bərabər lamisə, əzələ-hərəkət duyğuları, hətta eşitmə analizatoru
da iştirak edir.
Əsasən məkan qavrayışı zamanı cisimlərin məkan mü-
nasibətləri düzgün əks olunur. Lakin bəzi səbəblər ola bilər ki,
cisimlər təhrif olunumş halda əks olunsun. Bu əsasən: a) ci-
simlərin hansı əhatədə olmasından; b) analizatorların sağlamlıq
vəziyyətindən asılıdır. Cisimlərin
belə təhrif olunmuş şəkildə
qavranılması
illüziya
adlanır. İllüziyalar müxtəlif analizatorların
fəaliyyətində müşahidə olunur. Görmə qavrayışlarında isə onlar
daha çox nəzərə çarpır. Çünki görmə qavrayışı, cisimlərin
arasındakı məsafəni, onun formasını və s. qavramağa kömək edir.
İnsanların praktik fəaliyyəti və müqayisələr əsasında illüziyaları
həqiqi qavrayış surətlərindən ayırmaq mümkündür.
Zaman qavrayışı.
Cisim
və hadisələrin sürəti, müddət və
ardıcıllığı zaman qavrayışı ilə əks olunur. Ümumiyyətlə, zama-
nın qavranılması mürəkkəb bir prosesdir. Bunun əsasında baş
beyin yarımkürələri qabığında
oyanma və ləngimənin ritmik
surətdə bir-birini əvəz etməsi durur. Bu zaman insanda şərti
refleks yaranır. Bir sıra analizatorlar bu prosesdə iştirak edir.
Lakin zamanın əks etdirilməsi prosesində üstün yeri eşitmə və
hərəki duyğular tutur. Əslində biz zamanı deyil, zaman daxilində
baş verən hadisələri qavrayırıq. Bu da həmin cisim və hadisələrin
xassələrindən,
onlara
bizim
bəslədiyimiz
münasibətin
xarakterindən asılıdır.
Qıcıqlandırıcının
zaman xüsusiyyəti, eşitmə duyğusunun
müddətini, ritmin xarakterini əks etdirir. İ.M.Seçenov eşitməni
zamanın meyarı, eşitmə hafizəsini
isə zaman hafizəsi adlan-
dırmışdır.
Zaman daxilində baş verən hadisələrə bizim münasibətin
xarakteri mühüm təsir göstərir. Çünki bu vaxt zamanın qavra-
nılmasında subyektivlik aydın şəkildə nəzərə çarpır. Bu, sub-
yektivlik insanın
yaş xüsusiyyətlərindən, sərvət meylindən,
maraqlarından, temperament tiplərindən və s. asılıdır.
Zaman qavrayışı emosional vəziyyətdən asılı olaraq dəyişir.
Müsbət emosiyalar vaxtın tez keçməsi illüziyasını yara-
49
downloaded from KitabYurdu.org
dır, mənfi emosiyalar isə subyektiv olaraq vaxt müddətini bir qədər
uzadır.
Zaman qavrayışı uşaqlarda xeyli gec yaranır. Ona görə ki,
zamanın müddəti üçün dəqiqlik əsas şərtlərdən biridir.
Təlim
prosesində məktəblilərin gündəlik fəaliyyətlərində vaxtın
əhəmiyyəti dedikdə möhkəmlənir.
Dostları ilə paylaş: