsindən asılı olmayaraq bütün radioaktiv tullantılar;
- civə lampaları və demerkurizasiya [Demerkurizasiya civə və onun birləşmələrinin səthlərdən və obyektlərdən çıxarılması prosesinə deyilir. Bunun iki üsulu mövcuddur: mexaniki - civə şarlarının toplanması; fiziki-kimyəvi - civə ilə çirklənmiş yerlərin xüsusi maddələrin (demerkurizatorların) köməyi ilə işlənməsi] tullantıları;
Bərk məişət tullantıları poliqonları qəbul edilən tullantıların növlərinə görə iki sinfə bölünür:
- I sinif BMT poliqonları – tərkibində ≤25% üzvi çirkləndiricilər saxlayan, həmçinin də parçalanması zamanı BBQH miqdarını aşmayan zərərli maddələr əmələ gətirən tullantıların yerləşdirilməsinə icazə verilən poliqonlar;
- II sinif BMT poliqonları - tərkibində >25%-dən çox üzvi çirkləndiricilər saxlayan, həmçinin də parçalanması nəticəsində BBQH –dən artıq miqdarda zərərli maddələr əmələ gətirən digər növ tullantıların olduğu poliqonlar.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə