Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə43/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   83
az dili

Tərcümeyi-hala verilən tələblər

Tərcümeyi-hala verilən tələblər aşağdakılardan ibarətdir


1. Tərcümeyi-halda şəxsin doğulduğu il, ay və gün, yer (respublika, şəhər, rayon, kənd) dəqiq göstərilməli;


2. Faktlar (həyatın mərhələləri, oxuduğu, işlədiyi yerlər, nailiyyətlər, təltiflər, ailə vəziyyəti və s.) ardıcıl sadalanmalı;
3.Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılıb imzalanmalıdır.
Tərcümeyi-hal formasına görə sadə və mürəkkəb olur. İbtidai siniflərdə sadə tərcümeyi-hal öyrədilir. Bu zaman şagird yalnız özü haqqında bildiklərini yazır.
Mürəkkəb tərcümeyi-halda isə ayrı-ayrı insanların həm özünün, həm də valideynlərinin həyatı, məşğuliyyəti haqqında məlumat verilir.
Tələbələrdə tərcümeyi-hala dair tam təsəvvür yaratmaq üçün onları aşağıdakı ardıcıllıqla tanış etmək faydalıdır:
1. Başlıq: Tərcümeyi-hal
2. Adı, soyadı və atasının adı
3. Doğuldğu il, ay, gün, yer
4. Məktəbəqədər dövr
5. Məktəb dövrü
6. Tələbəlik dövrü
7. Universitetdə apardığı ictimai vəzifə
8. Nailiyyətləri (mükafatları, təltifləri)
9. Ailə üzvləri haqqında qısa məlumat
10. Tərcümeyi-halın yazılma tarixi
11. Tərcümeyi-halı yazanın şəxsi imzası.
TƏRCÜMEYİ-HAL

Mən, Vasif Vaqif oğlu Hacıyev 1987-ci il aprel ayının 1-də Bakı şəhərinin Nərimanov rayonunda ziyalı ailəsində anadan olmuşam. İncəsənət Gimnaziyasını bitirmişəm. 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində oxuyuram.


Atam, Vaqif Famil oğlu Hacıyev 1957-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur, özəl bankda işləyir.
Anam, Fatimə Bilal qızı Hacıyeva 1962-cı ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur, evdar qadındır.
İmza: V.Hacıyev
03.04.15.
Arayış barədə məlumat

“Arayış” sözü türk mənşəlidir. Arama, axtarma mənasındadır. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir.



Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə