Mühazirə materiallarının konspekti. MÜHaziRƏ №1 GİRİŞ



Yüklə 1,57 Mb.
səhifə18/20
tarix01.06.2023
ölçüsü1,57 Mb.
#114996
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 2167

MÜHAZİRƏ №11
ANTENNA QURĞULARI HAQQINDA ÜMUMİ MƏLUMAT
Antena-fəzada yayılan elektromaqnit dalğalarını tutaraq müvafiq e.h.q-yə çevirmək və ya radioqurğu vasitəsi ilə onda yaradılmış e.h.q-ni fəzada yayılan elektromaqnit dalğalarına çevirən qurğudur.
Prinsip etibarı ilə antena rəqs sistemidir və ondan maksimal effektivlik əldə etmək üçün antenanın təyinatına müvafiq olaraq həm qəbul edən həm də şüalandırılan dalğanın tezliyinə kökləmək, yəni rezonansa gətirmək lazımdır.
Antenna bütün radiotezliklərdə siqnalı qəbul etmək imkanına malikdir, lakin özünün rəqs konturunun xüsusiyyətinə görə, kökləndiyi tezlik diapazonunda daha effektiv işləyir.
Ən sadə halda antenna məftil parçasıdır. Lakin radiostansiyalarda və yüksək keyfiyyətli qəbuledicilərdə zəif siqnalları tutmaq dərəcəsindən asılı olaraq, antenalar kifəyət qədər mürəkkəb konstruksiyaya malikdirlər.
Antenna siqnalı gücləndirmir, lakin tələb olunan uzaqlığı və rabitənin keyfiyyətini təmin etməkdə həlledici əhəmiyyət kəsb edə bilər. Antenna- passiv elementdir, ona görədə qida mənbəyinə malik deyildir və buna görə də, ona tətbiq olunan gücdən artıq güc verə bilməz.
Antennalar verici və qəbuledici qurğularla xüsusi yüksəktezlikli koiksial kabellərlə (fiderlə) birləşdirilir. Antennaların öyrənilməsi fider qurğuların da öyrənilməsi ilə yanaşı aparıldığından sox vaxt bu fənnin öyrənilməsi antenna-fider qurğuları (AFQ) şəkilində tədris edilir. Antenna-fider qurğularının daha müfəssəl tədrisi xüsusi fənn şəkilində daha dərindən öyrəniləcəkdir. Burada biz antennalar haqqında olan ümumi və əsas anlayışlara toxunacağıq.
Antenna-fider qurğuları müxtəlif növ radioverilişləri və radiorabitə sistemlərinin (radioverilişi, televiziya verilişi, radiorele rabtitəsi, radiolokasiya, radioastronomiya, radionaviqasiya, radiotelemetriya, kosmik rabitə sistemləri və s.) əsas qurğularından birini təşkil edir. Bunu radiorabitə traktının ümumiləşmiş struktur sxemindən görmək olar (şəkil 1.15). Burada VA–verici antenna, QEA–qəbuledici antenna və FQ–fider qurğusudur.



Şəkil 1.15. Radiorabitə traktının ümumiləşmiş struktur sxemi



Adından məlum olduğu kimi antenna - fider qurğuları iki əsas hissədən ibarətdir:

  1. Antennalar.

  2. Fider qurğuları.

Antennalar vəzifələrinə görə iki növə bölünür:

  1. Verici antennalar (VA).

  2. Qəbuledici antennalar (QEA).

Buna uyğun olaraq onlara aşağıdakı kimi tərif vermək olar.
Fider xətti ilə ötürülən yüksək tezlikli rəqslərin (açıq hava fiderlərində) və ya yönəldilmiş dalğaların (koaksial kabeldə, dalğaötürənlərdə və s.) enerjisini xarici mühitdə sərbəsvt olaraq yayılan elektromaqnit dalğalarının (EMD-nın) enerjisinə çevirən qurğulara verici antennalar deyilir. Həmin prosesə şüalanma prosesi, verici antennalara isə şüalandırıcılar deyilir. Şüalanmanın əksinə olan prosesi yerinə yetirən, yəni xarici mühitdə sərbəst yayılan EMD-nın ener­jisini fider xətti ilə ötürülən yüksək tezlikli rəqslərin (və ya yönəldilmiş EMD - nın) enerjisinə çevirən qurğulara qəbul-edici antennalar deyilir.
Verici ilə antenna və ya qəbuledici ilə qəbuledici antenna arasında yüksək tezlikli enerji rabitəsi yaratmaq üçün istifadə edilən qurğulara fiderlər deyilir (şəkil 1.15; 1 - 23 - 4 nöqtələri arasında).
Antenna texnikası radiorabitənin ayrılmaz bir sahəsi olduğundan onun inkişaf tarixi və inkişaf mərhələləri radiotexnikanın digər sahələri ilə paralel olaraq gedir. Məlum olduğu kimi EMD-nin mühitdə mövcud olması prosesi bir çox alimlər - Faradey, Maksvell və Hers tərəfindən nəzəri və təcrübi cəhətdən isbat edilmişdir. Lakin həmin elektromaqnit dalğalarından rabitə məqsədləri üçün istifadə edilməsi 1895-ci ildə radionun ixtiraçısı A.S. Popova mənsub olmuşdur.
Antenna-fider qurğularının nəzəri və təcrübi araşdırıl­masında, həmçinin antenna texnikasının müxtəlif sahələrinin inkişafında M.V. Şuleykinin, M.A. Bonç-Bruyeviçin, V.V. Tatarinovun, A.A.Pistolkorsun, M.S.Neymanın, İ.İ.Volmanın, A.R.Volpertin, Q.Z. Ayzenberqin, A.Z.Fr­a­dinin, Q.T.Markovun və digər alimlərin böyük rolu olmuşdur. Respublikamızda antena-fider qurğuları yzrə yeganə yüksək ixtisaslı kadrAzTU-nun «Radiotexnika» kafedrasının dosenti, t.e.n. C.Q.Cəfərovdur.
Antennaları müxtəlif xüsusiyyətlərinə görə siniflərə bölmək olar. Hər şeydən əvvəl antennaları vəzifəsinə görə verici qəbuledici antennalara ayrılırlar. Lakin eyni bir an­tennadan həm verici, həm də qəbuledici antenna kimi istifadə etmək mümkündür.
İşçi tezlik diapazonuna görə antennalar uzun dalğa (UD), orta dalğa (OD, qısa dalğa (QD), ultraqısa dalğa (UQD) və ifrat qısa dalğa (İQD) antennalarına bölünür. Hər bir dalğa diapazonunda da istər iş prinsipinə görə və istərsə də, konstruktiv növlərinə görə müxtəlif antennalardan istifadə edilir. İstifadə olunan məqsədlərinə görə bütün antennaları radioverilişi və radiorabitə antennalarına ayrılırlar.
Radioverilişi antennaları üfüqi (yer səthinə paralel) müstəvidə istiqamətlənməyə malik olmur (bütün istiqamətlərdə eyni intensivlikdə şüalandırır), radioyayım və televiziya yayımı verilişlərini çoxsaylı dinləyicilərə və tamaşaçılara çatdırmaq üçün xidmət edir. Radiorabitə antennaları adətən istiqamətlənmiş antennalar olub, müxtəlif rabitə məqsədləri (radiorele rabitəsi, magistral radiorabitə, peyk rabitəsi və s.) üçün istifadə edilir.
Diapazon xüsusiyyətlərinə görə antennalar üç növə bölünür: köklənmiş və ya darzolaqlı antennalar, diapazon antennalar və ifratgenişzolaqlı (aperiodik) antennalar. Birincilər tezliyin dəyişməsinə daha həssas olub, yalnız bir işçi dalğada, ikincilər tezliyin dəyişməsinə az həssas olub, verilmiş diapazona daxil olan bütün dalğalarda, üçüncülər isə istənilən dalğada normal iş rejimini təmin edir. Aperiodik antennalar demək olar ki, tezliyin dəyişməsinə həssas olmur.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə