Şək.7. Ağacvarı topologiya
Ümumi şin topologiyası. Mərkəzi element keyfiyyətində passiv kabel iştrak edir və
kompüterlər bu kabelə qoşulur (şək. 8)
. Onun sonlarında terminator qoşulmalıdır. Ötürülən
informasiya kabel vasitəsilə yayılır və bu kabelə qoşulmuş bütün kompüterlər üçün
əlçatandır. Ümumi şin topologiyalı şəbəkənin ən geniş yayılmış növüv Ethernet
şəbəkəsidir (informasiyanı ötürmə sürəti 10-100 Mbit/san). Kabel keyfiyyətində koaksial
kabel istifadə edilir.
Şək.8. Ümumi şin topologiyası
Ümumi şin topologiyasının
üstünlükləri:
1.
Bütün informasiya şəbəkədə yerləşir və hər bir komüter üçün əlçatandır.
2.
İşçi stansiyalarını bir birindən asılı olmayaraq qoşmaq olar, yəni yeni kompüterin
qoşulması zamanı informasiyanın ötürülməsini dayandırmağa ehtiyac yoxdur.
3.
Belə topologiyalı şəbəkələrin qurulması ucuz başa gəlir, çünki yeni kompüterlərin
qoşulması zamanı yeni xətlərin çəkilməsinə ehtiyac yoxdur.
4.
Şəbəkə yüksək etibarlılığa malikdir, çünki şəbəkənin iş qabiliyyəti ayrı-ayrı
kompüterlərin iş qabiliyyətindən asılı deyil.
Ümumi şin topologiyasının
çatışmazlıqları:
1.
Verilənlərin ötürülməsi sürətinin aşağı olması, çünki bütün informasiya bir kanal
(şin) vasitəsilə ötürülür.
2.
Şəbəkənin süəti qoşulmuş kompüterlərin sayından asılıdır, Şəbəkəyə qoşulmuş
kompüterlərin sayı nə qədər çox olarsa, informasiyanın bir kompüterdən digər kompüterə
ötürülməsi aşağı sürətlə baş verir.
3.
Təhlükəsizliyi aşağıdır, çünki hər bir kompüterdəki informasiya istəlin digər
kompüterdən əlyetən ola bilər.
Kompüterlərin işinin təşkilinə görə təsnifatı:
Eyniranqlı şəbəkələr;
Ayrılmış servrli şəbəkələr.
Eyniranqlı şəbəkələrdə bütün kompüterlər eyni prioritetə malikdirlər. Hər bir
kompüterdə Microsoft Windows əməliyyat sisteminin istənilən versiyası qurulur. Hər bir
kompüterin istifadəçisi öz resurslarına digər istifadəçilərin girişinə icazənin verilməsini
özü qəbul edir. Bu şəbəkə ən sadə variantıdır. Eyniranqlı şəbəkənin qurulması üçün
kompüterlərin kabel vasitəsilə birləşdirilməsi və əməliyyat sisteminin (məsələn, Windows
XP Professional) qurulması kifayətdir (şək. 9)
KitabYurdu.az
60