Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə83/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   83
az dili

Evdə -►
ata
-►
ana
"►
baba
Bütün göstərilən funksiyaların icrası zamanı ünsiyyət həm forma, həm də məzmun planında reqlamentləşir. Bu o deməkdir ki, sosial funksiyaların yerinə yetirilməsi zamanı insanın şəxsiyyəti yox, onun sosal rolu öndə durur. Əslində isə bütün hallarda nitq mədəniyyəti meyarlarına daha çox tələbkarlıqla yanaşılmalıdır.
İnsanın müxtəlif məqamlarda sosial rolunu yerinə ye- tirməsinə psixoloji üçüzlüdə nəzər tuşlayan amerikan psixo- loqu E.Bern' «psixoloji rol» termininə işləklik qazan- dırmışdır. Bu zaman o insanın vacib üç rolda (uşaq, yaşlı, valideyn) çıxış etdiyini ön plana çəkir. Qeyd edək ki, vali- deyn, uşaq anlayışları tədqiqatçının nəzərində öz həqiqi mə- nasından uzaqdır. Valideyn dedikdə E.Bern daha çox məs- ləhət verən, tənqid edən, qayğıkeş və s. tipli insanları, uşaq rolunda isə küsəyənliyi, şıltaqlığı, inadkarlığı ilə seçilənləri nəzərdə tutur və bu göstəricilərin ünsiyyətə təsirini açıqla- mağa cəhd edir. Təbiidir ki, müxtəlif məqamlarda insan daxi- li «Mən»inin (Ego- Mən) təsdiqinə çalışır. Lakin bunu sosial rolla qarışdırmaq doğru deyildir

Belə təsəvvür edək ki, çox gənc bir qız müəllimdir. O, məktəbdə müəllim, mağazada yaşlı, evdə isə uşaq rolunda qarşı tərəflərlə öz ünsiyyətini nizamlamağı bacarmalıdır. Göründüyü kimi bu azdır. Çünki bizim hər birimiz «...Nəqliyyatda sərnişin, məhkəmədə vətəndaş, teatrda ta- maşaçı, xəstəxanada xəstə, mağazada alıcı, bərbərxanada müştəri, stadionda azarkeş, mühazirə salonunda dinləyici, konfransda nümayəndə, tribunada məruzəçi, qonaqlıqda qonaq, başqa yerdə gəlmə, xaricdə əcnəbi, emalatxanada sifarişçi, yolda yolçu, dissertasiya müdafiəsində opponent, nəşriyyatda müəllif və s. hesab olunuruq».' Bütün bu hallar- da sosial funksiyalar daxilində ünsiyyət qurmaq bacarığı ol- duqca mürəkkəbləşir.


Təbii ki, yaşca daha cavan olan rəis tabeçiliyində olanlarla münasibətdə öz sosial rolunu yerinə yetirir, və bu arada ünsiyyətin kommunikativ-tənzimləmə funksiyası aktu- allaşır. Rollarla tənzimlənən ünsiyyət həm də qarşı tərəfin şəxsiyyətinə münasibət deməkdir. Xatırladaq ki, sosal rolla- rın icraçıları öz ünsiyyətlərini iki şəkildə qura bilərlər:formal və qeyri-formal. Formal ünsiyyət «rol ünsiyyəti» kimi səciyyələnməlidir. Qeyri-formal ünsiyyət isə sərbəst ünsiyyətdir.
FORMAL və QEYRİ FORMAL
Ünsiyyətin göstərdiyimiz iki forması arasında fasiləsiz keçid mümkündür. Çünki sosial funksiyalar və sosal rollar dəyişkən xarakterlidir. Tutaq ki, müdir öz tabeliyində olan bir kəslə əvvəlcə formal münasibətdə ola bilər, müəyyən bir


göstəriş, əmr verməklə həm də zarafatlaşa bilər, kef-əhval tutmaqla qeyri-formal ünsiyyətə yol açar.


