Tam əlaqəli və
qeyri-tam əlaqəli topologiyalar mövcuddur.
Ən çox yayılmış şəbə topologiyaları:
Tam əlaqəli topologiya. Şəbəkənin hər bir kompüteri qalan digər kompüterlərlə
bilavasitə birləşir (şək.3). Sadəliyinə baxmayaraq, bu topologiya böyük və qeyri-
effektivdir. Çünki hər bir kompüter şəbəkənin qalan digər kompüterləri ilə birləşmək üçün
çoxlu sayda kommunukasiya portuna malik olmalıdır.
Şək.. 3.
Tam əlaqəli topologiya
Şanvari topologiya tam əlaqəli topologiyadan bəzi əlaqələri çıxartmaq yolu ilə alınır
(şək.4). Çoxlu sayda kompüterlərin birləşməsinə yol verilir və böyük şəbəkələr üçün
xarakterikdir.
Şək.4. Şanvari topologiya
Halqavari topologiya. Bütün kompüterlər ardıcıl bir halqada birləşirlər (şək. 5) və
serverin funksiyaları şəbəkənin bütün kompüterləri arasında paylanır. Bilavasitə
informasiya mübadiləsi ancaq iki qonşu kompüter arasında baş verir.
Şək.5.
Halqavari topologiya
Halqavari topologiyanın üstülükləri aşağıdakılardır:
1.
Məlumatın ötürülməsi çox effektivdir, çünki bir birinin ardınca bir neçə məlumat
göndərmək olar. Yəni kompüter birinci məlumatı göndərdikdən sonra onun ünvana
çatmasını gözləmədən növbəti məlumatı göndərə bilər.
2.
Şəbəkənin ölçüsü böyük ola bilər, yəni siqnalın gücləndirilməsi üçün xüsusi qurğu
istifadə etmədən kompüterlər bir biriilə böyük məsafədə qoşula bilərlər.
KitabYurdu.az
58