elektron imzadan istifadənin genişləndirilməsi və mobil imzanın tətbiqi.
Mühüm hadisələr:
2011-ci ildə dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi
əsasında istifadənin təşkili məqsədilə «elektron hökumət» portalı yaradılıb;
2012-ci ildə Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb;
2012-ci ildə Yüksək texnologiyalar parkı yaradılıb;
2012-ci ildə «Asan» Xidmət Mərkəzlərinin yaradılmasına başlanılıb;
2013-cü ildə Azərbaycanın ilk süni peyki orbitə buraxılıb;
2013-cü ildə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb;
2014-cü ildə Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron
Reyestri yaradılıb;
2015-ci ildə Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış
yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılmasına
başlanıb;
2015-ci ildə Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb.
R.H.ŞIXƏLİYEV
tex.f.d., AMEA İnformasiya
Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi
Kompüter şəbəkələri
1. Kompüter şəbəkəsi: əsas anlayışlar və funksiyalar
2. Şəbəkələrin arxitekturası və təsnifatı
3. Kommutasiya üsulları
4. Protokol və sdandartlar
5. Şəbəkə təhlükəsizliyi
1. Kompüter şəbəkəsi: əsas anlayışlar və funksiyalar
Kompüter şəbəkəsi verilənlərin ötürülməsi kanalları vasitəsi ilə birləşmiş,
istifadəçiləri informasiya mübadiləsi vasitələri və şəbəkənin proqram, texniki,
informasiya və təşkilati resurslarına girişi təmin edən, kompüterlər məcmusudur
(şək.1).
Kompüter şəbəkələrinin əsas komponentləri aşagıdakılardır:
kompüterlər;
kommunukasiya avadanlıqları;
şəbəkə
əməliyyat sistemləri;
şəbəkə tətbiqləri.
KitabYurdu.az
54