Sosial rolların sistemləşdirilməsinə ilk cəhd göstə- rənlərdən biri amerikan psixoloqu T.Parsons olmuşdur. O göstərirdi ki, hər hansı rol özündə başlıca beş cəhəti birləş- dirir. Bu sırada nitq mədəniyyəti baxımından bizim üçün çox önəmli cəhət «rol davranışı» probleminə tədqiqatçının özünəməxsus yanaşma tərzidir. T.Parsons göstərir ki, rol şəxsiyyətin obyektiv-sosial mövqeyinə uyğun olaraq həya- ta keçirilən fəaliyyətdir. Bu bir daha təsdiqləyir ki, hər hansı şəxs bir-birindən fərqli olan çoxsaylı rolların daşıyıcısıdır. Ünsiyyətin formal və yaxud qeyri-formal məzmun kəsb et- məsi də məhz insanın həmin məqamda hansı rolda çıxış etməsi ilə dəyərləndirməlidir.
Qeyd edək ki, inzibati-idarəçilik, məhkəmə, tədris sa- hələrində rollara görə ünsiyyət daha gözədəyəndir. Diplomatik fəaliyyət sferasını da, bu və ya digər dərəcədə, formal ünsiyyət sferası adlandırmaq olar. Lakin elə məqamlar da var ki, sərbəst fikir mübadiləsi, formal münasibətlərdən daha çox faydalıdır.
Hətta reqlamentləşən ünsiyyət tələb edən etimad- namə təqdim olunması mərasimi sonucda dövlət başçısının audiensiyası ilə tamamlanır. Dövlət başçısı və yeni təyin olunmuş səfir on-on beş dəqiqə ərzində səmimi söhbətə qa- tılırlar. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mərhum- prezident Heydər Əliyevin görüşləri formal və qeyri-formal ünsiyyətin bir-birini əvəzlədiyinə əsl nümunə ola bilər. Bu tipli yanaşma prezidentin kommunikativ strategiyası ilə izah olunmalıdır.

Nitq(ünsiyyət) mədəniyyətinin qəti və hamı üçün məqbul sayıla biləcək qanunları yoxdur. Son dövrlərdə psixoloqlar «ünsiyyət səviyyəsi» terminininə(rus psixoloqu A.B.Dobroviçin adını çəkmək olar) müraciət etməklə ünsiy- yətin müxtəlif «keyfiyyətlərini», xarakterini, oyatdığı

Bəzən insanların bir-birinə ünvanladığı «Mən sənin səviyyənə enmək istəmirəm», «Mənim səviyyəmə çatmağı- na hələ çox öyrənməlisən»,«Öz səviyyəni nümayiş etdirmə» və s. tipli cümlələrdə məhz yuxarıdakı məqamlarla bağlı problemlər olduğu öz əksini tapır.


Bununla belə ünsiyyətdə gender (cins)1 fərqləri bir çox mütəxəssislər üçün əsl tədqiqat obyektidir. Fərqli gös- təricilər kişilərlə qadınlar arasındakı ünsiyyətdə də özünü biruzə verir. Çünki bu zəmində ünsiyyət tərəfləri arasında qarşılıqlı anlaşma çox çətin dolanbaclardan keçir. Şərq tə- limləri «in» qadınların sirli(qaranlıq) bir varlıq, «yan» isə ki- şilərin aydın(şəffaf) məxluqlar olduğunu təlqin edir. Əlbəttə bütün qadınlar haqqında «in», kişilər haqqında isə «yan» qənaəti doğru deyildir. Sadəcə, insanların çoxillik müşa- hidələri insanların bəzi keyfiyyətlərini ümumiləşdirməyə im- kan vermişdir.
Debori Tennen isə kişilərin «status dünyasında», qadınların isə «yaxınlıq xülyasında» yaşadıqlarını göstərir.2
Bu o deməkdir ki, kişilərin müstəqilliyə, sərbəstliyə canatımı daha güclüdür və bu keyfiyyət onların davranışın- da və nitqində də özünə yer tutur. Odur ki, qadınlar da kişi- lərlə ünsiyyət qurarkən, danışıqlar apararkən kişilərin deyi- lənlərlə razılaşmalı və sərt mövqedə durmamalı, incə məx- luqa güzəştə getməyi ar bilməməlidir.
Güzəşt sözünü biz yalnız şərti mənada təklif edirik. Sirr deyil ki, bu gün qadınlar arasında dövlət başçısı, höku- mət başçısı, səfir və digər yüksək vəzifə sahibləri də az deyildir. Danışıqlar stolu arxasında hər bir dövlət adamının ali məqsədi və ali borcu öz dövlətinin maraqlarını müdafiə etməkdən ibarətdir. Tutaq ki, kişi və qadın səfirlər arasın- da diplomatik etimadnamə təqdim olunması ardıcıllığındakı
poblemə gender faktoru heç cürə şamil oluna bilməz. Bu məqamda hər hansı bir güzəşdən danışıla bilməz. Biz yalnız nitq mədəniyyəti və etiket planındakı güzəştlərin zə- ruriliyindən və güman ki, az-çox məqsədin həllində faydalı olacaq güzəştlərin vacibliyini unutmamağı məsləhət bilirik.
Ədəbiyyat
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005
Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə