MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə20/71
tarix29.11.2023
ölçüsü0,7 Mb.
#140280
1   ...   16   17   18   19   20   21   22   23   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

mənfi 

 müsbət ehtiraslara
bölünür.
1
İnsanın qumara, spirtli içkilərə, narkomaniyaya olan ehtirası 
mənfi; elmə, incəsənətə, zəhmətə və s. olan ehtirası isə müsbət 
ehtirasdır. 
Stres
(ingiliscə stress- təzyiq, gənginlik deməkdir)- insanın 
gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional 
halətdir. Mürəkkəb şəraitdə müstəqil qərar qəbul etmək təhlükəli 
vəziyyətdən çıxmağa çalışmaq insanın rastlaşdığı haldır. Belə 
emosional halətlər müasir elmi-texniki tərəqqi şəraitində tez-tez 
müşahidə olunur. 
Stress terminini 1936-cı ildə məşhur Kanada fizioloqu Q. 
Selye təklif etmişdir. O əvvəlcə fizioloji termin kimi işlənmiş
sonra isə insanın davranışını psixoloji səviyyədə təsir etmək üçün 
tətbiq olunmağa başlanılmışdır. Hal-hazırda fizioloji streslə 
(ürək-damar, tənəffüs sistemində olan dəyişiklik, qanda 
biokimyəvi dəyişiklik) yanaşı psixoloji stress də vardır. 
Psixoloji stress öz növbəsində 
emosional və informasiya 
streslərə
bölünür. İnformasiya yükü həddən çox olduqda 
informasiya stresi əmələ gəlir. Emosional stress isə təhlükəli, 
qorxulu, yaxud dərin inciklik şəraitində təzahür edir. Bu halda 
psixi proseslərin emosional halətin cərəyanında, fəaliyyətin 
motivasiya sahəsində dəyişiklik baş verir. Nəticədə insanın 
hərəkətlərində, nitqində pozğunluq özünü biruzə verə bilir. 
Frustrasiya-
(latın sözü olub, aldanma, əhval pozğunluğu)-
insanın öz məqsədinə çatmasına maneəçilik törədən real və ya 
xəyali maneələrlə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir. 
Bə'zən insan elə maneələrlə rastlaşır ki, bu maneələr onun arzu 
və istəklərini ürəyində qoyur, yaranan mənfi emosional halət 
onun şüur və fəaliyyətini pozur. Frustrasiya o zaman meydana 
çıxır ki, insanın təmin olunmamaq səviyyəsi 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə