2)
Paketlərin kommutasiyası
Paketlərin kommutasiyası zamanı şəbəkə istifadəçilərinin göndərdiyi bütün
məlumatlar ilkin qovşaqda nisbətən kiçik hissələrə
paketlərə bölünür. Adətən paketlər
dəyişən uzunluğa (46 – 1500 bayt) malik ola bilər. Şəbəkədə paketlər müstəqil
informasiya blokları kimi ötürülür. Şəbəkə kommutatorları sonuncu qovşaqlardan
paketləri qəbul edir və ünvan məlumatlarının əsasında onları bir-birinə göndərir, son
nəticədə lazımi ünvana göndərir (şək. 12).
Şək. 12. Paketlərin kommutasiyası
3)
Məlumatların kommutasiyası
Məlumatların kommutasiyası dedikdə vahid verilənlər blokunun hər bir kompüterin
diskində müvəqqəti buferləşdirilməsi ilə kompüter şəbəkələrinin tranzit qovşaqları
arasında ötürülməsi başa düşülur. Paketdən fərqli olaraq məlumat ixtiyari uzunluğa malik
olur və onun ölçüsü texnoloji nöqteyi-nəzərdən deyil, məhz məlumatı təşkil edən
informasiyanın məzmunu ilə (mətn sənədi, fayl, elektron məktub) müəyyən olunur.
Tranzit kompüterlər öz aralarında həm pakrt kommutasiyalı, həm də kanal kommutasiyalı
şəbəklərin köməyi ilə birləşə bilərlər.
4. Protokol və sdandartlar
Şəbəkə vasitəsi ilə ötürülən informasiyanın standartlaşdırılması üçün şəbəkə
protolları işlənmişdir. Protokol kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün
qaydalar və razılaşma toplusudur. Müəyyən protokol əsasında yaradılmış paket
müəyyən formata malikdir.
Kompüter şəbəkələrində istifadə edilən üç ən geniş yayılmış protokol:
Microsoft
NetBEUI;
TCP/IP;
IPX/SPX.
TCP/IP protrokolu xüsusi ilə İnternet şəbəkəsində geniş istifadə olunur. Onun
əsasında Windows əməliyyat sistemində çoxlu xidmətlər yaradılmışdır və aşağıdakı
imkanları verir:
Etibarlı, dayanıqlı informasiya mübadiləsi mühiti yaradır;
Bütün əməliyyat sistemləri tərəfindən dəstəklənir;
Kompüterlərə həm lokal, həm də qlobal şəbəkələrdə
işləməyə imkan verir;
İnternetə girişə imkan verir.
Lokal şəbəkənin protokolları:
IPX/SPX;
NetBEUI;
AppleTalk;
KitabYurdu.az
63
ISO (International Organization for Standardization). Beynəlxalq Standartlaşdırma
Təşkilatı. Bu təşkilat 89 ölkənin milli standartlaşdırma institutlarını birləşdirir (məsələn,
ANSI
ABŞ, DIN – Almaniya, BSI – Böyük Britaniya və s.).
IEEE (Institute of Electrical and Electronics Engineers) Eletronika və radiotexnika
mühəndisləri institutu.
1983-cü ildə Beynalxalq Standartlaşma İnstitutu tərəfində şəbəkələrin qarşılıqlı
əlaqələrin əsası olan model yaradıldı. Bu model OSI (Open System Interconnection)
(Qarşılıqlı əlaqəli açıq sistem) adlandırılaraq müasir kompüter şəbəkələrinin əsasını təşkil
edir.
OSI modeli acıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif
əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı
funksiyanı yerinə yetirməsini göstərir.
OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür.
Fiziki səviyyə (Physical layer)
Kanal səviyyəsi (Data Link)
Şəbəkə səviyyəsi (Network layer)
Nəqliyyat səviyyəsi (Transport layer)
Seans səviyyəsi (Session layer)
Təqdimetmə səviyyəsi (Prezentation layer)
Tətbiqi səviyyə (Application Layer)
Fiziki səviyyə – 1-ci şəviyyədir və
fiziki əlaqə kanalında informasiyanın (bitlərin)
ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksal kabel, burulmuş qoşa
kabel, optovalokon kabel və s.nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn
gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların
ötürülmə sürəti və s. təyin edilir.
Kanal səviyyəsinin – 2-cü şəviyyədir və
funksiyası rabitə kanalında giriş-çıxış
informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir
və səhvlərin düzəlişi yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame)
qruplaşdırılır. Kanal səviyyəsi hər bir kadrın düzgunlüyünü təyin edir. Kadrların yoxlayici
cəmini hesablayaraq onu hər bir kadrın sonuna əlavə edir. Qəbuledicidə yoxlayıcı cəm
hesablanır. Onlar eyni olduqda informasiya qəbul edilir. Səhvlər təyin edildikdə
isə ötürmə
təkrar icra olunur.
Şəbəkə səviyyəsi – 3-cü şəviyyədir və
bir necə şəbəkəni birləşdirən vahid nəqliyyat
sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi məlumatların ötürülməsində
düzgün istiqamətin secilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutizator (roter)
adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası əlaqələrin
topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin olunmuş
şəbəkəyə göndərir. Xəbəri bir şəbəkədən (ötürücudən) digər şəbəkəyə (qəbulediciyə)
göndərilməsi üçün şəbəkələr arası müəyyən miqdar tranzit ötürmələrdən (hop-siçrayış)
istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir. Beləliklə ümumi marşrut
paketlərin keçdiyi marşrutizatorların ardıcıllıgından ibarət olur. Daha optimal yolun
seçilməsi marşrutlaşdırma adlanır və onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən
biridir. Çox zaman marşrutun seçilmə kriteriyası kimi verilənlərin ötürmə vaxtı qəbul
edilir. Bu isə kanalın buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı olur. Şəbəkə
səviyyəsi müxtəlif texnologiyaların uyğunlaşması, böyük şəbəkələrin ünvanlarının
KitabYurdu.az
65