Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə21/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   83
az dili

AKADEMIK NATIQLIK. Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq konfrans, simpozium, treninq və sairədə edilən məruzələr, çıxtşlar, verilən elmi məlumatlar və s. akademik natiqliyə aid edilir. Bu, elm adamlarının, alimlərin, yüksək hazırlıqlı ziyalıların, müəllimlərin elmi-praktik konfranslarda, ali məktəb auditoriyalarında, radio və televiziya verilişlərində, müdafiə sovetlərində və s. yerlərdə etdiyi nitqdir. Elmi nitq öz məntiqliyi, fikirlərin ardıcıllığı, söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdirmələri, nəticələri və s. ilə digər nitq növlərindən fərqlənir. Nitqin bu növü yaradıcı əhəmiyyət kəsb edir, yaradıcı insanlar, alimlər və b. öz tədqiqatlanndan, araşdırmalarından alınmış nəticələri həm yazılı (məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla başqalarına çatdırırlar. Bu nitq o zaman yararlı sayıla bilir ki, insanlar onu başa düşsünlər, orada şərh olunanlara inansınlar. Mühazirəçinin söylədikləri reallığa əsaslanmalı, dinləyicilər tərəfindən qəbul olunmalıdır.
Akademik natiqliyin yaranmasında ali məktəblərin rolu xüsusilə böyükdür. Belə müəssisələrdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Universiteli müxtəlif illərdə bitirib respublikanın məktəblərində, digər tədris müəssisələrində işləyənlərin çoxu eyni zamanda natiq kimi də fəaliyyət göstərirlər. Şübhə yoxdur ki, bu keyfiyyətə yiyələnənlər elmi natiqliyi, bəlağətü nitqi ali məktəb auditoriyalarında mühazirələr oxuyan müəllimlərindən, professor və dosentlərdən öyrənmişlər. Universitetin dünyasını dəyişmiş əməkdaşları Ə.Dəmirçizadə, M.Rəfili, I.Şıxlı, Ş.Ağayev, X.UIutürk, X.Məmmədov, Ə.Əhmədov və b. öz sənətinin mükəmməl biliciləri, həm də görkəmli natiqlər idilər. Belə söz ustaları olan müəllimlər mükəmməl elmi hazırlığı ilə yanaşı natiq kimi də yadda qalır.
İCTİMAİ-MƏİŞƏT NATİQLİYİ. Bu, nitqin geniş istifadə olunan növlərindən biridir. Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, ad günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları qarşısında çıxış etməli, tost deməli, niiq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər digəıiəri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər söyiənilir, obrəziı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstüniük veriiir. Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən zaman istifadə olunur. Yubileylər, əsasən, iki formada aparılır. Birincisi, görkəmli - adamların - elm, maarif və mədəniyyət xadimlərinin, yazıçı, aktyor, əmək və müharibə veteranları və başqalarının, həmçinin əlamətdar, tarixi günlərin qeyd olunması; ikincisi isə kiçik kollektivlərdə, ailədə dostiarla, yaxınlarla keçirilən yubiley şənlikləri. Yubileylərin forması və keçirilmə şəraiti fərqli olduğu kimi, orada söylənilən nitqlər, çıxışların ifadə tərzi də müxtəlif oiur. Birincidə bu tədbir, adətən, ciddi planda aparılır. Orada əvvəlcə bir nəfərin (müəssisənin rəhbəri və ya orada çalışan mötəbər adamlardan biri) giriş nitqi dinlənilir. Onun ardınca əvvəlcədən müəyyənləşdirilmış çıxışlar olur, xatirələr söylənilir. Danışanlar daha çox yubilyarın işindən, əmək fəaliyyətindən söhbət açırlar. Burada söylənilən nitq, işlədilən söz və ifadələr, cümlələr bir qədər nizamlı - düzümlü olur, atmacalara, replikalara, zarafata yol verilmir. Ailədə, kollektivdə dostlar arasında keçirilən yubiley şənliklərində danışanlar yubilyarın xarakteri, mənəvi keyfiyyətləri, insanlara münasibəti, cəmiyyətdə, ailədə mövqeyi və s. haqda söhbətlər ön planda olur. Bu söhbətlərdə zərif-duzlu atmacalara, incə yumora geniş yer verilir. Orada söylənilən xatirələr bir növ ürək nəğmələrini xatırladır, yubiley tədbirlərinin təsirini artırır.
Məişət nitqinin çox geniş yayılmış forması toy mərasimlərində tamada - masabəylərin nitiqidir. Müxtəlif peşə sahibi olub, həm də tamada kimi fəaliyyət göstərən bu natiqlərin nitqini məclis əhli maraqla dinləyir, ondan eşitdiklərindən musiqi qədər həzz alırlar. Lakin həmişə belə olmur. Toy natiqlərinin bir qismi öz çıxışında münasib söz və ifadələri tapıb işlədə bilmir, fikrini ardıcıl şəkildə ifadə etməkdə çətinlik çəkir. Onlar şablon ifadələr işlədir, əhvalatları danışır, uzunçuluq edir, eşidənləri yorurlar. Halbuki müasir zövqlə bəzədilmiş toy salonlarında dilimizi yaxşı bilən, onun ifadə vasitələrindən məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər. Məişət nitqinin digər forması hüzn mərasimində söylənilən vida nitqidir. Bu nitq həcmcə qısa və yığcam oiur, çox vaxt almır. Monoton ifadə tərzi bu nitqin əsas əlamətidir. Nitqin bu növü də qədimdir. Vətən, xalq, dövlət qarşısında öz borcunu ləyaqətlə yerinə yetirib həlak olanların, vəfat edənlərin dəfn mərasimində bir qayda olaraq ən məşhur natiqlər, söz ustaları nitq söyləmiş, mərhumun məziyyətlərindən danışır, onu yüksək qiymətləndirirlər. Son illərdə erməni işğalçılarına qarşı vuruşlarda şəhid olanların hər birinin dəfn mərasimində vida nıtqlərı söylənilmiş, onların vətən qarşısında xidmətləri qeyd edilmişdir. Belə nitqlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında təsiri böyükdür. Dəfn mərasimlərində el ağsaqqallarının, ağbirçəklərin, dünyagörmüşlərin, ziyalıların və b. qəbirüstü söylədikləri nitqlər, orada mərhumun fəaliyyətini qiymətləndirmək, onun ideyalarının, işinin, əməllərinin, yaşayacağı haqda söz söyləmək, yas sahibini ovundurmaq, ona təsəlli vermək baxımından əhəmiy-yətlidir. Hal-hazırda yas yerlərində ictimaiyyətin bütün təbəqələrindən olan adamlar iştirak edirlər. Belə məclisləri aparanlar söhbət açdıqları mövzular, ifadə tərzi, şərh üsulu, nitqi və s. ilə adamları cəlb etməyi bacarmalıdır. Burada insanları düşündürən problemlərdən, qəm və kədəri unutduran məsələlərdən, həyatın doğurduğu problemlərdən, tərbiyə məsələlərindən və ya ölümə səbəb olan xəstəliklərdən, ondan qorunma yollarından söhbətlər aparmaq lazımdır.



Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə