MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri



Yüklə 1,27 Mb.
səhifə14/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
1   ...   10   11   12   13   14   15   16   17   ...   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)

Tullantıların utilizasiyası təkrar emaldan daha geniş anlayışdır, çünki burada onların bütün növləri, o cümlədən istilik və enerji istehsalı üçün yanacaq kimi, həmçinin kənd təsərrüfatında torpaqların suvarılması, işlənmiş dağlıq ərazilərin doldurulması və s. istifadə olunur.
Tullantıların rekuperasiyası (latınca recuperatio – geriyə alma) bir qayda olaraq, tullantıların əmələ gəldiyi eyni texnoloji prosesdə onların komponentlərindən təkrar istifadə etmək məqsədi ilə tullantıların emalının texnoloji prosesidir.
Tullantıların regenerasiyası (bərpası) tullantıların tərkibində olan faydalı komponentlərin yeni texnoloji tsikllər (adətən digər növ) üçün istifadə edilməsidir.
Resiklinq tullantıların, atqıların və emissiyaların texnogenez proseslərinə qaytarılması prosesidir.
Resiklinqin (təkrar emalın) iki variantı mümkündür:
1) tullantıların eyni məqsədlə təkrar istifadəsi, məsələn, müvafiq emaldan sonra şüşə butulkalar;
2) tullantıların müvafiq emaldan sonra istehsal dövriyyəsinə qaytarılması, məsələn, qalay bankalar - polad istehsalına, makulatura - kağız və karton istehsalına.
Tullantıların zərərsizləşdirlməsi texnoloji əməliyyat və ya əməliyyatlar məcmusudur ki, bunun nəticəsində də ilkin toksiki maddələr və ya maddələr qrupu neytral, toksik olmayan və parçalanmayan birləşmələrə çevrilirər.
Tullantıların mərkəzləşdirilmiş emalı ixtisaslaşdırılmış istehsalat sahəsində tullantıların toplanması, daşınması və emalı üzrə əməliyyatların məcmusudur.
Tullantıların lokal emalı tullantı əmələ gətirən istehsal qurğularının istismarı sahəsində həyata keçirilən tullantıların emalı əməliyyatlarının məcmusudur.
Bərk məişət tullantılarında (MST) sürətlə parçalanan üzvi birləşmələrin və patogen bakteriyaların olması tullantıların yaşayış məntəqələrindən ən sürətli şəkildə çıxarılmasını və onların zərərsizləşdirilməsini zəruri edir. Dünya təcrübəsində bərk məişət tullantılarının emalı üçün onlarca üsul istifadə olunur. Onları iki qrupa bölmək olar. Bərk məişət tullantılarının emalı üsullarının təsnifatı - sanitar-gigiyenik vəziyyəti yaxşılaşdıran tullantıların aradan qaldırılması üsulları; təkrar ehtiyatlardan tam və ya qismən istifadəyə imkan verən üsullar.
Məişət tullantılarının atılması texnologiyasının seçimi bir çox amillərdən asılıdır. Bu amillər içərisində ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı, iqtisadi məqsədəuyğunluluq həlledici olmalıdır. Bərk tullantıların ümumi həcminin böyük hissəsi metal tullantılarından ibarət olur. Təkrar metal ehtiyatları qırıntılardan (43%) və tullantılardan (57%) ibarətdir.
Qırıntılar metallardan və ərintilərdən hazırlanmış köhnəlmiş və istifadədən çıxarılmış detallar və məmulatlar, tullantılar - emalın bütün mərhələlərində, tərkibində metallar olan və ya onlardan ibarət olan, əritmə və emal zamanı əldə edilən, həmçinin, istehsal prosesində meydana gələn detalların və məmulatların təmiri zamanı düzəlməsi mümkün olmayan zay sənaye tullantılarıdır. Beləliklə, qara metallurgiyada bir ton poladın əridilməsi zamanı metal qırıntıları və tullantılarının miqdarı 650 kq-a çatır ki, bu da metal tullantılarından rasional istifadə məsələsinın böyük əhəmiyyət kəsb etdiyini göstərir. Əksər sənaye müəssisələrində plastik və ağac tullantıları müəssisələrin sənaye zibillərinin bir hissəsini təşkil edir ki, bu halda da zibillərin onun ayrı-ayrı komponentlərinə ayrılması iqtisadi cəhətdən məqsədəuyğun olmur. Hazırda sənaye miqyasında sənaye zibillərinin emalı, utilizasiyası və ləğvi texnologiyaları işlənib hazırlanmış və istehsalatda tətbiq edilmişdir.
İstənilən müəssisənin sənaye zibillərinin keyfiyyət və kəmiyyət tərkibi il ərzində təxminən stabil olur, ona görə də zibillərin emalı texnologiyası konkret müəssisəyə münasibətdə işlənib hazırlanır və ərazidə yaranan sənaye zibillərinin tərkibi və miqdarı ilə müəyyən edilir.
Torpağın, meşə torpaqlarının, səth və qrunt sularının bərk və maye tullantılarla çirklənmədən mühafizəsi sənaye və məişət tullantılarının zibilliklərdə və poliqonlarda toplanaraq saxlanılması yolu ilə həyata keçirilir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə