Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə55/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   83
az dili

Orfoqrafiyanın prinsipləri.
Orfoqrafiya prinsipləri orfoqrafiya qaydalarının istiqamətləndirici əsaslarıdır. Hər bir dilin orfoqrafiya qaydaları dil vahidlərinin orfoqrafiya prinsipləri ilə uzlaş­dı­rıl­­­­­­ması əsasında müəyyən edilir. Dil vahidləri isə çox müxtəlifdir; xüsusən səs, səs­lər birləşməsi, heca, şəkilçi, şəkilçilər birləşməsi, sadə, düzəltmə və mürəkkəb söz­lər, söz birləşmələri, qısaltma sözlər... orfoqrafiya qaydalarının müəy­yən­ləş­di­ril­mə­si işin­də nəzərə alınması, orfoqrafik prinsiplərlə uzlaşdırılması zəruri olan dil va­hid­lə­ri­­dir.
Orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində istifadə olunan prinsiplər əsa­sən aşağıdakılardır:
1.Fonetik prinsip.
2.Morfoloji prinsip.
3.Tarixi-ənənəvi prinsip.
4.Fərqləndirici prinsip.
5.Etimoloji prinsip.
Lakin bu və ya digər dilin orfoqrafiya qaydalarını müəyyənləşdirərkən bu prin­sip­lə­rin hamısından eyni dərəcədə istifadə olunmadığı kimi, xüsusən əsrlər boyu ya­zılı ədə­bi dil tarixi olan dillərin orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində tək­cə bir prinsiplə məhdudlaşmaq da mümkün deyildir. Belə bir cəhəti də yada sal­ma­lıyıq ki, müəyyən bir dildəki bu və ya digər vahidin orfoqrafiya qaydasını müəy­yən­ləş­di­rər­kən ancaq bir prinsipə əsaslanmaq zəruri olsa da, bəzən tək bir prinsiplə məhdud­laş­maq olmur, yəni bu və ya digər dil vahidinin, xüsusən bəzi şəkilçilərin, alınma söz­lə­rin və söz birləşmələrinin yazılı qaydalarını müəyyənləşdirərkən eyni zamanda bir ne­çə prinsipdən istifadə etmək lazım gəlir. Məsələn, Azərbaycan dilindəki cəm şəkil­çi­si­nin əvvəlində L səsinin yazılması morfoloji prinsip ilə əla­qə­dar­dır. Lakin lar, -lər halında iki variantda yazılması ahəng qanununun tələffüzdəki tə­zahürü kimi fonetik prinsip ilə əlaqədardır
Beləliklə, aydın olur ki, orfoqrafiya qaydalarını təkcə bir prinsip əsasında qur­maq müm­kün deyildir. Lakin bunu da nəzərə almaq lazımdır ki, hər bir dilin orfoq­ra­fiya qay­dalarını düzəldərkən bir sıra prinsiplərdən istifadə olunsa da, bun­lar­dan biri, ikisi və ya üçü əsas prinsip, digərləri isə yardımçı, ikinci dərəcəli prinsip sa­yı­lır.
Müasir Azərbaycan dilinin orfoqrafiya qaydaları, əsasən üç prinsip üzərində, yəni fo­netik, morfoloji tarixi-ənənəvi prinsiplər üzərində qurulmuşdur.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə