Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə54/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   83
az dili

Ədəbiyyat siyahısı:
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005

Fakültə: Pedaqoji
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Kurs: I
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Xuraman Hacizadə
Mövzu: Azərbaycan dilinin orfoqrafiyası və orfoepiyası


Azərbaycan dilinin orfoqrafiyası və orfoepiyası

Plan:
1.Orfoqrafiya haqqında
2.Orfoqrafiyanın prinsipləri
3. Şəkilçilərin yazılışı
4.Sözlərin bitişik, yarımbitişik(defislə)və ayrı yazılması
5.Sözlərin baş hərflərinin böyük yazılması
6.İxtisar edilən sözlərin və qısaltmaların yazılışı
7.İxtisar olunmuş sözlər və qisaltmalara aid qaydalar
8.Azərbaycan orfoqrafiyasının tarixinə dair.
Orfoqrafiya yazılı nitqin normalarıdır. Bu nor­ma­la­­­rın konkret dil vahidlərinə görə qanuniləşdirilmiş müxtəlif təzahürləri isə orfoq­ra­fi­yanın qaydalarını təşkil edir. Ədəbi dil normalaşdırılmış dil olduğundan onun istər şifahi, istərsə də yazılı növ­lə­rin­də müəyyən normalardan, qaydalardan istifadə olunur. Buna görə də ümumiləş­di­ril­miş halda orfoqrafiyaya belə tərif vermək olar: Ədəbi dilin yazılı növündən istifadə olu­nan orfoqrafik qaydaların məcmuyuna orfoqrafiya deyilir. Orfoq­ra­fiya-mən­şə­cə yunan sözü olub iki hissədən ibarətdir. Birinci hissə orthos-düzgün, ikinci hissə grafho-yazıram deməkdir.
Yazılı ədəbi dilin inkişafında orfoqrafiya xüsusi rol oynayır. Belə ki, ümum­xalq tərəfindən qəbul edilmiş düzgün və vahid orfoqrafik qaydalar yazını sabit­ləş­di­rir, onun imkanlarını artırır və bunun da əsasında yazılı ədəbi dil inkişaf edir. Orfoqrafiya ədə­bi dil ilə danışıq dili arasındakı fərqlərin azalmasına xidmət edir. Orfoqrafiyanın bir sıra xüsusiyyətləri, vacib əlamətləri vardır. Bu əlamətlər əsasən aşağıdakılardan iba­rətdir:
1.Yazıda orfoqrafiya qaydalarına riayət etmək hamı üçün məcburidir. Orfoq­ra­fi­­ya qaydalarını dəyişmək, ona əlavələr etmək üçün heç kəsə hüquq verilmir. Hamı or­foq­­­­­rafik qaydalara eyni dərəcədə riayət etməli, onun qaydalarını pozmamalıdır.
2.Orfoqrafiya nitqin məzmununu aydın və düzgün əks etdirir. Yazılı ünsiyyət üçün fikrin düzgün yazılmasına xidmət edir.
3.Orfoqrafiya qaydaları vahid olur. Orfoqrafiya bir sözün, yaxud ünsürün iki for­­mada yazılıb dolaşıqlıq əmələ gətirməsinə imkan vermir.
4.Orfoqrafiya qaydaları mümkün qədər sabit olmalıdır.
5.Orfoqrafiya daima dilin inkişafını izləyir, köhnəlmiş qaydaları atıb, yenilərini qəbul etmək yolu ilə təkmilləşir, inkişaf edir. Dildəki dəyişikliklər müntəzəm olaraq qanu­nauyğun surətdə orfoqrafiyada öz əksini tapır.
Orfoqrafiya qrafika ilə əlaqədardır. Qrafikada olan bu və ya başqa dəyişiklik, eyni zamanda, orfoqrafiyada da özünü göstərir. Orfoqrafiya qrafika ilə əlaqədar ol­du­ğu kimi, həm də ondan fərqlənir. Belə ki, qrafikada dilin ayrı-ayrı səslərinin yazı­da hansı vasıtələrlə və necə əks olunması imkanları tələb olunur. Orfoqrafiyada isə söz­lə­rin və onların hissələrinin yazılışı müəyyənləşdirilir.
Yazılı nitqin normaları və onun müxtəlif təzahürləri sayılan qaydalar isə müəyyən prinsiplər əsasında müəyyənləşdirilir. Bu prinsiplər bir çox xalqların ya­zı-orfoq­ra­fi­ya normalarının müəyyənləşdirilməsində istifadə olunmasına görə, ümu­mi prinsiplər ki­mi nəzərə çarpsa da, hər bir dilin öz daxili qanunları və həmin dildə danı­şanların ümu­miləşdirilmiş tələffüz zövqləri ilə uzlaşdırıldığı üçün xüsusi­ləş­di­ril­miş prinsiplər kimi də tanınır.
Bir sözlə, orfoqrafiya ümumxalq dilinin, vahid milli dilin, xüsusən bizim döv­rü­müz­də mə­dəniyyətimizin ən vacib vasitələrdən biri sayılan yazılı nitqin qanuni­ləş­miş nor­ma­­larıdır.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə