Nyutonun üçüncü qanunu. Cismlərin bir birinə təs→iri
F21
həmişə qarşılıqlı xarakter daşıyır. Əgər 2 cismi 1 cisminə
F12
F12 F21
(3.5)
Beləliklə, qüvvələr həmişə cüt yaranır, müxtəlif cismlərə tətbiq edilmişlər və buna görə də bir birini tarazlaşdıra bilmirlər.
Nyuton qanunlarının müasir təfsiri (interpretasiyası). Əvvəllər fizikada belə bir təsəvvür mövcud idi ki, qarşılıqlı təsir uzağatəsir xarakteri daşıyır. Cisimlərin bir-birinə təsirinin ötürülməsi ani baş verir və boş fəza bu ötürülmədə iştirak etmir. Lakin, elektromaqnit sahəsi kəşf və tədqiq edildikdən sonra uzağatəsir konsepsiyasının həqiqətə uyğun gəlmədiyi qəbul edildi. Yeni yaxınatəsir konsepsiyası meydana gəldi. Bu konsepsiyaya görə cisimlər arasındakı qarşılıqlı təsir fəzada kəsilməz paylanan bu və ya digər sahə (məsələn, cazibə- cazibə sahəsi vasitəsi ilə) vasitəsi ilə həyata keçirilir. 19-cu əsrdə elmdə elektromaqnit qarşılıqlı təsirinin ötürücüsü olaraq efir qəbul edilirdi. Əvvəllər efir elastiki cismə oxşar mexaniki mühit kimi başa düşülürdü. Lakin mexaniki efir hipotezi böyük çətinliklə qarşılaşdı. Uzun müddət ərzində riyaziyyatçılar və fiziklər efir probleminin həllinə öz töhvələrini verməyə çalışdılar. Cisimlərin hərəkətində efirin iştirakı məsələsi həll edilməmiş qaldı. Efir problemi fundamental xarakter aldı. Nisbilik nəzəriyyəsinə görə istənilən qarşılıqlı təsirin ötürülməsinin sonlu sürəti mövcuddur-bu işığın vakuumdakı sürətidir. Bu da adi fəza-zaman təsəvvürlərinin kökündən dəyişməsini zəruri edir. Nyutonun cazibə qanunu cazibənin ani
yayılmasını fərz edir və buna görə də xüsusi nisbilik nəzəriyyəsi ilə uyğun gəlmir. Cazibə sahəsinin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, cazibə müxtəlif cisimlərə eyni cür təsir göstərərək eyni təcil verir. Bu, ətalət və qravitasiya kütlələrinin bərabərliyi faktı kimi ifadə edilə bilər.
Dostları ilə paylaş: |