Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə82/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   83
az dili

Ədəbiyyat siyahısı:
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005

Fakültə: Pedaqoji
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Kurs: I
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Xuraman Hacizadə
Mövzu:Ünsiyyət. Ünsiyyətin forma, funksiya və vasitələri.

" Ünsiyyətin formaları və funksiyaları haqqında bir-mənalı fikir söyləmək müəyyən çətinliklərlə bağlıdır. Bu barədə əvvəlki bölmələrdə yetərincə açıq-


lamalar verilmişdir. Lakin tədqiqatçılar bu çətinliklərlə barış-
mayaraq bir neçə istiqamətdə ünsiyyət problemlərinə aydın-
lıq gətirməyə səy göstərirlər. İstinad nöqtəsi kimi əksər hal-
larda nitqin(ünsiyyətin) kommunikativ funksiyası ön plana
çəkilir.Bununla, təbii ki, razılaşmamaq mümkün deyildir.
Ona görə ki, kommunikativliyin dilin və nitqin başlıca funksi-
yası olması əsla şübhə döğurmur. Digər tərəfdən «...ünsiy-
yət prosesi məqsədli birgə fəaliyyətə qatılmaqla ehtiy-
acların ödənməsi və bu zaman insanlar arasında əlaqə
qurulması,mövcud əlaqələrin inkişaf etdirilməsi, infor-
masiya mübadiləsi aparılması, növbəti qarşılıqlı fəa-
liyyət strategiyasının müəyyənləşdirilməsi, digər şəxs-
lərin fikirlərini duymaq və anlamaq prosesidir.
Bir qrup tədqiqatçıların nəzərində ünsiyyətin funk- siyalarının müəyyənləşdirilməsi üçün onun sosial funksiya- ları, cəmiyyətə xidmət meyarları əsas götürülərək iki yerə bölünür: sosial və sosial-psixoloji. Ünsiyyətin sosial funk- siyası əsas etibarilə kollektiv fəaliyyətin tənzimlənməsinə xidmət edir, müxtəlif qruplar arasında informasiya müba- diləsinin aparılmasını, idarəetmənin təşkilini və s. təmin edir.
Sosial-psixoloji funksiya isə subyektin digər subyekt- lərlə əlaqəsinin təminatçısı olmaqla, özünü təsdiq etməkdə,
özünə həmfikirlərin üzə çıxarılmasında, rəqiblərinin aşkar edilməsində daha önəmlidir.
İlk baxışdan ünsiyyətin funksiyalarının bu şəkildə qruplaşdırılması məqbul sayıla bilər. Ən azı ona görə ki, obyekt-subyekt münasibətləri göstərilən hallarda öz real həl- lini tapa bilir.






Ünsiyyət































ı r '

r ı r

İnformativ
kommuni-
kativ

Tənzimləmə-
kommunika-
tiv

Affektiv-
kommuni-
kativ












Digər qrup tədqiqatçıların ünsiyyətin funksiyalarının qruplaşdırılmasına yanaşma tərzi bir o dərəcədə fərqli olma- sa da, diqqəti çəkir.


Bu qəbildən olan tədqiqatçılar ünsiyyətin üç başlıca funksiyası olduğunu iddia edirlər və hər üç halda digər bütün funksiyaların kommunikativlik funksiyası üzərində qərarlaşdığına üstünlük verirlər.
Nitqin insanlar arasında dil vasitəsi ilə fikir mübadiləsi vasitəsi və ünsiyyət prosesi olduğunu nəzərdə tutsaq, yuxa- rıdakı sxemdə göstərilənlər, həqiqətən, maraqlıdır.
Birinci halda ünsiyyətin informasiyanın ötürülməsi və qəbul edilməsinin başlıca vasitəsi olması rəhbər tutulur. Bu zaman həm də insanların bir-birini tanıması, problemlərinin öyrənilməsi prosesi öz həllini tapmış olur. Qeyd edək ki, unison və informativ dialoqlar əsas etibarilə ünsiyyətin kommunikativ-informativ funksiyasının gerçəkləşməsidir.
İkinci halda subyektlərin bir-birinə təsir göstərməsi, kollektiv fəaliyyətin qurulmasında ünsiyyətin rolu əsas götürülür. İnsanların, demək olar ki, fəaliyyətinin bir çox sfe- ralarında (tədris,inzibati-idarəetmə, hərbi təlimlər və s.) ünsiyyətin tənzimləmə-kommunikativ funksiyası daha aparıcı movqe tutur.
Affektiv-kommunikativ funksiya isə emosional sfera ilə bağlı məqamları əhatə edir.
Göstərilən funksiyaların hər üçünün toplum şəklində təsəvvür olunması zəruridir. Çünki bu funksiyaları bir- birindən təcrid etmək mümkünsüzdür. Ünsiyyətin funksi- yaları anlayışı sosial rol və sosial funksiyalardan və sosi- al statusdan bilavasitə asılıdır.
Sosial varlıq olan insan müxtəlif məqamlarda müxtəlif formalarda (bu nitqin münasibliyi kimi başa düşülməlidir) ünsiyyət qurmalı olur.
Misal üçün, eyni bir şəxs evdə və işdə aşağıdakı so- sial funksiyaların daşıyıcısı ola bilər. Elmi ədəbiyyatda sosial statusun iki növü göstərilir: anadangəlmə, qazanılma. Ay- dındır ki, ata,ana oğul, qız və s. anadangəlmə status- dur.İnsanın həyatda qazandıqları (tələbə, rəis, həkim və s.) əldəolunma statusdur. Güclü məntiq sahibi, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində tanınmış
mütəxəssis S.Zeynalovun dilindən eşitdiyim «Qohumları və rəisləri seçmirlər. Qalan hər şeyi seçmək olar» aforizmi məhz status münasibətlərinin əks olunması baxımından çox uğurludur və elmi-məntiqi prinsipləri əks etdirir.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə