Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008


Nümunə Universitetin rektoruna



Yüklə 195,81 Kb.
səhifə46/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   83
az dili

Nümunə


Universitetin rektoruna


TƏQDİMAT
Bu ilin mart-aprel aylarında respublika ali məktəbləri arasında keçirilən idman yarışlarında universitetimizin tələbələri də iştirak etmiş və fərəhli nəticələr əldə etmişlər. Belə ki, onlardan 2 nəfəri sərbəst güləş üzrə, 1 nəfəri boks üzrə, 2 nəfəri isə yüngül atletika üzrə birinci yerə çıxmışdır. Həmin tələbələrə təşəkkür elan etməyinizi Sizdən xahiş edirəm.
Sərbəst güləş üzrə: 1 Qəzənfər Əli oğlu Məmmədov
2. Kamran Səfər oğlu Həsənov
Boks üzrə: 1. Fazil Nağı oğlu Vəliyev
Yüngül atletika üzrə: 1. Cünel Əmrah qızı Cəfərova
2. Kübra Nəsir qızı Xəlilova
Bədən tərbiyəsi və idman
kafedrasının müdiri: F.Əliyev.
12.02.2015

Təhsil Şöbəsinin müdiri
F.Z.Bəşirova
6 saylı orta məktəbinin
direktoru A.Qalibovdan
TƏQDİMAT
Ə.Ə.Hüseynov 6 saylı orta məktəbin dil-ədəbiyyat müəllimidir. 40 illik pedaqoji iş stajına malikdir. APU-nu bitirib. Öz işinin öhdəsindən layiqincə gəlir. Qayğıkeş və savadlıdır. Yüzdən çox şagirdi müxtəlif sənət, peşə sahibidir. Üç kitab müəllifidir. Ali kateqoriyalı müəllimdir. Bu günlərdə onun anadan olmasının 60 ili tamam olacaqdır. Kollektivdə dərin hörmətə malikdir. İctimaiyyət arasında böyük nüfuz sahibidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ə.Ə.Hüseynovun 60 illik yubileyinin rayon təhsil işçiləri ilə birlikdə keçirilməsinə şərait yaratmağınızı xahiş edirəm.
A.Qalibov
15.02.2015


Əmr barədə məlumat


«Əmr» ərəb sözü olub, bir işin görülməsi üçün verilən hökm və göstərişi özündə ehtiva edən sənəddir. Aşağıdakı mənalarda işlədilir:
Əmr etmək – bir işin görülməsini hökmlə tapşırmaq, buyurmaq.
Əmr vermək – sərəncam yazmaq, nəşr etmək, elan etmək.
Yazılı sənəd kimi, əsasən, hökumət orqanlarının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı hesab edilir. Hərbi Komissarlığın əmri, universitet rektorunun əmri, işə qəbuletmə, işdən azadetmə, müəyyən işi tapşırma, komissiya yaratma, tədbir keçirmə, kitabça nəşrini təsdiqetmə və s.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə